20 Dekabr, 2018 07:38 xeber – Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.”Report” xəbər verir ki, son iki yarımfinalçının müəyyənləşəcəyi matçlar “Əlincə Arena” və “ASK Arena”da baş tutacaq. Əvvəlcə Masazırda debütant “Sabah” yarışın sonuncu finalçısı “Qəbələ”ni qəbul edəcək. Bu komandalar arasında reallaşan ilk görüşdə “qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəliblər. Filip İvanoviçin avtoqolu meydan sahiblərinə qələbə qazandırıb.Günün digər oyununda Azərbaycan Kubokunun sonuncu qalibi “Keşlə” ölkə çempionu “Qarabağ”ı qonaq edəcək. Bu kollektivlərin də ilk qarşılaşmasında meydan sahibləri tək qolla qalib gəliblər. Ağdamlılar Rahil Məmmədovun dəqiq zərbəsi ilə vacib qələbə əldə ediblər.Qeyd edək ki, bu iki cütün qalibi yarımfinalda bir-biri ilə üz-üzə gələcək. Digər yarımfinal görüşündə isə “Zirə” və “Sumqayıt” komandaları qarşılaşacaq. Yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab görüşləri isə mayın 1-də olacaq.Azərbaycan Kuboku1/4 final, cavab oyunları20 dekabr (çərşənbə axşamı)16:00. “Sabah” – “Qəbələ”Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf AllahverdiyevHakim-inspektor: Rövşən ƏhmədovAFFA nümayəndəsi: Eldəniz Musayev”Əlincə Arena”İlk oyun – 0:119:00. “Keşlə” – “Qarabağ”Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi BayramovHakim-inspektor: Vüsal ƏliyevAFFA nümayəndəsi: Erkin Hüseynov”ASK Arena”İlk oyun – 0:1
mənbə :
Report.az