21 Dekabr, 2018 11:31 xeber – Azərbaycan “Forbes” jurnalının versiyasına görə, biznes aparmaq üçün dünyanın ən yaxşı ölkələri siyahısına (Best Countries for Business) daxil olub.”Report” xəbər verir ki, Azərbaycan reytinqdə 161 ölkə arasında 70-ci yeri tutub.Siyahıya ardıcıl ikinci ildir Böyük Britaniya başçılıq edir. İlk beşlikdə həmçinin İsveç, Honkonq, Hollandiya və Yeni Zelandiya qərarlaşıb. ABŞ 17-ci yeri tutub.MDB ölkələri arasında Gürcüstan 44-cü, Rusiya 55-ci, Qazaxıstan 65-ci, Ermənistan 87-ci, Belarus 88-ci, Özbəkistan 105-ci, Qırğızıstan 108-ci, Tacikistan 124-cü yerdə qərarlaşıb.”Forbes” reytinqinə görə iş adamları üçün ən pis şərait Mərkəzi Afrika Respublikasında, Konqoda, Qvineya-Bisauda, Ekvatorial Qvineyada və Çaddadır.”Forbes” ölkələri 15 müxtəlif amil – mülkiyyət hüquqlarının qorunması, korrupsiya səviyyəsi, vergilər, innovasiyalar, həyatın keyfiyyəti və s. üzrə qiymətləndirib. Qiymətləndirmə zamanı Dünya Bankının, “Aon” və “Marsh & McLennan” şirkətlərinin, Dünya İqtisadi Forumunun, Birləşmiş Millətlər Təşkilatının və digər təşkilatların rədc olunmuş hesabatlarından istifadə edilib.
mənbə :
Report.az