21 Dekabr, 2018 20:11 xeber – ABŞ Prezidenti Donald Tramp öz ata-baba yurduna – Almaniyanın Reynland Pfalz əyalətinin Kalştadt qəsəbəsinə səfər etmək niyyətindədir.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell məlumat verib.“Dəqiq vaxtını deyə bilmərəm, amma bura gəlib ailəsinin doğma yurdunu gəzmək istədiyini mənə deyib”, – deyə diplomat vurğulayıb.Qeyd edək ki, ABŞ-ın 45-ci Prezidentinin babası Frederik Tramp, yəni, əslində, Fridrix Trump 1869-cu ildə Kalştadt qəsəbəsində anadan olub, 1885-ci ildə isə həyat yoldaşı ilə birlikdə ABŞ-a köçüb.
mənbə :
Report.az