22 Dekabr, 2018 04:56 xeber – ABŞ-ın Prezident Administrasiyası hökumətin işini uzun müddət qismən dayandırmağa hazırdır. Bu, Senatın gələcək maliyyələşdirmə haqqında qətnaməni qəbul etməyəcəyi təqdirdə, artıq 22 dekabr tarixindən başlaya bilər.“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Donald Tramp cümə günü Ağ evdə jurnalistlərə deyib.”[Hökumətin işinin] dayandırılıb-dayandırılmayacağı Demokratlar Partiyasından asılıdır”, – deyə o bildirib.”Ola bilsin ki, dayandırılsın. Mən deyərdim ki, dayandırılma şansı çox böyükdür”, – deyə Ağ ev rəhbəri əlavə edib.”Biz hökumətin işinin uzun müddət dayandırılmasına tam hazırıq”, – deyə Tramp bildirib.Daha əvvəl ABŞ-da Ağ ev və bir sıra federal qurumlar işin qismən dayandırılması üçün hazırlıqlara başlayıb.
mənbə :
Report.az