22 Dekabr, 2018 13:06 xeber – Somalinin paytaxtı Mogadişoda partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 13-dən çox insan yaralanıb.”Report”un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Radio Dalsan” bildirib.”Ən azı 6 nəfər həlak olub, 13-dən çoxu yaralanıb” – radiostansiyasının Twitter-dəki məlumatında deyilir.Qeyd edilir ki, minalanmış avtomobil paytaxtın mərkəzindəki Milli Teatr binasının yaxınlığında yerləşən keçid-buraxılış məntəqəsində partladılıb.
mənbə :
Report.az