22 Dekabr, 2018 16:04 xeber – “>REPORT.AZ/ “Bakcell” MMC “Mənim Bakcellim” mobil əlavəsi vasitəsi ilə “Cin” tariflərindən “Klass” tarif paketlərinə keçidin mümkün olmasına baxmayaraq, əksinə keçidin mümkün olmaması məsələsinə aydınlıq gətirib.”Report” xəbər verir ki, məsələyə jurnalistlər üçün keçirilən təlimdə şirkətin şəbəkə problemlərinin araşdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov aydınlıq gətirib. O.Sadıqovun sözlərinə görə, “Klass” tarif paketləri iki növ olur – fakturalı və fakturasız: “Sonradan ödəməli “Klass” tarif paketlərində abunəçi nömrəsinin tarifini dəyişmək üçün mütləq müştərilərə xidmət mərkəzlərinə yaxınlaşmalıdır. Bu borc, ödəniş və başqa bir çox məsələıərlə bağlı məsələləri aydınlşdırmaq üçündür”.”Bakcell” rəsmisi əslində müasir texniki imkanlarla bu problemin xidmət mərkəzlərinə yaxınlaşmadan da həll edilə bilən olduğunu və abunəçilərdən yığılan rəylər əsasında gələcəkdə həll ediləcəyini qeyd edib.O.Sadıqov həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramları ərəfəsində abunəçilərin keyfiyyətli rabitə imkanlarından yararlanması üçün şirkətin gücləndirilmiş iş rejimində çlışacağını da qeyd edib. Bayramlar ərəfəsində şəbəkənin tam yüklənməməsi üçün “Bakcell” qabaqlayıcı tədbirlərə başlayıb.
mənbə :
Report.az