23 Dekabr, 2018 03:24 xeber – Türkiyə ordusu İraqın şimalında PKK silahlılarına qarşı antiterror əməliyyatı keçirib.”Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.Xəbərdə bildirilir ki, əməliyyat zamanı 2 PKK terrorçusu zərərsizləşdirilib. Məlumata görə, onlar Türkiyənin hərbi bazasına hücuma hazırlaşırmış.Hava əməliyyatı zamanı həmçinin terrorçuların anbarı və sığınacağı da məhv edilib.
mənbə :
Report.az