23 Dekabr, 2018 03:54 xeber – İndoneziyada sunami azı 20 nəfərin həyatına son qoyub.”Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.İndoneziyanın Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Agentliyinin məlumatına görə, sunami Yava və Sumatra adalarını ayıran Zond körfəzində qeydə alınıb.Təbii hadisə zamanı həmçinin 165 nəfər xəsarət alıb.Daha əvvəl İndoneziyanın qərbində yerləşən Şimali Sumatra əyalətindəki mehmanxana üzərinə torpaq sürüşməsi nəticəsində ən az 7 nəfər ölüb, 7-si yaralanıb.
mənbə :
Report.az