23 Dekabr, 2018 10:27 xeber – Tokio dairə məhkəməsi “Nissan” avtomobil konserninin rəhbəri Karlos Qonun həbs müddətini uzadıb.”Report” NHK telekanalına istinadən xəbər verir ki, o, 1 yanvar 2019-cu il tarixinə qədər həbsdə qalacaq.Karlos Qon noyabrın 19-da maliyyə fırıldaqçılığı və gəlirlərin gizlədilməsində şübhəli bilinərək həbs edilib. Müqəssir ona ünvanlanan ittihamları rədd edir.
mənbə :
Report.az