23 Dekabr, 2018 19:38 xeber – Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.”Report”un Qərb bürosunun məlumatına görə, “NazLifan” markalı avtomobilin qarşıda gedən traktorun qoşqusuna çırpılması nəticəsində 3 nəfər – İsmayılov Elburus İldırım oğlu, İsmayılova Xurmayə Maşallah qızı və Vüqar İsmayılov xəsarət alıb.Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Daha əvvəl Biləsuvarda yol qəzasında iki qadın xəsarət alıb.
mənbə :
Report.az