23 Dekabr, 2018 20:26 xeber – Yevlax-Bərdə rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.”Report”un Qərb bürosunun məlumatına görə, yolun Yevlax ərazisindən keçən hissəsində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.Nəticədə 2 nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.Bundan əvvəl Goranboy rayonunda maşın traktorun qoşqusuna çırpılıb.
mənbə :
Report.az