23 Dekabr, 2018 21:37 xeber – Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş vermiş yol qəzası nəticəsində yaralıların sayı artıb.”Report”un Qərb bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü Yevlax rayon sakini İsmayılov Famil İldırım oğlunun idarə etdiyi “Lifan” markalı avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb.Bunlar onun 1970-ci il təvəllüdlü qardaşı İsmayılov Elburus İldırım oğlu, 1965-ci il təvəllüdlü İsmayılova Xurmayə Maşallah qızı, 2004-cü il təvəllüdlü İsmayılov Vüqar Elburus oğlu və İsmayılov Ramiz Famil oğludur. Onların vəziyyətinin normal və qənaətbəxş olduğu bildirilir.Daha əvvəl yaralıların 3 nəfər olduğu məlum idi.***19:38Goranboy. 23 dekabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.”Report”un Qərb bürosunun məlumatına görə, “NazLifan” markalı avtomobilin qarşıda gedən traktorun qoşqusuna çırpılması nəticəsində 3 nəfər – İsmayılov Elburus İldırım oğlu, İsmayılova Xurmayə Maşallah qızı və Vüqar İsmayılov xəsarət alıb.Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Daha əvvəl Biləsuvarda yol qəzasında iki qadın xəsarət alıb.
mənbə :
Report.az