24 Dekabr, 2018 14:49 xeber – Yevlax rayonunda 18 yaşlı oğlan həmyaşıdını qətlə yetirib.”Report”un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər sakini, 18 yaşlı Əhmədli Ağa Mehman oğlu həmyaşıdı Nərmanov Namiq Yelmar oğlu tərəfindən 6 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılılb, araşdırma aparılır.*** 13:54Yevlax. 24 dekabr. REPORT.AZ/ Yevlax rayonunda gənc oğlan bıçaqlanıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az