24 Dekabr, 2018 15:11 xeber – Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif korrupsiya ilə bağlı məhkəmə istintaqı çərçivəsində yeddi il həbs cəzasına məhkum edilib.“Report” TASS-a istinadən xəbər verir ki, İslamabad Antikorrupsiya Məhkəməsində Əl Əziziyyə Polad Kombinatında və “Flagship İnvestment” şirkətində korrupsiya faktına dair ayrıca iki proses keçirilib.Birinci məsələ ilə bağlı sabiq hökumət başçısı 7 il müddətinə azadlıqdan məhrum edilməklə 2,5 milyon ABŞ dolları məbləğində cərimə olunub, ikinci məsələ ilə bağlı isə bəraət alıb.Xatırladaq ki, bu il iyulun 6-da N.Şərif korrupsiyaya dair daha bir cinayət işi üzrə 10 il həbs cəzasına və 8 milyon dollarlıq cəriməyə məhkum olunmuşdu.
mənbə :
Report.az