24 Dekabr, 2018 16:49 xeber – Belçika paytaxtı Brüsseldə yerləşən restoranlardan birində atışma olub.“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, əlində “Kalaşnikov” markalı avtomat silah olan bir nəfər restoranda atəş açıb. Hələlik kimliyi məlum olmayan şəxs daha sonra hadisə yerindən qaçıb.Hadisə zamanı ölən və ya yaralananların olması barədə məlumat verilməyib. Hüquq-mühafizə orqanları silahlı şəxsin tutulması üçün əməliyyat tədbirləri keçirir.
mənbə :
Report.az