24 Dekabr, 2018 21:58 xeber – Qəzza zolağının şimal sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında növbəti toqquşma olub. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin muxtariyyatının Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl Kidrə bildirib.Onun sözlərinə görə, toqquşma zamanı 14 nəfər xəsarət alıb. Qeyd edək ki, daha əvvəl Qəzza sektoru boyunca İsrail hərbçiləri ilə toqquşmada həlak olan fələstinlilərin sayı 4 nəfərə çatıb.
mənbə :
Report.az