25 Dekabr, 2018 05:18 xeber – ABŞ prezidenti Donald Tramp bildirib ki, rəsmi Pxenyanla danışıqların gedişatında tərəqqi mövcuddur.”Report” TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Twitter” hesabında yazıb.O, qeyd edib ki, KXDR lideri Kim Çen Inla görüşü səbirsizliklə gözləyir. “Tərəqqi var. Sədr (KXDR-in Dövlət Şurasının sədri – red) Kim Çen Inla növbəti sammiti səbirsizliklə gözləyirəm”, – deyə o, Ağ Evdə KXDR-lə bağlı brifinqin fotosunu da özünün səhifəsinə yerləşdirib.Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo KNSS radiostansiyasına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Donald Trampla Kim Çen Inla ikinci görüşünün 2019-cu ilin əvvəllərində keçiriləcəyinə ümid edir.
mənbə :
Report.az