25 Dekabr, 2018 12:53 xeber – Quba rayonunda avtomobil piyadanı vurub. “Report” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Atuc kəndi ərazisində qeydə alınıb.Belə ki, dekabrın 25-də saat 3 radələrində müəyyən edilməmiş avtomobillə yolu keçən 30-35 yaşlı kişi vurulub və piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
mənbə :
Report.az