25 Dekabr, 2018 16:27 xeber – Əfqanıstan Hərbi Hava Qüvvələri (HHQ) “Hakkani şəbəkəsi” qruplaşmasının liderlərindən birini məhv edib.Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.”Hakkani şəbəkəsi” terror qruplaşmasının hərbi əməliyyatlarına və logistikasına cavabdeh olan Seyfullah HHQ-nin aviazərbələri zamanı digər altı yaraqlı ilə birlikdə öldürülüb”, – Əfqanıstan Daxili İşlər Nazirliyi “Facebook” səhifəsində yazıb.Qeyd olunur ki, yaraqlılar dünən Əfqanıstanın cənub-şərqindəki Paktika vilayətində məhv ediliblər.”Hakkani şəbəkəsi” digər terror təşkilatları – “Taliban” və “Əl-Qaidə” ilə sıx əlaqədədir.
mənbə :
Report.az