25 Dekabr, 2018 17:49 xeber – Bakının Qaradağ rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.Məlumatda deyilir ki, Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən 24 saat ərzində Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrində su olmayacaq. Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
mənbə :
Report.az