25 Dekabr, 2018 19:13 xeber – Fransanın PSJ klubunun futbolçusu Çupo Motinqin evi qarət olunub. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu bir ay ərzində ikinci dəfə belə halla üzləşib. Kamerunlu oyunçuya dəymiş zərərin miqdarı və oğurlanmış əşyaların sayı bəlli deyil. Çempionlar Liqasının qrup mərhələsinin V turunda noyabrın 28-də baş tutan PSJ – “Liverpul” matçında da Motinqin evi qarət olunub. Həmin vaxt hücumçuya 600 min avro ziyan dəyib. Qeyd edək ki, daha öncə PSJ-nin kapitanı Tiaqo Silvanın da evindən oğurluq edilib. Braziliyalı müdafiəçinin evindən bir neçə bahalı əşya, 600 min avro məbləğində saat götürülüb. Oyunçuya dəyən ziyan isə 1 milyon avroya bərabərdir.
mənbə :
Report.az