Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
21/02/2019

Orada yasayan sakinlerin sayinda da artim yoxdur – Dag kendinde neler olur

Orada yaşayan sakinlərin sayında da artım yoxdur – Dağ kəndində nələr olur

“Şəhərlə kəndi müqayisə etməli olsaq, kənddə yaşamaq bir qədər şərəflidir” Kənd insanlarının qarşılaşdığı çətinliklərlə yerindəcə tanış olmaq qərarına gəldim. Bu məqsədlə də üz tutdum Lənkərandan təxminən, 30-40 km aralıda yerləşən Lerikin Dəvrədibi kəndinə. Məni öz “UAZ” markalı yolsuzluq avtomobili ilə qarşılamağa gəlmiş dostum Elçin Məmmədovun ilk gileyi elə yoldan oldu: “Görürsən də, qardaş, yollarımız necə bərbad vəziyyətdədir?” 

Elçin Məmmədov

©
Sputnik / Rahim Zakiroghlu
Elçin Məmmədov

E.Məmmədov 2002-ci ildə Lənkəran Dövlət Universitetini bitirib, 15 ildir müəllimlik fəaliyyəti ilə məşğuldur: “Evimiz Dəvrədibi və Zəriküməco kəndlərinin kəsişdiyi yerdədir. Əslində, sənədlə Zəriküməco sakiniyəm, lakin Dəvrədibi kəndində yaşayıram. Dəvrədibi kənd ümumi orta məktəbində işləyirəm, övladlarım da burada təhsil alır. Məktəbdə təhsil 9 illikdir. Məktəbimizin binası yeni inşa edilib, müasir istilik sistemi ilə təchiz olunub. Havalar xoş keçəndə şagirdlərin davamiyyəti, demək olar ki, 100% olur. Qışda yağış, qar yağanda, elektrik xətləri qırılanda isə uşaqlar dərsə gəlmirlər. Çünki elektrik naqilləri qırılanda siniflərdə istilik sistemi işləmir, uşaqlar xəstələnir”.

Həmsöhbətimin ulu babaları da bu kənddə yaşayıb. Ona görə də bu yerlərə tam adaptasiya olublar. Dediyinə görə, yayda bu yerlər cənnət kimi olur: “Yayın necə bitdiyini, demək olar ki, hiss eləmirik. Tez-tez qonaqlarımız, toylarımız olur. Dədə-babadan buralar qışlaq yeri kimi istifadə olunarmış. Babam Kərbəlayi Alxas, təxminən, XIX əsrin sonlarında bu torpaqların ən böyük mülkədarlarından biri olub. O dövrünün təsərrüfat sahələrinə uyğun olaraq həm əkinçilik, həm də heyvandarlığın bütün sahələri, həmçinin  çəltikçiliklə məşğul olub. 80-90 hektar çəltik sahəsi varmış və həmin çəltik sahələrinin pilləvari sahələri – terraslar hələ də qalır”.

Dəvrədibi kəndinin sakinləri

©
Sputnik / Rahim Zakiroghlu
Dəvrədibi kəndinin sakinləri

Azərbaycanda 1920-ci ildə Sovet hakimiyyəti qurulanda Elçin müəllimin babasının da bütün mülkiyyəti əlindən alınıb. Kolxozlaşma dövründə bütün mal-heyvanı kolxoza, çəltik sahələri isə meşə və çayçılıq təsərrüfatına təhvil verilib.  Özü isə çox kasıb şəraitdə dünyasını dəyişib.

Müsahibimizdən öyrənirik ki, Dəvrədibi kəndinin əhalisi, əsasən, maldarlıqla məşğul olur, əkinçilik üçün isə əlverişli şərait yoxdur: “Kənddə müəllim işləyənlər də var, amma kənd sakinlərinin əksəriyyəti təsərrüfat işləri ilə məşğul olurlar. Az miqdarda dəmyə əkinçilik var. Kənd camaatının gəlirlərinin böyük hissəsi heyvandarlıqdan çıxır. Mən özüm də heyvandarlıqla məşğul oluram, 5-6 baş mal-qaram var. Amma adam var ki, 10-15 baş inəyi var. Yaz-yay aylarında da özümüzə lazım olacaq qədər tərəvəz əkirik”.

Ondan da xəbərdar oluruq ki, Dəvrədibi kəndində ailə quranların sayı artsa da, əhalinin sayında artım müşahidə olunmur. E.Məmmədov bunun urbanızasiya prosesi ilə əlaqələndirir: “Təkcə bizdə deyil, bütün dünyada urbanizasiya prosesi gedir. Kənddən şəhərə köçənlərin sayı həddindən artıq çoxdur. Hazırda kənddə 50-yə yaxın ev var. Mən gözümü açanda elə həmin 50 evi görmüşəm, sayı artmır. Çünki əhalinin əksəriyyəti ya paytaxta, ya da Abşeron yarımadasına köçür. Kənddə qalanlar öz təsərrüfatını quranlar və yerli şəraitə adaptasiya olanlardı”.

E.Məmmədov deyir ki, kəndləri Lənkəran şəhərinə yaxın yerləşdiyinə görə qışa hazırlıq görmək, uzun müddət üçün ərzaq ehtiyatı yığmağa ehtiyac görmürlər: “Ancaq elə kəndlərimiz var ki, dəniz səviyyəsindən 1500 metrdən daha yüksəkdə yerləşir. Həmin kəndlərdə qışa hazırlaşmaq üçün öncədən 6 aylıq ərzaq məhsulları tədarük edirlər. Bunun üçün evlərində xüsusi zirzəmilər düzəldirlər və bütün məhsulları oraya yığıb qışda istifadə edirlər. Onların hazırladıqları bu zirzəmiləri təbii soyuducu da adlandırmaq olar. Çünki həmin zirzəmiləri elə yerdə inşa edirlər ki, orada hətta yayda belə, heç bir məhsul zay olmur”.

Lerikin Dəvrədibi kəndi

©
Sputnik / Rahim Zakiroghlu
Lerikin Dəvrədibi kəndi

Söhbətimizin bu məqamında müsahibim yol problemini yenidən xatırladır: “Ən böyük problemimiz yolla bağlıdır. Çox yanacaq sərf edən yolsuzluq avtomobillərindən istifadə etməyə məcburuq. “UAZ” avtomobilləri bu yerlərə dözən, bəlkə də, yeganə maşındır. Kəndimizlə Lənkəranın mərkəzi arasında 26-27 km məsafə var. Bu yolu qət etməyə 13-14 manatlıq yanacaq sərf edirik”.

Dəvrədibi kənd sakinləri ərzaqları, əsasən, Lənkərandan alıb gətirirlər. Təcili nə isə lazım olanda Piran kənd mağazasına üz tuturlar.

Elçin müəllim deyir ki, qış gəlmədən daha çox mal-heyvan üçün tədarük görürlər: “Qışa təsərrüfatı qabaqcadan hazırlayırıq. Ən birinci ot tədarükündən başlayırıq. Heyvanlarımızın qışda qidalanması üçün otu pulla almaq baha başa gəlir. Ona görə də yayda ot biçirik, biçilmiş otu presləyib tövlənin damına yığıram. Əgər yayda tövlənin damını doldura bilsəm, heyvanlarım qışı keçirə bilərlər”.

Kənd sakinləri qışda evlərini isitmək üçün isə odundan istifadə edirlər: “Yayda da odun işlədirik, kəndimizə hələ də qaz çəkilməyib. Yayda meşədəki quru odunları yığırıq. Qışda odun yandırmaq üçün isə bizə bilet verilir. Qabaqcadan qışda bizə neçə kub odun çatacağını müəyyən edib ona uyğun bilet götürürük”.

Lerikin Dəvrədibi kəndi

©
Sputnik / Rahim Zakiroghlu
Lerikin Dəvrədibi kəndi

Sən demə, dağ kəndinin sakinləri üçün problem təkcə yolsuzluq və qazsızlıq deyil. Elektrik enerjisi də onlar üçün baş bəlasıdır: “Qış aylarının ən böyük problemlərimizdən biri də elektrik enerjisinin tez-tez kəsilməsidir. Onun da başlıca səbəbi elektrik dirəklərinin istifadəyə yararsız hala düşməsidir. Çürümüş dirəklər artıq 10 min voltluq elektrik naqillərini daşımağa tab gətirmir. Həmçinin dirəklər çürüdükcə o qədər aşağıdan basdırılıb ki, elə yerdə insan əli belə çatır”.

“Qar yağanda, güclü külək olanda meşədə elektrik xətləri biri-birinə dolaşır, budaqlar qırılıb naqillərin üzərinə düşür. Buna görə də tez-tez qısaqapanmalar olur. Bizə verilən elektrik enerjisinin gərginliyi də aşağıdır. Həmçinin elektrik enerjisinin bərpası da sakinlərin öz üzərinə düşür, çünki kənddə cəmi bir montyor var” – deyə o əlavə edir.

Elçin müəllimin dediyinə görə, kənd sakinləri ancaq bir mobil operatorun xidmətindən istifadə edə bilirlər. Elektrik enerjisi kəsiləndə həmin mobil operator da işləmir və beləcə onlar həm də mobil şəbəkəsiz qalırıq.

Lerikin Dəvrədibi kəndi

©
Sputnik / Rahim Zakiroghlu
Lerikin Dəvrədibi kəndi

Kənd sakinlərinin digər bir problemi səhiyyə ilə bağlıdır. Belə ki, kənddə nə insanlar, nə də heyvanlar üçün həkim yoxdur: “Kimsə xəstələnəndə, təcili yardım çağıra bilmirik, çünki təcili tibbi yardım avtomobili buralara gələ bilmir. Xüsusən də qarda-qışda bu mümkünsüzdür. Xəstəni özümüz həkimə aparmalıyıq. Mal-heyvanımız xəstələnəndə də həkimi Lənkərandan gətirməliyik. Çünki yerli baytarımız da yoxdur”.

Dağ kəndində yaşamağın səbəb olduğu daha bir problem də vəhşi heyvanların hücumu ilə üzləşməkdir. Bu kəndin sakinləri də belə problemlə ara-sıra qarşılaşırlar: “Toyuq-cücələrimizi çaqqal, tülkü öldürür. Çünki vəhşi heyvanların yaşayış arealı daralıb. Yəni insan məskənləri genişləndikcə, vəhşi heyvanların yayılma sahəsi azalır. Biz onların yaşayış yerlərini zəbt edirik. Ancaq bu yaşıma kimi kəndimizdə kiminsə vəhşi heyvan hücumundan öldüyünü görməmişəm. Ara-sıra kiçik dişləmələr olub. Lakin bu qış soyuqlar düşəndən bəri canavarların sayı çoxalıb, canavarlar kəndə basqın edir. Elə bu yaxınlarda bir tanışımıa canavar hücum edib. O isə canavarı it bilib və öz çomağı ilə vurub öldürüb. Bir müddət əvvəl əmimin tövləsinə də canavar soxulmaq istəyirdi. Hay-küyə qaçdıq, inəkləri yaralamasına imkan vermədik”.

Lerikin Dəvrədibi kəndi

©
Sputnik / Rahim Zakiroghlu
Lerikin Dəvrədibi kəndi

Bütün bu çətinliklərin müqabilində həmsöhbətim kənddə yaşamağı üstün tutur: “Şəhərlə kəndi müqayisə etməli olsaq, əlbəttə ki, şəhərdə yaşamaq daha rahatdır. Lakin mənim fikrimcə, kənddə yaşamaq bir qədər şərəflidir. Çünki burda öz kökünə daha yaxınsan, torpaqla, təbiətlə daha çox əlaqədəsən. Yol məsələsi həll olunarsa, demək olar ki, buralar da şəhərdir”.

“Yayda bu yerlərdə yaşamaq çox sərfəlidir və rahatdır. Yayda heyvanlarımızı biçənəklərə, meşəyə buraxırıq. Bunu da heyvandarlığın ən rahat tərəfi adlandırmaq olar. Yayda odun problemimiz də olmur. Çünki odun ancaq az miqdarda odur lazım olur, yemək bişirməyə və yuyunmağa. Yayda bütün meyvə tərəvəzi həyət-bacadan əldə edirik. Ət, toyuq, yumurta, süd, ayran və sair öz təsərrüfatımızdan olur. Nəyəsə ehtiyac olanda da almaq şəhərdən qat-qat ucuz başa gəlir” – deyə o bildirir.</p



2019-02-21T14:00 xeber – /strong
mənbə :
Sputnik















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti