Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
10/02/2015

Telekanallardakı bezi verilişler bağlana biler – MÜSAHİBƏ

Telekanallardakı bezi verilişler bağlana biler – MÜSAHİBƏ


10.02.2015 / 15:09 xeber –

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan MəhərrəmlininAPA-ya müsahibəsi

 

– Nuşirəvan müəllim, Azərbaycanda rəqəmsal yayıma keçmək üçün son müddət kimi 2015-ci ilin yayını göstərmişdiniz. Bu vaxta qədər proses tam başa çatacaqmı?

 

– Bilirsiniz, biz bu prosesin başa çatmasını istəyirik. Bu məsələ ilə də bağlı heç bir narahatlığımız yoxdur. Çünki artıq Azərbaycan ərazisi rəqəmsal yayımla tam əhatə olunub. Sadəcə, bizim sosial cəhətdən imkansız insanlarımız var ki, onların rəqəmsal yayımla təmin olunması üçün dekoderlərə, tunerlərə, resiverlərə ehtiyacı var.

 

– Bu məsələ ilə də bağlı prezident İlham Əliyevə müraciət etmişdiniz. Müraciətinizə Nazirlər Kabinetində baxılırdı. Müraciətə hər hansı bir cavab verilibmi?

 

– Bəli, biz bu məsələ ilə bağlı cənab prezidentə müraciət etdik ki, sosial cəhətdən problemli insanlara müəyyən qədər kömək göstərilsin. Bildiyimə görə, bu məsələ həll olunmaq ərəfəsindədir. Nazirlər Kabineti bundan irəli gələn məsələləri həll etmək üçün müəyyən işlər görür. Konkret nə vaxt olacaq, bu haqda dəqiq bir söz deyə bilmərəm. Amma biz istəyirik ki, 2015-ci ilin yayında bu məsələlər bitsin. Bilirsiniz, əsas məsələ rəqəmsal yayımın ölkə boyu əhatə olunmasıdır. Biz də bu məsələni artıq həll etmişik. O ki, qaldı analoq yayımın dayandırılmasına, biz analoq yayımı istənilən an, bu gün və yaxud bir ildən sonra dayandıra bilərik. Bu, bizim üçün problem deyil. Bu saat analoq yayımın dayandırılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün daha çox lazımdır. Çünki bu yayım onlar tərəfindən aparılır və maliyyə cəhətdən də onlar hər gün ziyana düşürlər. Biz hər şeydən qabaq əhalini nəzərə alırıq. Birinci problem sosial cəhətdən imkansız insanlardır. Onların da sayı təqribən 130 minə yaxındır.

 

– Bəs yeni televiziya kanalının yaradılması məsələsi gündəmdə var?

 

– Bu, elə bir prosesdir ki, hər an baş verə bilər. Hazırkı dövrdə Azərbaycanda televiziya kanallarının sayı kifayət qədərdir. Siz bilirsiniz ki, keçən il Region TV-nin efirə çıxması ilə Azərbaycanda ümumrespublika yayımçılarının sayı 10-a çatdı. Azərbaycan kimi bir ölkə üçün 10 ümumrespublika yayımçısının olması çox böyük bir işdir. Məsələn, qonşu Türkiyədə 24 televiziya kanalı bütün ölkəyə yayımlanır. Böyüklüyünə görə Türkiyə bizdən 7 dəfə böyükdür. Biz hesab edirik ki, regional televiziya kanallarının sayı artmalıdır. Bunun üçün də ilk növbədə zəruri maddi-texniki baza, kadr potensialı olmalıdır. Bu gün bunlar yoxdur. Məsələn, Gəncə şəhərində “Kəpəz”, Tovuzda isə “Türkel” televiziyaları yayımlanır. Gəncə ölkənin ikinci böyük şəhəridir. Orada lazımi infrastruktur var. Amma digər rayonlarımızda təəssüflər olsun ki, bu yoxdur. Xüsusən də kadr potensialı ilə bağlı vəziyyət yaxşı deyil. Ona görə də biz bu sahədə tələsməməyi qərara almışıq. Dəfələrlə demişəm, biz regionlarda televiziya kanallarının sayının artmasını çox istəyirik. Şərait yetişdikcə, bunu edəcəyik.

 

– Bu yaxınlarda ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev APA-ya müsahibəsində “Milli Televiziya və Radio Şurası milli-mənəvi dəyərlər deyib bizi cərimə edir və biz də onları işgüzar nüfuzumuza xələl gətirdikləri üçün məhkəməyə verib uduruq. Məhkəmə onların xəbərdarlığını ləğv edib” söyləyib. Bu barədə nə deyə bilərsiniz?

 

– Milli Televiziya və Radio Şurasının xəbərdarlıqları və bunlardan məhkəmə şikayəti verilməsi normal prosesdir. Biz də istəyirik ki, hər şey sivil qaydada həll olunsun. Əgər bizim şuranın qərarı doğru deyilsə, məhkəmə baxsın, qərar versin. Milli Televiziya və Radio Şurası kollegial orqandır. Onun fəaliyyəti sırf televiziya və radio yayımına hesablanıb. Ayrı-ayrı hakimlər ola bilsin ki, bütün məsələlər üzrə olan işlərə baxır. Amma bizim şura sırf televiziya və radio yayımına məsul qurumdur. Ona görə bizim verdiyimiz qərarlar qanunvericiliyin maddələrinə əsaslanır. Mən bu gün də bununla bağlı öz fikrimdə qalıram ki, efirdə cin çıxarmaq əhvalatları olmamalıdır. Əhalinin, xüsusən də uşaqların mənəviyyatına pis təsir edən o cür hadisələr efirə verilməməlidir. Hələ cin çıxarmaq bir qırağa, mən küçə danışıq tərzinin efirdə olmasının qəti əleyhinəyəm. Bizim efir insanlar üçün həm də məlumatlandırıcı, maarifləndirici vasitədir. Bizim gənc nəsil televiziyalara baxaraq böyüyür. Ona görə də düşünürəm ki, televiziyalara tutulan nöqsanlar aradan qaldırılmalıdır.

 

– Siz milli-mənəvi dəyərlər deyərkən konkret nələri nəzərdə tutursunuz?

 

– Bəzən milli-mənəvi dəyərlər məsələsini mübahisə predmetinə çevirirlər ki, nədir milli-mənəvi dəyərlər. Çox təəssüf ki, bu söz özü yerində olmayan ifadədir. Təbii ki, hər bir insan üçün milli-mənəvi dəyər var. İnsan özü milli-mənəvi dəyərləri müəyyənləşdirir. Azərbaycan xalqının milli-mənəvi dəyərləri həddindən artıq çoxdur. Biz bununla fəxr edirik və bunları bir-bir sadalasam, vaxt çatmaz. Yalnız onu deyə bilərəm ki, əlillərin, öz hüququnu bilməyən insanların bədbəxtliyi üzərində şou yaradıb qazanc götürmək ən azından mənəvi dəyər deyil. Böyüklərə, uşaqlara qarşı sayğısızlıq, hörmətsizlik mənəvi dəyər deyil.

 

– Milli Məclis Milli Televiziya və Radio Şurasının səlahiyyətlərini artırdı…

 

– Bu, bizdən daha çox cəmiyyətin tələbi idi. Bir sıra Avropa ölkələrində televiziya və radio şurasına bənzər qurumların böyük səlahiyyətləri var. Milli Televiziya və Radio Şurası televiziya və radio yayımı ilə bağlı dövlət siyasətini həyata keçirirsə, deməli, televiziyada gedən proseslərə müdaxilə etməlidir. Biz, ümumiyyətlə, senzuranın əleyhinəyik. Belə şeyləri qəti istəmirik. Amma çox təəssüf ki, bəzən bundan sui-istifadə edərək efirdə xalqın milli-mənəvi dəyərlərinə uyğun olmayan verilişlər yayımlanır. Bu da xoşagələn hal deyil. Biz ictimaiyyətdən gələn tələblərlə bağlı müəyyən təkliflər irəli sürmüşdük. Təkliflərimizə müxtəlif nazirliklərdə baxıldı və Milli Məclis müvafiq qərar qəbul etdi. Bundan sonra Azərbaycan xalqının mənafeyinə uyğun olmayan verilişlər tərəfimizdən bağlanıla bilər. Bununla belə məqsədimiz hər hansı televiziya kanalına qarşı cəza tədbirləri görmək deyil. Mən şəxsən cəza tədbirlərinin qəti əleyhinəyəm. Hesab edirəm ki, məhdudiyyətlər ancaq çəkindirici xarakter daşımalıdır. İnsan başa düşməlidir ki, onun hərəkəti ona daha ağır başa gələcək. Bəzi televiziya kanallarının rəhbərləri deyir ki, milli-mənəvi dəyər nədir. Həmin suala cavab tapmaq üçün məhz bu cür səlahiyyətlərə ehtiyac vardı. Bəzi insanlar başa düşmür ki, Milli Televiziya və Radio Şurası məhz ona görə yaradılıb ki, efirdə Azərbaycan dövlətinin, xalqının maraqlarına uyğun olmayan verilişlər olmasın. Əgər hər hansı bir hakim bu işlərə baxacaqdısa, onda bizim təşkilatı yaratmağa nə ehtiyac var idi? Biz 12 ildir fəaliyyət göstəririk, əvvəllər bu məsələni dəfələrlə qaldırmışdıq. Son dövrlər şou xarakterli, bayağı verilişlərin həddən artıq çoxalması, verilişlərin keyfiyyətinin xeyli aşağı olması, xalqın içərisində hörməti olmayan insanların gözümüzü yara etməsi yaxşı hal deyil. Bundan sonra biz bu məsələyə bir daha qayıtmaq məcburiyyətində qaldıq. Bu məsələ həm ictimaiyyət, həm də bizim tərəfimizdən qaldırıldı. Milli Məclisin buna müsbət yanaşması sevindirici haldır. Artırılmış səlahiyyətlərdən yalnız Azərbaycan xalqının mənafeyinə uyğun istifadə olunacaq.

 

– Özünüz də qeyd etdiniz ki, şou verilişlərinin sayı durmadan artır. İTV, AzTV şouya demək olar ki, meyllənmir. Amma fakt budur ki, kütlə özəl telekanallardakı şou proqramlara həvəslə baxır…

 

– (Gülür) Bu məsələ bizim tərəfimizdən dəfələrlə qaldırılıb. Dövlət hər şeydən qabaq birinci əhalinin, ictimaiyyətin maraqlarını nəzərə alır. Ona görə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən televiziya kanalları sırf əhalinin maraqlarına uyğun verilişlər göstərir. Biz insanlara seçim hüququ vermişik. Əgər şou xarakterli verilişə baxmaq istəmirsənsə, buyur, bu kanallara bax. Amma çox təəssüf ki, insanlar özü o cür kanallara baxa-baxa həmin kanallar haqqında fərqli fikirlər söyləyirlər. Bəzən eyni məsələyə uyğun fərqli baxış meydana çıxır. İki gün bundan əvvəl yerli kanallarda göstərilən şou xarakterli verilişlərlə bağlı bir şikayət məktubu almışıq. Bir vətəndaş adını çəkmək istəmədiyim kanalı həddindən artıq tərifləyir. Uzun müddət tərifləyəndən sonra onun nöqsanlarını deyir. Yəni bir tərəfdən tərifləyir, bir tərəfdən də nöqsanlarını deyir. Bütün bunlara görə Milli Televiziya və Radio Şurası məsul deyil. Əgər telekanallar öz fəaliyyətini televiziya və radio yayımına uyğun quracaqsa, biz onları həmişə dəstəkləyəcəyik.

 

39 gün İmama yas saxlayanda, gərək bir gün də Yezidə yas saxlayasan. Axı özəl kanallar öz fəaliyyətlərini reklam və sponsorlardan gələn gəlirlər üzərində qururlar və onların bütün fəaliyyəti kommersiya xarakterlidir. Biz onları günahlandıra bilmərik. Onlar haradan gəlir götürürlərsə, o işi görürlər. Özəl kanalların işi o qədər də asan deyil. Bu gün sizin də dediyiniz kimi, AzTV, İTV var, amma əhalinin əsas baxmaq istədiyi verilişlər haradadır? (Gülür) Özəl kanallarda. Bizim də marağımız odur ki, televiziya kanallarımızın maddi-texniki bazası, kadr potensialı güclənsin və onların reklam vəziyyəti yaxşı olsun. Telekanallar işçilərinin hər birinə, aparıcılara yüksək məvacib verə bilsin ki, o aparıcı, operator reklam haqda düşünməsin. Lakin bizim televiziya kanallarında bütün işçilər düşünür ki, kim haradan gedib reklam, sponsor tapıb gətirə bilər. Bu problem var və bu problem tədriclə həll olunmalıdır.

 

Azərbaycanda həm müsəlman Şərqinin, həm də Avropa dəyərlərinin hər ikisi cəmləşib. Burada balansı gözləmək lazımdır. Avropa ölkələri, Avropa xalqları üçün xarakterik olan verilişlər, filmlər Azərbaycan üçün xarakterik ola bilməz. Çox təəssüf ki, bəzən bizim televiziya kanallarında Avropadakı verilişləri, özü də çox aşağı səviyyədə “kopya”lamaqla xalqa göstərirlər. Bu isə yaxşı hal deyil. Həmişə demişəm, bir daha qeyd edirəm ki, televiziya kanallarında, xüsusən özəl telekanallardakı verilişlərin keyfiyyəti təkcə onların istəyi ilə bağlı deyil, həm də real vəziyyətlə bağlıdır. Əgər Azərbaycanda praym-taym vaxtında reklamın bir dəqiqəsi 1000-2000 manat həcmində olursa, Türkiyədə, Rusiyada söhbət 50-60 mindən gedir. Bizdə hər hansı bir serialın çəkilişinə 10-15 min manat arasında vəsait xərclənirsə, Türkiyədə 250-300 mindən gedir söhbət. Və biz bu fərqi də görməliyik. Bəzən bizim aktyorlarımız seriallara çəkilmək üçün yüksək məbləğ istəyir. Bu normal bir istəkdir. Bunu başa düşürəm. Ancaq telekanalın həmin aktyora yüksək məbləği vermək imkanı yoxdur axı. Həm də reklam bazarı Azərbaycanda o qədər də ürəkaçan vəziyyətdə deyil. Bu reallıqları da mütləq nəzərə almaq lazımdır. Özəl kanallar da çalışır ki, daha yüksək keyfiyyətli verilişlər yaratsınlar ki, insanlar ona baxsınlar. Amma bu gün özəl kanallarda intellektual tipli verilişlər qazanc gətirmirsə, bayağı verilişlər qazanc gətirirsə, onlar bunu seçirlər. Çünki ilk növbədə onlar qazanc ardınca gedirlər. Ona görə də biz “Mədəniyyət” kanalını yaratdıq. Əvvəllər belə bir kanal yox idi. Bu, hər hansı bir ciddi dəyişikliyə səbəb oldumu?! Şəxsən mən hesab edirəm ki, “Mədəniyyət” kanalı öz üzərinə düşən funksiyanı yerinə yetirir. “Mədəniyyət” kanalının olması çox böyük hadisədir. İntellektual insanlar bu kanala baxırlar. Bunu da qeyd etməliyik. Eyni zamanda AzTV-də, İTV-də bizim əhalinin baxa biləcəyi verilişlər kifayət qədərdir. İndiki dövrdə bütün dünyada dəyərlərin çox aşağı səviyyəyə düşməsi bizim özəl kanallarda da var. Özəl kanallardakı vəziyyət təkcə Azərbaycanda deyil ki. Bu, dünyada gedir. Azərbaycanın özəl kanallarındakı ən pis verilişlər bizə xaricdən, qonşu Türkiyədən, Rusiyadan gəlir. Mən televiziya kanallarının rəhbərlərinə həmişə deyirəm ki, xarici ölkədən gələn verilişlər yerli mühitə uyğunlaşdırılarkən Azərbaycanın spesifikası, milli xüsusiyyətlər nəzərə alınmalıdır. Televiziya kanalların rəhbərləri həmişə bizə deyirlər ki, biz özümüz də o verilişlərə baxa bilmirik, xoşlamırıq. Amma bu gün məcburiyyət qarşısında buna getdiklərini dilə gətirirlər.

 

– Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirovun “Bəzi özəl televiziya və radio kanalları gəncləri işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, barlara çağırır” fikrinə münasibətiniz necədir?

 

– Bu, emosional şəkildə deyilmiş bir ifadədir. Bunu tək televiziyaların üzərinə atmaq doğru olmaz. İndi həm də internet əsridir. Onun dediyində müəyyən həqiqət tapmaq olar. Doğru deyir, çox təəssüf ki, indiki gənclər daha çox ucuz hadisələr, əyləncə dalınca qaçırlar. Onları məzmun, keyfiyyət yox, kəmiyyət maraqlandırır. Bu baxımdan bu narahatlığı mən də bölüşürəm. Amma Azərbaycan telekanallarında o formada hadisə yoxdur və ola da bilməz. Əgər real vəziyyət kommersiya kanallarından bu cür olmağı tələb edirsə, bu vəziyyəti dəyişmək lazımdır. Vaxt vardı Azərbaycanda bir televiziya kanalı var idi. Normal kadrlar yetişdirmək üçün Azərbaycanın ən yaxşı mütəxəssislərini o kanala toplayırdıq. Baxın, indi 10 televiziya kanalımız bütün ölkəyə yayımlanır. Deməli, bizim kadrlarımızın sayı 10 dəfə artıq olmalıdır. Varmı bu? Hesab edirəm ki, özəl kanallarımızdakı vəziyyət reklam bazarındakı vəziyyət düzəldikcə düzələcək.

 

– Televiziya kanallarında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılmış Bədii şuraların yalnız formal xarakter daşıdığını söyləmişdiniz. Bədii şuraların fəaliyyətində müsbətə doğru bir irəliləyiş varmı, ya vəziyyət elə olduğu kimi qalmaqdadır?

 

– Sovet dövründə Bədii şuralar var idi və hər şey də ciddi nəzarət altında idi. Amma indiki dövrdə özəl kanallarda Bədii şuraların yaradılması o qədər də asan məsələ deyil. Hazırda bədii şuralar yaradılsa da, çox təəssüf ki, onların fəaliyyəti ancaq kağız üzərindədir. Bəzi televiziya kanalları öz rəhbərliyini Bədii şuranın tərkibi kimi göstərib. Mən hesab edirəm ki, hər bir televiziya kanalının Bədii Şurası Azərbaycan xalqına nəyi göstərmək olar, nəyi göstərmək olmaz məsələsində prinsipiallıq göstərməlidir. Son zamanlar qeyd etməliyəm ki, efirdə dəyişikliklərin şahidi oluruq. Nöqsanlar var, amma əvvəlki illərlə müqayisədə qanun pozmalar çox aşağı düşüb. O ki, qaldı şou-bizneslə bağlı verilişlərə, bayaq dediyim kimi, bu, çox ciddi bir məsələdir.

 

– Milli teleserialların çəkilişi üçün növbəti maliyyə vəsaitinin ayrılması gözlənilirmi?

 

– Bu sahədə xeyli işlər görülüb. Kəmiyyətlə bağlı hər hansı problem yoxdur. Sonuncu dəfə 2013-cü ilin aprel ayında ayrılmış 6 milyon manat hesabına 22-dən çox serial çəkilib. Ümumi olaraq onların bölümlərinin sayı təqribən 800-dən çoxdur. Yəni biz kəmiyyət baxımından qarşımıza qoyduğumuz məqsədə çatmışıq. Keyfiyyət məsələsində ciddi problemlər var. Bizdə serial 10-15 min manata çəkilirsə, Türkiyədə 250 minə çəkilir. Sonra bunları müqayisə etmədən deyirlər ki, bizdəki seriallar bərbad gündədir. Bu da reklam bazarının çox aşağı səviyyədə olması ilə bağlıdır. Biz bu sahədə iş görməliyik. Azərbaycan iqtisadi cəhətdən bölgənin ən qüdrətli ölkəsidir. Amma reklam vəziyyətinə görə qonşu ölkələrlə bərabər səviyyədədir. Belə ola bilməz. Ona görə bu sahədə müəyyən dəyişiklik etmək lazımdır. Azərbaycan dövləti də xüsusən sosial reklamlarla bağlı müəyyən işlər görməlidir. Yəni sosial reklamlar ayrı-ayrı nazirliklər tərəfindən hazırlanırsa, onların yayımlanması özəl kanallarda ödənişli, büdcədən maliyyələşən kanallarda isə ödənişsiz olmalıdır. Biz bu haqda da təklif irəli sürmüşük.     

 

– Milli cizgi filmlərinin çəkilişinə maliyyə ayrılması üçün ölkə prezidentinə müraciətinizə cavab verilibmi?

 

– Bu, çox ciddi bir məsələdir. Bununla bağlı biz cənab prezidentə müraciət etmişik. Bu sahəyə dövlət diqqət və vəsait ayırmalıdır. Özü də vəsaitin Milli Televiziya və Radio Şurasına ayrılmasını istəmirik. Qoy bu vəsait Mədəniyyət və Turizm Nazirliyinə, cizgi filmlərinin çəkilişi ilə məşğul olan prodakşnlara ayrılsın. Bu məsələ həllini tapmalıdır. Azərbaycan efirində Azərbaycan tarixinə, ədəbiyyatına uyğun cizgi filmləri hazırlanmalıdır.  

 

– Səhiyyə Nazirliyinin icazəsi olmadan dərman preparatlarını reklam edən kanallar haqqında ölçü götürülməsi üçün nazirlik tərəfindən sizin quruma müraciətlər daxil olur?

– Demək olar ki, bizə bu barədə şikayət daxil olmur. Bu barədə şəxsən mən şikayət almamışam. 6-7 il bundan qabaq biz Səhiyyə Nazirliyinə müraciət etmişdik ki, bizə reseptlə verilən, reseptsiz verilən dərmanlar haqqında bir məlumat versinlər. Milli Televiziya və Radio Şurasında çalışan insanlar hansı dərmanın reseptlə, hansının dərmanın reseptsiz verildiyini müəyyənləşdirən orqan deyil. Biz necə müəyyənləşdirə bilərik ki, o dərman reseptlidir, ya reseptsiz? Səhiyyə Nazirliyi bu haqda bizə məlumat versə, daha yaxşı olar. Biz bunu o zaman nizamlaya bilərik. Bir dəfə müraciət etdik, cəmisi 10-12 ad verdilər. Halbuki bunların sayı yüzlərlədir. Ümumiyyətlə, efirdə tibbi klinikaların həddən artıq reklam olunması, orada bəzilərinin dediyi milli-mənəvi dəyərlərə uyğun olmayan ifadələrin işlədilməsi yaxşı hal deyil. İnsan öz ailəsi ilə o reklamlara baxanda narahat olur. Həmin o klinikaların rəhbərləri tibbi terminləri bəzən elə eybəcər formada səsləndirirlər ki… Bunlara yol vermək olmaz.

 

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti