Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
04/04/2019

"Bu, Dagliq Qarabag munaqisesinin nizamlanmasi ile bagli ilk ve helelik yegane seneddir" – Rusiya XİN

"Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ilk və hələlik yeganə sənəddir" - Rusiya XİN



xeber –

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ONA-nın Moskva müxbirinə eksklüziv müsahibəsi

 

– Mariya Vladimirovna, Rusiya Federasiyası ilə  Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaranmasının 27-ci ildönümüdür. Bu illər ərzində iki ölkə arasında münasibətlərdə fərqli dövrlər müşahidə etmişik. Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini necə şərh edərdiniz?

 

– Doğrudur. Apreldə biz ənənəvi olaraq Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının ildönümünü qeyd edirik. Diplomatik münasibətlərin qurulması haqqında müvafiq Protokol 1992-ci il 4 aprel tarixində imzalanıb. Ötən 27 il tarixi ölçüdə götürsək uzun dövr deyil. Lakin ölkələrimiz bu illər ərzində əməkdaşlığın təməlini möhkəmləndirmək və qarşılıqlı sərfəli praktik məzmunlarla dolu ikitərəfli münasibətləri genişləndirmək üçün birlikdə böyük işlərə nail ola bilib. Bu gün Rusiya və Azərbaycan siyasi, ticarət-iqtisadi, humanitar və digər sahələrdə aktiv dialoq aparan strateji tərəfdaşdır. Moskva və Bakı arasında münasibətlər suveren bərabərlik, bir-birinin daxili işlərinə qarışmama, əsl qarşılıqlı maraqlara hörmət, dostluq və mehriban qonşuluq ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi prinsiplərinə əsaslanır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında açıq və inamlı dialoq ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə güclü təkan verir. Təkcə 2018-ci ildə dövlət başçılarımız altı dəfə görüşüblər. Rusiya Azərbaycanın böyük ticarət tərəfdaşlarından biridir. Ticarət-iqtisadi əlaqələrimiz dinamik inkişaf edir. 2018-ci ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 2,2 mlrd. ABŞ dolları təşkil edib. Bu göstərici 2017-ci ilin müvafiq dövri ilə müqayisədə 14 faiz çoxdur. İki ölkə liderinin 2018-ci ilin sentyabr rəsmi görüşündə Rusiya-Azərbaycan arasında strateji müttəfiqliyin yeni keyfiyyət səviyyəsinə çatdırılmasına dair razılaşmalar 5 yol xəritəsinin reallaşmasına yaxşı təkan verib. Hal-hazırda Azərbaycanda 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Ümid edirik ki, onların sayı daha da artacaq. 2018-ci ilin fevral ayında Azərbaycanda QAZ Qrupu  (Qorki Avtomobil Zavodu-red.) texnikası istehsal edən zavodun inşasına start verilib. Bakıda bir müddət əvvəl “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyətinin və “Qazprom”un nümayəndəlikləri fəaliyyətə başlayıb.

 

Rusiya və Azərbaycan mədəni-humanitar və təhsil sahələrində də sıx əməkdaşlıq edir. Rusiyada təhsil alan 11 minə yaxın azərbaycanlı tələbə var. Onlardan 1000 nəfərə yaxını dövlət büdcəsi hesabına təhsil alır. Hər il 200-dən çox Azərbaycan vətəndaşı təqaüd verilir. Artıq 10 ildən çoxdur ki, Bakıda Moskva Dövlət Universitetinin filialı uğurlu fəaliyyət göstərir. 2015-ci ildən isə Azərbaycanda İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəaliyyət göstərir. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu (MQİMO) və Moskva Dövlət Humanitar İqtisad Universitetinin filiallarının açılması məsələsi üzərində işlənilir. Bu il Azərbaycanda Rusiya Mədəniyyət Günləri keçiriləcək.

 

Əlbəttə ki, ikitərəfli gündəmimizdə ayrıca problemli məqamlara da rast gəlinir ki, məlum olduğu kimi belə hallardan hətta ən yaxın dövlətlər arasındakı münasibətlər belə sığortalanmayıb. Onlardan biri – erməni kökənli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı olan müntəzəm insidentlərdir. Hesab edirik ki, bu problem qarşılıqlı anlaşma əsasında həll ediləcək. Ancaq təkrar edirəm ki,  Rusiya-Azərbaycan münasibətlərinin ümumi gedişatı çox yaxşıdır.

 

Təkcə ikitərəfli deyil, həm də beynəlxalq və regional məsələlərdə Bakı ilə uğurlu əməkdaşlığı qeyd etmək istəyərdim. Buna yaxşı misal kimi, 2018-ci ilin avqustunda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını göstərmək olar. Hansı ki, bunun üzərində 20 ildən çox iş gedib. “Xəzər beşliyi” dövlət başçılarının qəbul etdiyi sənəd sahil ölkələrinin müxtəlif sahələrdə əməkdaşlığı üçün geniş perspektivlər açır. Rusiya və Azərbaycanın bu yeni imkanlardan istifadə edə biləcəyinə şübhə etmirəm. Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən qoyulan tapşırıqlar kontekstində ölkələrimiz arasında strateji əməkdaşlığı bundan sonra da aktiv inkişaf etmək niyyətindəyik.

 

– Cənubi Qafqaz ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlərə dair müddəa Rusiyanın xarici siyasət konsepsiyasında əksini tapıb. Xarici siyasət konsepsiyasının Rusiyanın xarici siyasətini tənzimləyən əsas dövlət sənədi olduğunu nəzərə alsaq, Cənubi Qafqaz ölkələri ilə münasibətlərin Rusiya üçün nə qədər önəmli olduğunu görərik. Bu önəmin mahiyyətini qısa da olsa, izah edə bilərsinizmi? 

 

– Haqlısınız. Rusiya Federasiyasının prezidenti tərəfindən təsdiqlənmiş Rusiyanın Xarici Siyasət Konsepsiyası bizim işimizin, o cümlədən Cənubi Qafqaza dair fəaliyyətimizin məqsədlərini, tapşırıqları və prioritetlərini dəqiq müəyyən edir. Bu region sözsüz ki, Rusiyanın xüsusi vacib sferasına aiddir. Bunu ilk növbədə coğrafi yaxınlıq şərtləndirir. Cənubi Qafqazın geniş geosiyasi məzmunda önəmi məlumdur. Bu gün bu regionda məlum regiondan kənar qüvvələrin MDB məkanını öz mənafeyinə uyğunlaşdırmaq səyləri açıq-aydın görünür. ABŞ və NATO-nun Cənubi Qafqazdakı hərbi fəaliyyətini Rusiya üçün ciddi hərbi-siyasi çağırış kimi qəbul edirik. Əlbəttə ki, burada həll olunmamış Dağlıq Qarabağ münaqişəsi haqqında danışamamaq olmaz, hansına ki, təəssüflər olsun, bizim iki ən yaxın dostumuz və tərəfdaşımız olan Azərbaycan və Ermənistan cəlb olunub.

 

Cənubi Qafqazda sabitliyin qorunması, regiona daxil olan ölkələrin Rusiyaya qarşı dostluq münasibətlərin saxlanılması şərti ilə regionun mütərəqqi inkişafının təmin edilməsi, bundan sonra da Rusiya xarici siyasətinin vacib məqsədlərindən biri olaraq qalacaq.

 

– Rusiya Azərbaycan üçün çox önəmli tərəfdaş ölkədir. Bu önəmi artıran məqamlardan biri də Azərbaycan üçün son dərəcə önəmli olan Dağlıq Qarabağ məsələsində Rusiyanın vasitəçi olmasıdır. Müxtəlif həssas və mürəkkəb dövrlərdə Rusiya bu münaqişənin nizamlanması prosesində təşəbbüsü ələ alıb. Qarabağla bağlı danışıqlarda Moskvanın təşəbbüsü yenidən ələ almaq niyyəti varmı? Ümumiyyətlə, Rusiya danışıqlarda yaranmış yeni vəziyyətlə bağlı nə düşünür? Ermənistanda rəhbərliyin dəyişməsini və bir müddət öncə Vyanada Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü nəzərdə tuturam.

 

– Qarabağ mövzusunun Azərbaycan üçün nə qədər ağrılı olduğunu yaxşı anlayırıq. Biz, qonşumuz olan regiona sülhün və sabitliyin gəlməsində həyati dərəcədə maraqlıyıq. Ona görə də, Rusiya hər zaman Dağlıq Qarabağ probleminin nizamlanmasında aktiv rol oynayıb, bundan sonra da oynayacaq. Məhz, 25 il əvvəl – 1994-cü ilin may ayında Rusiya Federasiyasının birbaşa vasitəçiliyi ilə kütləvi qan tökülməsini dayandırmağa imkan verən atəşkəs haqqında razılıq əldə olundu. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda vacib mərhələlərdən biri 2008-ci ildə Moskva deklarasiyasının qəbul olunmasıdır. Moskva deklarasiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan rəhbərlərinin imzaları olan ilk və hələlik yeganə sənəddir. Həmin sənəddə tərəflərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları əsasında siyasi yolla nizamlanması və regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasını təmin etmək niyyəti açıq şəkildə ifadə olunub. 2016-cı ilin aprelində geniş miqyaslı silahlı toqquşmaları Rusiya, Azərbaycan və Ermənistan baş qərargah rəislərinin Moskvada əldə etdiyi razılıq sayəsində dayandırmaq mümkün oldu. O vaxtdan indiyə kimi sərhəddə və təmas xəttində nisbi sakitlik yarandı.

 

Bunun ardınca iyunda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdə üçtərəfli formatda mütəmadi kontaktların vacibliyi vurğulanıb və ATƏT-in Minsk qrupunu işinə əlavə kim bu kontaktları davam etdirməyə dair razılıq əldə olunub. Ümumilikdə, Rusiya rəhbərliyinin birbaşa iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin 20-dən çox görüşü təşkil olunub. Siyasi nizamlanma ilə bağlı görüşlərdə tərəflər arasında gərginliyin azaldılması, əsirlərin və həlak olmuş hərbçilərin meyitlərinin dəyişdirilməsi və humanitar kontaktların təşkilinə dair fikir mübadilələri aparıb, razılıq əldə ediblər.

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəflərə yardım etmək Rusiyanın xarici siyasət konsepsiyasının vacib xarici siyasət prioritetlərindən biri sayılır. Bu məqam həyata keçirilən vasitəçilik fəaliyyətinə xüsusi önəm verir, onun nəticələrinə diqqətin artırılmasını müəyyənləşdirir. ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə sıx qarşılıqlı fəaliyyətdə çalışırıq.

 

O ki qaldı Ermənistanda siyasi rəhbərliyin dəyişməsi ilə bağlı suala, bu, Ermənistanın daxili işidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi ilə bağlı danışıqlar prosesi gedir. Tərəflər sülh yolu ilə nizamlanmaya nail olmağa istiqamətlənmiş işi davam etdirmək niyyətində olduqlarını nümayiş etdirirlər. Bu əhval-ruhiyyə İlham Əliyev və Nikol Paşinyanın az əvvəl Vyanada keçirilən görüşünün yekunlarına dair bəyanatda da qeyd olunub. Danışıqlarda əldə olunan konstruktiv yanaşmanı alqışlayırıq. Avstriya paytaxtında nail olunan ideyaların həyata keçirilməsi üçün tərəflərə lazımi yardımı edəcəyik.

 

Bununla belə, həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə vurğuladığı kimi, münaqişəyə son qoymaqdan ötrü məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür. Bunun üçün əsas var. Başlıcası, siyasi iradə nümayiş etdirməkdir.

mənbə :
Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir