Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
16/04/2019

Xalq atristi: “Senetkarlar arasinda yaxin dostum yoxdur” – MUSAHİBE

Xalq atristi: “Sənətkarlar arasında yaxın dostum yoxdur” - MÜSAHİBƏ



xeber –

Nə yalan deyim, eşidəndə ki, Alim Qasımov müsahibəyə razılıq verib və bu dəqiqələrdə bizi gözləyir, özümü qəlbində ağır əməliyyat aparıb onu həyata qaytaran həkiminin qəbuluna tələsən xəstə kimi hiss elədim. O səbəbdən ki, Alimin səsi, Alimin ifası hələ yeniyetmə yaşlarımdan məni qəlbimdəki "ağır xəstəlik"lərdən dəfələrlə xilas edib, həyata qaytarıb, güc verib…

 

Ən ümidsiz vaxtlarımda onun səsinə söykənib ayağa qalxdığımı xatırlayıram. Ən ruhsuz vaxtlarımda onun səsinin, Davud nəfəsinin əlimdən tutub, məni özünün dediyi o Eşq Aləminə ucaltdığını yadıma salıram. Ən çarəsiz anlarımda onun ifasını yamsılayıb toxtadığımı unutmuram…

 

Bilirəm, eyni hissləri yaşayan təkcə mən deyiləm. Alimin səsi milyonlarla insan üçün ölüləri qiyamətdə ayıldan İsrafil suru olub. Və ondan ötrü bu görüş mənim üçün adi görüş, adi müsahibə yox, müqəddəs ziyarət mislindədir.

 

Və bu da o möhtəşəm kişi. Tələbələrini bir qədər əvvəl yola salıb. İndi də divanda bardaş qurub qəlyanını tüstülədir… Və mən boğazımı arıtlayıb çəkinə-çəkinə, ehtiyatla söhbətə başlayıram.

 

– Deyəsən, dərsdə idiniz…

 

– Yalandan məşq edirdik.

 

– Tələbələriniz çoxdur?

 

– Belə də. Çoxuna Fərqanə dərs keçir, mən hərdən-birdən iştirak edirəm.

 

– Nə qədər tələbəniz olar?

 

– Tələbə deyəndə ki, əsas o deyil ki, tələbə sırf yanına gəlib-getsin. Yazılar var, disklər var, televiziya lentləri var. Onlara baxıb öyrənirlər də. Vacib deyil ki, üzbəüz otursunlar. Elə tələbə də var ki, istəyir canlı olsun…

 

– Adətən, ustadlar bildiklərinin hamısını tələbəyə öyrətməzlər. Siz necə, bildiklərinizin hamısını öyrədirsiz, yoxsa nəyisə özünüzə saxlayırsız?

 

– Ola bilsin, məndə də elə şey var. Amma o eşq ki, bizə gəlir, coşanda daha heç nəyi gizlətmək olmur. Eşq gələndən sonra hər şey deyilir. Hər tələbə də öz dərəcəsinə görə ondan öyrənir.

 

– Müsahibələrinizdə də tez-tez dediyiniz o eşq nədir sizin üçün?

 

– Eşq elə eşqdir. Düzdür, onun məkanı da bilinmir, məqamı da. Amma… Bir az əvvəl biz məşq edirdik də. Bir xeyli məşq edəndən sonra görürsən ki, o ilham gəlir və o, gələndən sonra əlini nəyə vurursansa, hansı bir muğamı, hansı bir mahnını, hansı bir qəzəli götürürsənsə, elə bilirsən ki, ölçülüb-biçilib və artıq hazırdır. Bax, eşq bu cür əmələ gəlir. Şairə təb gələn kimi, bizə də eşq gəlir.

 

– Eşqin elmi adı yoxdur?

 

– İlham deyirlər də ona.

 

– Eşq gələndə özünüzü necə hiss edirsiz?

 

– Onda hər şeyi unuduram. Bizim öz dilimizdə desək, hala düşürəm. Halda ki, o eşq halıdır. Ona ilahi eşq də deyirlər. Orda adam əlçatmaz olur, canlı həyatı unudur.

 

– Dediyiniz o hala düşəndə nəsə fikirləşmək olur?

 

– Orda nə ağıla gəlsə, hamısı düz çıxır. Çox qəribə şeydir. Hamısı yerinə oturur. Çox vaxtı biz səsimizi yazırıq ki, o halımıza sonra qulaq asıb, sənətin incəliklərini öyrənək.

 

– Yəni qəfil olur?

 

– Bəli, qəfil olur, həm səsin ahəngi, həm sözün deyilişi qəfil olur.

 

– O vəziyyətə düşəndə psixoloji olaraq nə hiss keçirirsiz?

 

– Psixolojisi odur ki, aralıdan baxanda dəli kimi görünürsən, deyirlər ki, bu dəlidir.

 

– Ordan qayıtmaq olur? Heç olub ki, o hala düşüb demisiz ki, mən hara gəldim, necə qayıdacağam?

 

– Konsert vaxtı bir-iki dəfə olub, qorxmuşam ki, bu hara gedir, bunun axırı nə olacaq? Çünki qarşımda tamaşaçılar var. Ona görə də özüm-özümü nizamlamışam.

 

– Yəqin ki, bu eşq Allaha çatmaq cəhdidir. Buna səsin meracı deyək. Meracı hansı mərtəbəyəcən qalxmısız?

 

– Onu mən deyə bilmərəm, vallah, dinləyici deyə bilər.  

 

– Məhəmməd peyğəmbər bir pərdəlik məsafəyə qədər Allahın məqamına gedib…

 

– O, Allahın rəsuludur. Yəqin ki, mən çox gedə bilmərəm, ola bilsin, bu canlı həyatdan ayrıla bilərəm. Bundan artığını deyə bilmərəm.

 

– Bu yaxınlarda prezidentin mədəniyyət xadimləri ilə görüşündə idiniz. Nə əcəb orda çıxış eləmədiz?

 

– Ağsaqqallar danışdılar deyə, daha mənə ehtiyac qalmadı. Nə söz verdilər, nə də özüm istədim.

 

– Görüşdə mədəniyyət sahəsi ilə bağlı bir çox qərarlar verildi, prezidentə istəklər ünvanlandı…

 

– Mənim işim oxumaqdı, musiqi ilə məşğul olmaqdır. Kim nə sual verib, onlarla maraqlanmıram. Çalışıram ki, öz işimlə məşğul olum. Booy (Bu vaxtı beş yaşlarında bir oğlan uşağı otağa daxil olur. Alim uşağı qucaqlayıb öpür). Bu da mənim adaşımdı ha. Sənə qurban olum.

 

Balaca ilə salamlaşıram.

 

– Görüş! Səndən də yazacaq e. Sənin şəklini qəzetlərə vuracaq. “Əgər olsaydı mənim siz təki bir dadrəsim” – bir dənə onu de, eşitsin.

 

Uşaq ürkər-ürkək təkrar edir. Əgər olsaydı mənim…

 

– Kimsə bilməəəz… (Alim avazla oxumağa başlayır, uşaq da təkrarlayır, heyf ki, yanımda kamera yoxdur. Yoxsa bu gözəl mənzərəni lentə alardıq) …Sevirəm mən sizi, ey tazə cavanlar eşidin. Gül açan vaxtı çəməndə… Afərin.

 

– Neçə yaşı var?

 

– Beş.

 

– Adı Alimdir, hə?

 

– Adaşımdır də. Alim Qasımov budur, mən daha Alim Qasımov deyiləm.

 

– Balaca Alimə də muğam oxumağı öyrədirsiniz?

 

– Hə, davamçım olacaq. Allah özü nizam eləsin. Eşqi var, indidən görürəm səsini, amma necə səs olacaq, ağıllı səs olacaq, dəli səs olacaq, bilmərəm.

 

Balaca Alim bir gözü məndə, bir gözü babasında, yenə şikayətlənir, mızıldanır: “Getmək istəmirəm”.

 

– Mütləq getməlisən, kapoeyraya gedir e bu. Mütləq getməlisən e. Kapoeyra, kapoeyra (avazla oxuyur, əl-qol hərəkətləri edir). Çox enerjili uşaqdır, mənim də o gücüm qalmayıb ki, bununla oynayım. Məsləhət belə oldu ki, kapoeyraya qoyaq. Bu gün mən aparmalı idim kapoeyraya. Müsahibəyə görə qaldı.

 

Balaca Alim görür ki, babası onun istədiyini demir, narazı halda qucağından düşüb gəldiyi kimi də çıxıb gedir.

 

– Nə əcəb musiqi məktəbi yaradıb, üslubunuzu yaymırsınız?

 

– Onsuz da orda-burda yolumu davam edirlər. Hər oxumaqlarının içində ən gözəl sənətkarların çalarlarından istifadə edirlər.

 

– Sizin yolunuzu tutub gedənlər çoxdur, o heç…

 

– Tutub getməyən də olsun. Öz ifalarında hansı sənətkarın yaxşı nəfəsi var, onları edirlər.

 

– Sizin kimi yerdən otursun, trio yox, daha böyük ansambl yaratsın… Yolunuzu bu cür davam etdirən yoxdur?

 

– Yavaş-yavaş moda düşməkdədir. İstədin-istəmədin, sən bir yaxşı iş görürsənsə, onun davamı mütləq olur.

 

– Yeni muğam oxuyanlar da, adətən, stulda otururlar, ənənəvi qaydanı davam etdirirlər…

 

– Onlar elə oturmalıdırlar, ora çatmağa bir balaca meydan lazımdır, görüşlər lazımdır. Birdən-birə olmur ki. Yetişmək lazımdır.

 

– Dünyada da sizin üslubda oxuyanlar çoxdur…

 

– Bəli-bəli, var, İranda çoxdur, Türkiyədə çoxdur, ümumiyyətlə, Şərq ölkələrində çoxdur. Amma məktəb açmaq məsələsinə çox da fikir verməmişəm. Bilirsən, biz çox kiçik ölkəyik. İrana getsən, görərsən ki, adi xanəndədir, on nəfər tələbəsi var. Orda əhali də çoxdur. Burda isə bizim musiqi məktəblərimiz, muğam məktəblərimiz bəs edir ki, hamı orda dərs keçsin. Düzdür, gələcəkdə bəlkə oldu, hələ ki, fikir verməmişəm.

 

– Sosial şəbəkələrdə niyə yoxsunuz?

 

– Yalandan deyə bilmərəm. Birincisi, başım çıxmır. İkincisi də marağında deyiləm.

 

– Birinci Avropa Oyunlarının açılış mərasimində xalça üstünə oxumağınız birmənalı qarşılanmadı, sosial şəbəkədə tənqid edənlər oldu…

 

– Onun nəyini tənqid edəcəklər? Allah-təalaya qurban olum, mindim xalçanın üstünə, çıxdım muğamat oxudum.

 

– Bəs qorxmadınız ki, birdən yıxılarsınız?

 

– Belimi bağlamışdılar ki, birdən tros qırılıb eləsə, yıxılıb ölməyim. Onu da tənqid edirlərsə, nə deyim? Mənim orda gözüm yaşardı. Dedim ki, Allahın qüdrətidir ki, qaldırdı göyə, göydə də muğam oxudum. Mən orda yaxşı mənada çox pərişan olmuşdum, dua elədim Allaha, təşəkkürümü bildirdim.

 

– Namaz qılırsınız, bilirəm. Namazla çox dua edirsiniz, ya səsinizlə?

 

– Mənə elə gəlir ki, ilham gələndə səslə daha çox dua edirəm, nəinki namazla. Namazda elə bil ki, böyük adamın qarşısında oturub çatışmayan şeylərini istəyirsən. Amma oxuyanda eşq ki, gəlir, orda tamam başqa əhval-ruhiyyə yaranır, orda şikayət də var, eşq də var.

 

– Sənət adamı gərək özünü təmiz saxlasın, pis şeylərdən uzaq dursun ki, sənəti də təmiz qalsın, həqiqi olsun. Bir muğam ifaçısı kimi həmişə nələrdən qaçmısınız?

 

– Mən düz 40 ildir ki, pəhrizlə dolanıram. Söhbət təkcə yeməkdən getmir, hərtərəfli pəhrizlə yaşayıram. Olmaz, xalqın mənə böyük rəğbəti var, yolda salamlaşırlar, şəkil çəkdirirlər, mən də gərək bunu qoruyam. Gücümü çatdığı qədər öz tamahımla mübarizə aparmışam.

 

– Muğam müsabiqəsini izləyirsiniz?

 

– Çox yox, rastıma çıxanda baxıram.

 

– Niyə orda münsif deyilsiniz?

 

– Çünki mənim vaxtım yoxdur, mənim hövsələm yoxdur. Bir də, qorxuram mən orda özümü saxlaya bilmərəm, duraram, bir söz  deyərəm, ya oxuyaram, ya bir şey edərəm, ağsaqqallar içində yaxşı çıxmaz. Mənim orda olmağım nə onlara, nə mənə sərf eləyər.

 

– Dəvət ediblər?

 

– Çox dəvət ediblər. Doğrudan da həm hövsələm, həm vaxtım  yoxdur.

 

– Gənc muğam ifaçılarından kimləri bəyənirsiniz? Sizi heyrətləndirən səs var?

 

– Heyrətləndirən yox, ümidverici səslər var. Amma yetişməyə, sənətin dibinə getməyə ehtiyac görmürlər.

 

– Bəs biz növbəti Alim Qasımovu nə vaxt görəcəyik, o səsdən bir də nə vaxt gələcək?

 

– Yaxşı səslər gəlib. Yetişmək məsələsi var ki, onun üçün mühit olmalıdır. İndi gələnlər mən gördüyüm çətin məclisləri görməyiblər, çətin ustalarla yan-yana düşməyiblər.

 

– Deyirsiniz, həm də dinləyicidən çox şey asılıdır?

 

– Dinləyicidən çox şey asılıdır. Mən hər toyda altı-yeddi dəstgah oxuyurdum. Bir kənddən gəlirdilər “Şur”, o bir kənddən gəlirdilər “Çahargah”, digərindən gəlirdilər “Bayatı Şiraz” oxudurdular. Mən də dalbadal oxuyurdum. Bax, mən belə məclislər görmüşəm.

 

– Sizcə, ən yaxşı ifanız hansıdır?

 

– “Bayatı Qacar”ı, “Humayun”u, “Rahab”ı çıxmaqla, qalan muğamların hamısında mənim öz eşqim, öz həvəsim var.

 

– “Bayatı Qacar”ı, “Humayun”u, “Rahab”ı niyə yaxşı oxumamısız?

 

– Toylarda “Humayun”u çox oxumuşam. Amma “Rahab”la “Bayatı Qacar” o biri dəsgahlar kimi bizdə nizamla olmadığına görə nəsə çox sifariş də verilməyib, özüm də ona çox müraciət eləməmişəm.

 

– Ümumiyyətlə, elə ifanız varmı ki, deyəsiniz ən yaxşı filan konsertdə, filan məclisdə bunu oxumuşam?

 

– Səsimin yaxşı vaxtlarında olub. Yaxşı “Zabul” oxumuşam, yaxşı “Şur” oxumuşam, “Bayatı Şiraz” oxumuşam. Dediyim kimi, qalan muğamların hamısını yaxşı oxumuşam.

 

– Ən çox təzə səs yazılarınıza çox qulaq asırsınız, yoxsa köhnə?

 

– Təzədə də müəyyən yeniliklər var. Köhnədə də ki… Səsə özüm məəttəl qalıram… O nə səs idi mən oxuyurdum…

 

– Sizin yerdən oturandan sonra oxuduqlarınızı bəyənməyənlər hələ də var. Onlara haqq qazandırırsınız? Deyirlər o Alim başqa idi…

 

– Onlar tamaşaçıdırlar, nə istəyirlərsə, deyə bilərlər. Amma o vaxt səsim olub, indiki dövrdə həmin səsim olmasa da, sənət təcrübəm, aramlıq əmələ gəlib. Əlbəttə, cavanlıqdakı kimi qaça bilmərik. Yaş hər sahədə özünü göstərir. İndi mən saatlarla dayanmadan oxuya bilmərəm; ya ürəyim dayanar, ya beynimə qan sızar, ya da səsim davam eləməz. Amma əvvəl yarım saatlıq dəstgahı mahnı kimi oxuyurdum.

 

– Deyirlər, Alim klassik qaydalardan çıxır…

 

– Əksinə, mən əvvəl də, indi də cəhd eləmişəm ki, ancaq klassik qaydada oxuyum. Diqqətlə qulaq asan olsa, görər ki, mən ən çox keçmişə can atıram, nəinki təzəliyə.

 

– Onda indiki muğam qədim deyil?

 

– Əlbəttə, qədim deyil. Bizim indiki muğam qədimdəki oxumaqlar deyil. Mən çalışıram ki, oxumaqlarımdan qədimdəki muğamın ab-havası, ətri gəlsin.

 

– Bəs bu yerdən oturmaq haradan ağlınıza gəldi?

 

– Bunu heç özüm fikirləşmədim. Pakistanlı muğam oxuyan, rəhmətlik Nüsrət Fətəli Xanın Fransada konsertində olmuşdum. Konsertdə onun azadlığını gördüm, mənə ləzzət elədi. Bunun üstündən nə qədər keçdi, deyə bilmərəm, bizi Belçikada konsertə dəvət eləmişdilər, gəldim gördüm ki, stul qoymayıblar. Dedim, siz  neynirsiniz, bilmirsiniz ki, biz stuldan otururuq? Dedilər, bu dəqiqə stul gətirərik. Onlar stul gətirənə qədər biz yerdən oturduq. Oturduq, dedim Malik (tar ifaçısı Malik Mansurov – M.A.), nə təhərdir, dedi, əla. Dedim, Elşən (kamança ifaçısı Elşən Mansurov – M.A.), nə təhərdir, dedi, əla. Alim, nə təhərdir, əla (gülür). Xoşuma gəldi, o konserti elə oturan yerdə verdik. Bundan sonra da (əlini-əlinə vurur) Bakıda, başqa yerlərdə oturub oxumağa başladıq.

 

– Bəs geyimləri haradan alırdınız?

 

– Xaricdə bizim bir menecerimiz vardı. O gördü ki, biz kostyumdayıq. Dedi, siz bu kostyumda rahatsınız? Hiss elədi ki, kostyum bizə narahatlıq yaradır. Dedi ki, bundan sonra mənim konsertlərimdə sizə nə cür rahatdırsa, o cür geyinin. Biz də onun sözü ilə kostyumdan keçdik milli geyimlərə.

 

– Adi vaxtlarda da, rəsmi görüşlərdə də kostyum geyinmirsiniz…

 

– Qalstuku mən çoxdan tullamışam. İstəyirəm sərbəst olam. Məni evdə ürəyim istəyən kimi geyinməyə bir az qoymurlar (gülür). Amma rahat olmaq istəyirəm.

 

– Bəs imiciniz?

 

– İmic-zad yoxumdur.

 

– Lap əvvəl bığ saxlayırdınız, sonra qırxdınız. Axır vaxtlar da saqqala keçmişdiniz, bir də araqçın. Muğam ifaçıları xarici görkəm məsələsində, adətən, mühafizəkar olurlar…

 

– Onu deyirsən? Araqçını başım üşüyür, ona görə qoyuram, konsertlərdə kondisioner işləyir, qrip oluram. Ona görə çarə kimi araqçın qoydum. Vallah-billah, imic söhbəti yoxdur. Mən üşüyən adamam, kefdən eləmirəm (gülür).

 

– Qırx ildən çoxdur xarici qastrollara gedirsiniz. Hansı xarici dili bilirsiniz?

 

– Heç birini.

 

– Bəs necə başa salırsınız?

 

– Əllə bilirəm hamısını. Belə başa salıram (əllərini havada oynadır). Onlar da başa düşür.

 

– Rusca da bilmirsiniz?

 

– Rusca da bir az qırıldadıram. Fərqanə ingiliscə bilir, o, yanımızda olanda kef edirik, Fərqanə olmayanda da əllə birtəhər başa salırıq.

 

– Heç olub ki, oxuyanda qəzəl yadınızdan çıxsın?

 

– Qəzəl yadımdan çıxanda, ondan əvvəlki beyti iki-üç dəfə hirsli-hirsli oxuyuram, yadıma düşdü – düşdü, düşməyəndə keçirəm o biri beytə.

 

– Bəs səsiniz necə, həmişə sözünüzə qulaq asıb?

 

– Səs sözümə qulaq asmayanda da bir Allah bilir, bir də mən bilirəm ki, nə çəkirəm. Xaricdə çox problem deyil. Başa düşürlər ki, səsdir, hər şey ola bilər. Amma Azərbaycanda çalışıram ki, o vəziyyətə düşməyim.

 

– Muğam oxuyanlarla dostluq edirsiniz?

 

– Çox oturub-durmuram, amma hamısına böyük hörmətim var. Sənətkarlar arasında, demək olar, yaxın dostum yoxdur. Mən seçməmişəm, belə əmələ gəlib.

 

– Sizin haqqınızda ən xoş sözü kim deyib?

 

– Mənim haqqımda nə deyəcəklər? Sənətim haqqında deyiblər. Konsertə bir fransız qadın gəlmişdi, dil də bilmirik, salfetkanın üstünə bir adam şəkli çəkdi, ulduz-ay şəkli çəkdi, dedi, sən bizi bu gecə ora apardın. Sonra bir qadın vardı, bizə dedi ki, ömrüm boyu klassik musiqiyə qulaq asmışam, bir dəfə gəlib sizin konsertə baxdım, ondan sonra simfonik konsertə qulaq asa bilmirəm, orkestrə qulaq asanda nə halı yaşayırdımsa, artıq sizə qulaq asanda həmin halı yaşayıram.

 

– Özünüz simfonik musiqiyə qulaq asırsınız?

 

– Belə də. Aşiqi deyiləm, amma düşəndə dinləyirəm. Adları çox da yadımda qalmayıb. Pavarottinin səsini bəyənirdim, sonra bir qadın  vardı, onun da səsini bəyənirdim. Vacib deyil tanınmış olsun, yaxşı səsə, yaxşı ahəngə qulaq asırsan.

 

– Nə əcəb xaricə köçüb orda yaşamamısınız?

 

– Yaxşı ki, köçməmişəm.

 

– Onsuz da ilin çox vaxtı qastrollarda olursunuz.

 

– Allah bizi burda yetirib. Cavanlığımda qızım deyirdi ki, Türkiyəyə köçək. Deyirdim, ay qızım, Türkiyəyə Allah oranın vətəndaşlarını yetirib də, məsləhət olsaydı, orda doğulardıq. Allah məni burda dünyaya gətirib, demək, burda olub, öz sənətimlə camaatın başını qarışdırmalıyam. Gəzən şələ bağlamaz. Yaxşı ki, getməmişəm. Çünki bu eşqi, bu halı ola bilsin ki, qəribçilikdə tuta bilməzdim.

 

* * *

 

Deyəsən, söhbət çox uzandı, Alim də namazın vaxtını ötürdü. Odur ki, çıxhaçıxda qollarını çırmayıb, corablarını çıxarıb hazır gözləyir ki, bizi yola salandan sonra ləngimədən dəstəmazını alsın. Bu mənzərədən içimdə yaramaz bir fikir gizildəyir. İstəyirəm deyəm: “Alim, sən onsuz səsinlə həmişə ibadətdə olmusan, neynirsən…” Ancaq demirəm və Allah ilə görüşə tələsən adamı yubatmadan sağollaşıb çıxıram…


mənbə :
Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2020. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap -