Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
16/04/2019

“Vəhşilərin” oxuduğu məktəbdə 2 həftə… – Gənc müəllimədən dəhşət saçan açıqlamalar

“Vəhşilərin” oxuduğu məktəbdə 2 həftə… – Gənc müəllimədən dəhşət saçan açıqlamalar




Elinanın intiharı Azərbaycan ictimaiyyətinin diqqətini məktəblərdə olan problemlərə yönəldib. Problemlər isə həddən artıq çoxdur. Təhsilimizdəki ümumi problemlər məlumdur: şagirdlər həddən artıq çox yüklənir, dərsliklərin dili mürəkkəbdir, təlim-tərbiyə işləri aşağı səviyyədədir, psixoloji hazırlıq demək olar ki, aparılmır, rüşvət geniş yayılıb və sair. Bunlar azmış kimi ayrı-ayrı məktəblərdə rəhbərliyin yerində olmaması da müəyyən ciddi problemlərə yol açır. Bəzən nəinki məktəbə rəhbərlik etməyə, heç məktəbin qapısından belə içəri buraxılmağa layiq olmayanlar kiminsə “adamı” olduğu üçün direktor təyin edilir.

O da himayəçisinə arxayın olaraq məktəbdə “bazar” açır, özü kimi mənəvı cəhətdən “çürük” insanları ətrafına toplayaraq, həm həqiqi müəllimlər, həm də şagirdlər üçün dözülməz şərait yaradır. Bunun nəticəsi bütün hallarda faciəli olur. Razılaşaq ki, şagirdlərin normal bilik almaq, şəxsiyyət kimi yetişmək imkanlarının əlindən alınması onların gələcəyinin bəri başdan məhv edilməsidir…

“Təhsil Nazirliyinə müraciət etdim, maddi sübut istədilər…”
Təəssüf ki, müəllimlərin də əksəriyyəti bu cür hallara qarşı etiraz etmirlər, bu bədnam prosesin ya könüllü, ya da zorən iştirakçısına çevrilirlər. Ancaq səsini ucaldanlar da var.

“AzPolitika.info”-nun məlumatına görə, belələrindən birinin – Leyla Ucal adlı gənc müəllimənin “Facebook”da paylaşdığı yazı çox ciddi müzakirə mövzusuna çevrilib. Gənc xanımın yazdıqları Təhsil Nazirliyini də “silkələyib” – müəlliməni nazirliyə dəvət edərək, özünün iştirakilə yazdıqlarını müzakirə ediblər…

Bəs Leyla xanım nə yazıb ki, belə geniş reaksiya doğurub? Mövzunun aktuallığını nəzərə alaraq, Leyla Ucalın yazısını təqdim edirik:

“2017-ci ildə 2 həftə (cəmi 10 dərs saatı) Mərdəkanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində dərs demişəm. Bu 2 həftə mənim yaddaşımdan heç vaxt silinməyəcək. Həm səsli, həm də yazılı şəkildə Təhsil Nazirliyinə müraciət etdim. Heç bir şikayətim araşdırılmadı. Ən əsası, mənim şikayətimi qəbul edən Təhsil Nazirliyinin işçisi hər şeydən xəbərdar idi. Şikayətimi dinləmək istəmədi. Nitqimi kəsib soruşdu ki, “əlimdə maddi sübutun varmı?” (video və ya səs yazısı). Cavabım “yox” oldu. Mənə mədəni şəkildə qapını göstərdilər. Öz gözümlə gördüklərimi sizinlə paylaşacam…

“Direktor müavini mənə dedi ki, bu uşaqlar vəhşidir, kitabları versək, cıra bilərlər”

1. Müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar.
2. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi…

3. Şagirdlərə ən yaxşı halda kitab yalnız 45 dəqiqə ərzində paylanılıb, dərs sonunda yığılırdı. Buna etiraz edəndə direktor müavini mənə dedi ki, “bu uşaqlar vəhşidir, kitabları versək, cıra bilərlər”. Halbuki, oxumaq istəyən uşaqlar var idi. Amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.

4. Sözdə məktəbin psixoloqu, əslində isə direktorun sürücüsü idi…

5. Sözdə məktəbdəki təmizliyə riayət etməli olan xanımlar isə, əslində direktorun evinə təmizliyə gedən xanımlar idi. Hər müəllim öz otağını özü təmizləməli idi.

6. Bu sözdə psixoloq, əməldə direktorun sürücüsü olan kəs, tez-tez uşaqları dərsdən heç bir əsas olmadan fiziki iş görməyə aparırdı. Dərsdən çıxarıb aparırdı!

“Direktor müəllimləri yanına çağırıb tapşırıq verdi ki, bu qızı başa salın”

7. Direktor ona yaltaqlanmıram deyə hər fürsətdə məni alçaltmağa cəhd edirdi (Öz səviyyəsizliyini nümayiş etdirirdi desək, daha düzgün olar). Qapını döymədən sinifə girib həm mənim, həm də şagirdlərimin üstünə qışqırırdı.

Səhərlər bütün işçilər direktorun hüzurundan keçib-ona və ailəsinə tərif və dualar yağdırıb, sonra öz otaqlarına gedirdi. Düz yol gedən bircə mən olduğuma görə məni yanına çağırıb, Qafqaz Universitetində mənə tərbiyə verilmədiyini, mədəniyyətdən xəbərimin olmadığını dedi. Sənədlərimi təhvil verəndə min cəhdlə mənə mane olmağa çalışdı. Hətta qırmızı diplomuma lağ belə elədi. Müəllimləri yanına çağırıb tapşırıq verdi ki, “bu qızı başa salın”. Müəllim kadrosu isə başıma toplanıb min cəhdlə məni imtina etməyə ikna etməyə çalışdı. Gətirdikləri tək səbəb vardı: “Burda qatil insanların uşaqları da var, burdakı uşaqlar vəhşidir” və s.

Amma mən orda bir dənə də olsun vəhşi uşaq görmədim. Mən vəhşi direktor, vəhşi direktor müavini, vəhşi müəllimlər, vəhşi psixoloq gördüm…

“Uşaqlara ömürlərində fizika izah edilməmişdi”

8. Uşaqlara gələn keyfiyyətli qidalar satışa aparılırdı. Daşıma işini uşaqlar özləri görürdü. Pulu kimə çatırdı, bilmirəm. Uşaqlar da bilmirdi.

9. Uşaqlar sabunla əllərini yumurdular. Mən görəndə sovet dövründən qalma şampun istifadə edirdilər. Uşaqlar sabun istəyəndə onlara köhnə şampun verən nəzarətçi dayıya “şampun day”ı ləqəbini taxmışdılar. “Şampun dayı” yayda rəhmətə getmişdi.

10. Uşaqlara qəhvəyi plastik stəkanda çay verilirdi. Nə qədər cəhd elədim, o stəkanda çay içə bilmədim.

11. Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim mən orda olan müddətdə dərs keçmədi.

12. Uşaqlara ömürlərində fizika izah edilməmişdi. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda…

“Dedi ki, hər ay direktor müavininə 50 manat ver”

13. Direktor məktəb məsələlərinə demək olar ki, qarışmırdı. Amma reklam xətrinə təşkil edilmiş şoularda əvvəldən axıra iştirak edirdi. Bütün işlər direktor müavinin üstünə düşürdü. Bu adam əsl vəhşi canavar idi desəm, yalan olmaz. 5 saat dərsimin hər saatını bir günə saldı. Yəni həftədə 5 günə. Üstəlik axırıncı saata saldı ki, ordan çıxıb işə çata bilməyim (yolum 2 saat idi). Özünün dediyi kimi, təyyarə ilə uçsam da çata bilməyəcəkdim. Ona məktəbdə ilk ilimin olduğunu, bura çox həvəslə gəldiyimi, kirayə qaldığımı deyib, niyə belə elədiyini soruşdum. Mənə “bura Azərbaycandır”, – dedi.

Başqa heç nə soruşmayıb otaqdan çıxdım. Qapıda məni öyrədilmiş riyaziyyat müəlliməsi gözləyirdi. Dedi razı ol, hər ay direktor müavininə 50 manat verməyə, dərsini 2 günə saldırım. Amma heç kimin xəbəri olmasın. Məndə razılaşdım, səhəri gün direktor müavini yenə mənə Qarabağı satmış xain kimi baxanda dedim ki, narahat olmayın, hər ay sizə 50 manat çatacaq. Əvvəlcədən pul istədi. Üstümdə yox idi deyə maaşımı alanda verməklə razılaşdıq. Beləliklə dərsimi 2 günə saldı.

Təbii ki, ona rüşvət verməyi düşünmürdüm. Şikayət etmək üçün direktorun otağına getdim. İşdə yox idi. 2 saat gözlədim. Gəlib çıxdı. Məni süzüb, salamımı da almadan dəbdəbəli kabinetinə keçdi. Nə qədər gözlədim, içəri çağırmadı. Vaxtım yox idi deyə, durub işimə getdim.
5 saat dərsə görə məni hər gün dərsə çağıran direktor müavininin direktoru kefi istəyəndə gəlib, kefi istəyəndə də gedirdi. Müəllimlərdən niyə belə hallara dözdüklərini soruşdum. Direktorun icra hakimi ilə çox yaxın olduğunu, “yuxarılar”da çoxlu dostlarının olduqlarını dedilər.

“Məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib”
14. Kitabxanaçı xanım mənə dedi ki, sənin dərslərini direktor 500 manat alaraq keçən ilki kimya müəlliminə satıb. Sən gəldin deyə məcburi ona başqa iş verdilər. Mənə çatmırdı ki, necə olur aylıq maaşı 100 manat etməyən dərsi 500 manata sata bilir bu direktor. Sonra cədvəldə cismdə zühur etməyən qəribə-qəribə adlar görəndə hər şey mənə aydın oldu. Tərbiyə məqsədi ilə keçirilməli olan, adi orta məktəbdə keçirilməyən dərslər satılırdı bu yolla.

15. Məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib! Təhsil Nazirliyinin vecinə də deyil…

16. Mən gördüyüm riyaziyyat müəlliməsi (direktor müavininin rüşvət işlərini düz-qoş etməkdə köməkçisi) yetəri qədər savadlı deyildi. 9 sinifə dərs keçə bilməzdi, məsələn. KSQ, BSQ suallarını edə bilməyib, kitabxanaçıdan kömək istəyirdi.

17. İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Məsələn, kimya laboratoriyasına uşaqları salanda hamısı şok yaşadı. Onların qabları qıracaqlarından qorxmadığıma görə, heç bir qabı qırmadılar. Avadanlığa toxunanda məndən icazə alırdılar. İcazə verdiyimə görə də ayrı bir şoka düşürdülər.

18. Uşaqların içində seçilmişlər var idi. Bunlar tədbirlərdə, rəsmlərdə yer alan, səliqəli geyinən, mikrafon uzadanda ona öyrədilmiş mətni danışa bilən, ən asası, direktor otağın qapısını belə döymədən içəri girib öz sinif yoldaşlarının üstünə qışqırmasına rəğmən onu Allah kimi təriflərlə boğdurmağı bacaranlar olurdu. Yəni ki, reklam xətrinə çəkilmiş rəsmlər, mənəvi mahiyyətini itirmiş tədbirlər çox olurdu.

19. Məktəbin tək sözdə yaxşı tərəfi var idi – tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu.

Ardı çoxdu, amma nə mənası var. Təhsil Nazirliyinə video və ya səs lazımdır…

Elinanın ölümündə günahı olan direktoru başa düşürəm. Bizim Təhsil Nazirliyinin yetirdiyi direktordu. Onlar üçün əsas olan maddi sübutdur. İnsan həyatı nədi, insanlıq nədir? Ümumiyyətlə lazımdır insanlıq bizə?
5 il Qafqaz Universitetində oxudum, bir müəllim başa salmadı ki, maddi sübüt çox vacibdir. İnsan həyatından daha vacib. Heyf…”

“Təhsil Nazirliyinə dəvət edilib və …”
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehovun yazılanlara münasibəti isə belə olub: “Ötən gün Leyla Ucalın şəxsi “Facebook” səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.

Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər etmiş, orada olan vəziyyətlə bilavasitə özləri tanış olmuş və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər.

Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.

Müəllimə Leyla Ucal “Facebook”da paylaşdığı yeni statusunda isə məhz Təhsil Nazirliyini ona təzyiq etməkdə günahlandırıb: “Müracətimi vaxtında araşdırmayan Təhsil Nazirliyi heç kimi vasitəçi salıb, məndən postumu silməyimi istəməsin. İşlədiyim tədris mərkəzləri mənə görə məsuliyyət daşımır. Onlarla məni hədələmək lazım deyil. Yüzlərlə uşağın taleyini heçə sayan qurum, necə olur ki, məsələ ictimailəşəndə bu qədər “əl-ayağa” düşür?















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2020. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap -