18:50 xeber – “Baku HOG Azerbaijan” klubunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun dəstəyi ilə növbəti “Böyük Yolun Yolçuları” motoyürüşünə çıxmış azərbaycanlı baykerlər artıq Gürcüstandadır.
Azadlıq.az xəbər verir ki, anspress-in bölgə müxbirinin məlumatına görə, Bakıdan yola çıxan baykerləri qonşu Gürcüstanda gürcü baykerlər gözləyir və onlar da motoyürüşə qoşulacaqlar.
Türkiyəni təmsil edən bayker Hakan Evsen Gürcüstan sərhədində ANS TV müsahibə verərək motoyürüşün əla kecdiyini söyləyib: “Superdir. 7 nəfərik, yol yoldaşıyıq çox razyıq bir-birimizdən. Bu çox tarixi bir gündür. Starteji baxımdan iki olkə-Türkiyə və Azərbaycan üçün bu xüsusilə çox vacibdir. İki ölkə fiziki olraq bir körpü kimi bağlanmış olacaq”.
Baykerlərin əsas məqsədi 2016-cı ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolunun tanıtımıdır.
Azərbaycanlı baykerlər Tbilisi istiqamətində
ANS ÇM-in “Hər Səhər” şousunda canlı bağlantı zamanı “Baku HOG Azerbaijan”ın direktoru Vahid Mustafayev ölkəmizin təşəbbüsü ilə start verilən bu layihənin region üçün böyük əhəmiyyət kəsb etdiyini və Prezident İlham Əliyevin sayəsində Ermənistanın layihədən kənarlaşdırılmasını xüsusi vurğulayıb.
“2016-ci ildən Azərbaycan xalqı bu yol vasitəsi ilə Avropaya, avropalılar isə Azərbaycana gəlib-getmək üçün yararlana biləcəklər”. Vahid Mustafayev baykerlərin bütün marşrutu 2 günə qət etməyi planlaşdırdığını açıqlayıb. Tbilisidə isə baykerlərimizin yürüşünə gürcü motosikletçilərin qatılacağı gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməli 2007-ci ildə Gürcüstanın Marabkəndində qoyulub. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və İstanbula isə iki gün yarıma getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu
Dəmir yolunun Türkiyə hissəsində aparılan tikinti işləri
Daha əvvəl “Baku HOG Azerbaijan” üzvləri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə böyük yürüş keçirmişdilər. Yürüş “Heydər Əliyev yolu ilə” şüarı altında baş tutmuşdu.
mənbə :
anspress