Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
25/04/2019

Samaxi Resedxanasinin direktoru: “Qoroskop cefengiyyatdir, ona inanmaq lazim deyil” – MUSAHİBE

Şamaxı Rəsədxanasının direktoru: “Qoroskop cəfəngiyyatdır, ona inanmaq lazım deyil” - MÜSAHİBƏ



xeber –

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilovun ONA-ya müsahibəsi

 

– Bu yaxında dünyanın bir sıra alimlərinin iştirakı ilə keçirilən layihə çərçivəsində ilk dəfə qara dəliyin fotosu çəkildi. Azərbaycan da bu layihədə hansısa şəkildə iştirak edirdi?

 

– Azərbaycan bu layihədə iştirak etmirdi. Bunun da səbəbi var. Bilirsiniz, Qara dəlik indiyə qədər insanlığın qarşısında qoyulmuş ən mürəkkəb problemlərdən biridir. Çünki yüksək sürətə malik fotonlar belə qara dəliyi keçib gedə bilmir. Əgər oradan bizə işıq, elektor-maqnit dalğaları gəlmirsə, onun tədqiqi çox çətin məsələyə çevrilir. Bu layihədə 8 rəsədxana birlikdə çalışıb. Bizim rəsədxana bu məsələ ilə məşğul olmaq iqtidarında deyil. Hətta kosmosa teleskop yerləşdirsəydik belə, bu məsələ ilə məşğul ola bilməzdik. Onun üçün çox böyük ayırdedici qüvvəyə malik cihazlar, radioteleskoplar lazımdır.

 

– Şamaxı rəsədxanasında radioteleskop yoxdur?

 

– Xeyr, yoxdur. Hətta radioteleskop olan digər rəsədxanalar da buna qoşulmayıb, çünki bu ayrıca layihədir. Biz ancaq onda xəbər tutduq ki, bunlar artıq şəkli çəkiblər.

 

– Şamaxı rəsədxanası digər beynəlxalq layihələrdə iştirak edirmi?

 

– Ümumiyyətlə, astronomiya elmi artıq elə bir səviyyəyə gəlib ki, təkbaşına bir məsələ qoymaq, xüsusilə eksperiment sahəsində nəyəsə nail olmaq çox çətin məsələdir. Ona görə ki, yerüstü teleskoplar artıq mühüm məsələlərin həllində nə qədər iştirak etmək mümkündürsə, onu ediblər. İndi çətinlik ondan ibarətdir ki, yerüstü teleskoplar yalnız optik diapazona köklənirlər, biz yalnız bu diapazonda kainata baxa bilirik. Qalan kosmik informasiyalar bizə ən çox qamma-rəng oblastlarında gəlir. Ona görə teleskopları atmosferdən kənara qaldırmaq lazımdır.

 

– Yəni teleskopları yerin orbitinə çıxarmaq lazımdır?

 

– Teleskoplar süni peyklər vasitəsilə orbitə qaldırılmalı və müşahidələr oradan aparılmalıdır. Bunu da həyata keçirmək bir ölkənin işi deyil. Bu cür böyük layihələri həyata keçirmək üçün milyardlarla dollar lazımdır. Bu da Azərbaycan kimi ölkələr üçün məqsədə uyğun deyil. Düzdür, biz artıq kosmos ölkələri sırasına daxil olmuşuq. Hazırda üç süni peykimiz var, gələcəkdə bunların sayını artırmağı planlaşdırırıq.

 

– Kosmosa göndərdiyimiz peyklər hansı işləri görür?

 

– İki peykimiz informasiya təminatı ilə məşğuldur, Yer ətrafında dayanmaz durublar, Yerlə birlikdə hərəkət edirlər. Digər peykimiz isə Yerin ətrafında hərəkət edərək, Yeri, eləcə də Azərbaycanı skan edir, onun məlumatları isə xalq təsərrüfatının bütün sahələrində istifadə olunur.

 

– Şamaxı Rəsədxanası “Azərkosmos”la da əməkdaşlıq edir. Bu əməkdaşlıq hansı səviyyədədir?

 

– Əlaqələrimiz çox yaxşıdır. Birgə layihələr üzərində işləməyə başlamışıq. Gələcəkdə Azərbaycanın nanopeykləri və kiçik peykləri olacaq ki, onlar astrofiziki müşahidələr aparacaqlar. Bununla bağlı biz artıq Kanadanın Monreal Universiteti ilə əməkdaşlıq edirik. Yer ətrafında onların altı nanopeyki uçur və ifrat kütləli ulduzların dinamikasını arasıkəsilmədən müşahidə edir. Biz bu prosesi Şamaxı Rəsədxanasından paralel müşahidə edirik. Yaxşı kooperasiyamız alınıb və böyük təcrübə qazanmışıq. Gələcəkdə biz də bu cür astronomik layihələr həyata keçirməyə çalışacağıq. Bununla əlaqədar “Azərkosmos”la birgə layihələrimiz var. Onu da deyim ki, dövlətimiz astronomiya sahəsinə çox böyük önəm verir və qarşımıza məqsəd qoyulub ki, biz dünya elminə inteqrasiya etməliyik. Bayaq qara dəlik məsələsinə toxundunuz. Düzdür, biz o səviyyəni əldə edə bilmərik, ancaq çalışırıq ki, astrofizika elminin ön cərgələrinə çıxa bilək. Bundan ötrü Şamaxı Rəsədxanasının teleskopları dünya teleskoplar şəbəkəsinə qoşulmalıdır.

 

– Bu vaxta kimi qoşulmamısınız?

 

– Artıq bu sahədə işlər görülür. Keçən il rəsədxanaya yüksək sürətli optik internet çəkdirmişik. Planımız yüksək sürətli internetdən istifadə edib, Dünya Teleskoplar Şəbəkəsinə qoşulmaqdır. Bunun üçün isə haradasa yarım milyon manat vəsait lazımdır.

 

– Rəsədxana müəyyən kommersiya layihələri həyata keçirərək özünü maliyyələşdirirmi?

 

– Birbaşa kommersiya layihələrimiz yoxdur. Amma yay aylarında rəsədxanaya həddən artıq turist gəlir. Buna görə də biz rəsədxana ərazisində turizmi inkişaf etdirmişik, bundan müəyyən gəlirlər əldə etməyə çalışırıq. Turistlərə mühazirələr oxunur, muzey ziyarəti təşkil edilir, gecə gələn turistlərə planetlər göstərilir.

 

– Orda qalmaq üçün yerlər var?

 

– Rəsədxana yenidən qurulandan sonra ərazidə on ədəd kottec tikilib. Həmin kotteclərdə xaricdən gələn qonaqları, dövlət səviyyəsində gələn qonaqları, müəyyən tədbirlərə gələn alimləri yerləşdiririk.

 

– Bir müddət əvvəl mətbuatda belə bir yayılmışdı ki, rəsədxana ərazisindəki kotteclər əxlaqsızlıq yuvası kimi istifadə edilir…

 

– Bizim real inkişafımızı görüb ona qarşı çıxan mənfur qüvvələr var, adımıza qara yaxmaqla məşğuldurlar. Həmin qarayaxmalardan biri də bu şayiə idi. Bununla bağlı prokurorluğa müraciət elədik, məsələ araşdırıldı və bizim Yanuş Məhərrəmov deyilən elmi işçi işdən çıxarıldı. Yaydığı bu yalan-iftiralara görə ona 2 il iş kəsildi.

 

– Həmin hadisə ilə bağlı sosial şəbəkədə video da paylaşılmışdı…

 

– Gecə saat ikidə, hamı yatan vaxtı hardansa kimlərisə gətirib rəsədxananın yeməkxanasında yeyib-içmək təşkil edib, sonra özləri bunu çəkibmişlər. Bunlar qəsdən hazırlanmış videolar idi. Guya orda əxlaqsızlıq yuvası təşkil etmişik. Həmin adamların bu hərəkəti hüquqi qiymətini aldı, bunu edənlər cəzalandırıldılar.

 

– Sizə qarşı bu kampaniya niyə aparılmışdı?

 

– Mən ora direktor təyin ediləndə bizim elmi işçilər üçün nəzərdə tutulan mənzillər tamamilə kənar adamlar tərəfindən tutulmuşdu. Mən onların hamısını çıxarmağa çalışdım, konflikt yaşandı, bu cür informasiyalar, qarayaxmalar yazmağa başladılar. Yavaş-yavaş vəziyyət stabilləşir, kənar adamların əksəriyyəti çıxarılıb. Bilirsiniz, elmi işçi qocalıb işdən çıxandan sonra xidməti mənzili təhvil verib getməlidir. Axı müəssisə sonra da fəaliyyətini davam etdirməli, yeni gələn işçilərə qalmaq üçün şərait yaradılmalıdır. O binalarda da əsasən texniki işçilər, sürücülər, süpürgəçilər, onların ailələri məskunlaşmışdılar. Kənarda evi, həyət-bacası olan adamlar gəlib mənzillərimizi tutmuşdular, pulsuz qaz, pulsuz elektrik enerjisi ilə təmin olunurdular. Buna görə də oradan çıxmaq istəmirdilər.

 

– Hazırda kənar şəxslərin hamısını çıxarmısınız?

 

– Hamısını yox, haradasa 10-12 ailə qalır, deyirlər ki, başqa yerdə evimiz yoxdur. Biz də onları küçəyə atmamaq üçün saxlamışıq. Bizim müharibəmiz o adamlarladır ki, çəpərdən o üzə villası var, amma gəlib rəsədxananın mənzilində oturub, çıxmaq istəmir.

 

– AMEA-nın tərkibində ayrıca Astronomiya İnstitutu niyə yaradılmır?

 

– Bu, bizim yaralı yerimizdir. Tək mən yox, Şamaxı Rəsədxanasının məndən qabaqkı direktorlarının da səyinə baxmayaraq, bu məsələ öz həllini tapmır.

 

– Bu barədə AMEA qarşısında məsələ qaldırmısınızmı?

 

– Mən direktor keçəndən dərhal sonra təklif verdim ki, əgər astronomiyanın inkişafını istəyiriksə, bizim Bakı şəhərində yaxşı şəraiti olan binamız olmalıdır. Əyalətdə oturub astronomiyanı inkişaf etdirə bilmərik. Hazırda biz Akademiyanın binasında yerləşirik. Amma bu məsələ, demək olar, həll olunub, Fizika İnstitutunun bir korpusu təmir olunur. Onun təmiri bitəndən sonra orda məskunlaşacağıq. Amma institut məsələsi həll olunmayıb. Əgər həyata keçməsə, ölkə başçısına müraciət etməyi düşünürük ki, ayrıca Astronomiya İnstitutu yaradılsın. Bunun üçün əlavə vəsait də tələb olunmur, Şamaxı Rəsədxanasının bazasında yaradılacaq. Sadəcə, bizə bir bina versinlər, adını qoyaq Astronomiya İnstitutu.

 

– Şamaxı Rəsədxanası dünyadakı rəsədxanaların sıralamasında hansı yerdədir?

 

– Vaxtilə bizim rəsədxana həm mövqeyinə, həm də təchizatına görə keçmiş SSRİ-də ən mütərəqqi rəsədxanalardan biri olub. O vaxt açılanda cənub göyünü müşahidə altında saxlamaq məqsədilə bura hərbi məqsədlər üçün də istifadə olunub, hazırda isə sırf  elmi məqsədlər üçün fəaliyyət göstərir. Bizim əsas fəaliyyətimiz Günəş-Yer əlaqələrini öyrənməkdir.

 

– Amma ictimaiyyət arasında belə bir təəssürat var ki, sanki Şamaxı Rəsədxanası yalnız Ramazan ayının başlamasını və bitməsini müəyyənləşdirmək üçün fəaliyyət göstərir…

 

– Şamaxı Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsi ilə müqaviləsi var. Biz saniyə dəqiqliyi ilə belə Ayın horizonta keçmə anını fiksə edə bilirik. Bəzən Ay üfüqü keçir, amma görünmür, üstündən bir sutka, bəzən sutka yarım ötəndən sonra səmada görünür. Biz o keçmə anını qeyd edirik. Bizim verdiyimiz dəqiq məlumat əsasında Qafqaz Müsəlmanları İdarəsi Ayın üfüqdən görünmə anını müəyyən edib, namazın, dini bayramların vaxtını təyin edir. Ona biz qarışmırıq.

 

– Bir müddət əvvəl Şamaxı Rəsədxanası ilə Qafqaz Müsəlmanları İdarəsi arasında bu məsələlərlə bağlı anlaşılmazlıq vardı…

 

– Dediyim o məsələni qarışdırırdılar, ona görə anlaşılmazlıq yaranırdı. Hazırda bunlar hamısı qaydasına düşüb. O cür konfliktlər artıq yoxdur.

 

– Namiq müəllim, siz göyə bizdən yaxınsınız. Ordan Allah daha yaxşı görünür? Yoxsa astronomik bilgilər yeniləndikcə, əksinə, Allahın varlığına inam azalır?

 

– Mən uzun müddət Rusiya və Avropada işləmişəm, qarşılaşdığım astronomiya alimlərinin hamısı Allahın varlığına inanırdılar. Yaradıcı qüvvənin mövcudluğuna inananlar elə astronomlardır. İstər mikromolekulyar səviyyəni, istərsə də kəhkəşan səviyyəsində götürün, quruluş o qədər incədir ki, bu özü kainatın təsadüfən yarana bilmədiyinə sübutdur. Kainatda problemin birini həll elədikcə, arxasınca onlarla başqa problem çıxır. Niyə qravitasiyanın əksinə işləyən qara enerji var? Qravitasiyanın əksinə gedən qüvvə olmasaydı, kainatın genişlənməsi yavaşımalı, kainat təzədən eyni  nöqtəyə qayıtmalı idi. Ancaq elə olmur, hansısa bir qüvvə onu təcillə genişləndirir.

 

– Bunlar da yaradıcı qüvvənin varlığını təsdiq edir?

 

– Bu kimi problemlərin arxasınca getdikcə, suallar daha da dərinləşir və hiss edirsən ki, bu incəlikdən yaranan kainat elə-belə yaranmayıb. Quranda da kainat genişlənməsi haqqında bir ayə var. Deyilir ki, “aləmi yaratdım və bunu genişləndirirəm”. Bu, 15 əsr əvvəl Quranda yazılıb, alimlər isə kainatın genişlənməsini XX əsrdə sübut ediblər.

 

– Belə çıxır kainat haqqındakı bu faktlar Quranda yer alıb?

 

– Quranda həddən artıq astronomik faktlar var. Tək astronomiya haqqında yox, coğrafiya, Yerin quruluşu, biologiya haqqında biliklər həddən artıq çoxdur. Ona görə mən həmişə təbliğ edirəm ki, gəlin riyaziyyatçılar, fiziklər yığışaq, Quranı öyrənək, görək hansı biliklərimizi oradan tapırıq. Bəlkə hələ elmə məlum olmayan faktları Qurandan öyrənə bilərik? Dəqiq elm adamları Quranı tədqiq eləsələr, müəyyən açarlar əldə edə bilərlər.

 

– Ulduzlar necə, həyatımıza təsir edirmi? Qoroskopa inanmaq lazımdır?

 

– Biz Yerdən müəyyən ulduzları görüb ona hansısa adlar veririk. Əgər Yer atmosferindən kənara çıxsaq, heç bir bürc görə bilməyəcəyik. Bunlar hamısı atmosfer effektidir. Atmosfer ulduzları filtrasiya edir və bəzi parlaq ulduzları müəyyən şəkildə görürük, onları xətlərlə birləşdirib təxəyyülümüzdə ona bürc deyirik; Şir bürcü, Tərəzi bürcü, Dolça bürcü. Amma biz əgər kosmosa çıxsaq, görərik ki, ulduzlar o qədər sıxdır, elə bil kosmosa un səpmisən. Qoroskopa inanmaq lazım deyil, onların kimlərinsə dolanışıq mənbəyidir, yazırlar ki, ulduzlar sizə təsir edəcək. Onların hamısı tamamilə cəfəngiyyatdır.

 

– Yer planetini yaxın dövrdə gözləyən təhlükə varmı?

 

– NASA-nın rəhbərliyi altında Yerin təhlükəsizliyi haqqında xüsusi proqram hazırlanıb. Yer tərəfə əsasən asteroidlər, meteroidlər yaxınlaşırlar, kometlərin yaxınlaşması nadir hallarda olur. Yerə yönələn asteroidlərin, meteroidlərin çox böyük dəqiqliklə trayektoriyası müəyyənləşir. Əgər aşkarlansa ki, onlar Yerə təhlükə yarada bilərlər, o zaman lazer silah vasitəsilə xırda hissələrə parçalanırlar. Yerin yanından keçib getdikdə isə onlara toxunulmur.

 

– Təcrübədə lazer cihazları istifadə edilib?

 

– Testdən keçirilib, amma real tətbiq edilməyib.

 

– Yerin ətrafında fırlanan süni peyklər Yerə hər hansı təhlükə yarada bilərmi?

 

– Hazırda Yerin ətrafında minlərlə süni peyk var. Onların şəkillərini görmüşəm, Yerin ətrafını meşə kimi bürüyüblər. Süni peyklərin ən böyük təhlükəsi kosmik tullantılarla toqquşmalarıdır. Xüsusi proqram nəticəsində süni peyklərin marşrutları təyin olunur, kosmik tullantı ilə qarşılaşacaqları təqdirdə, dərhal yerləri dəyişdirilir. Əgər süni peyklərlə kosmik tullantılar arasında toqquşma baş versə, bəli, Yerə təsir edə bilər.


mənbə :
Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2020. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap -