16.08.2015 / 16:23 xeber –
"Beşiktaş"ın qapıçısı Cenk Günenin klubu hansı səbəbdən tərk etməsinin səbəbi məlum olub. Lent.az Hürriyət qəzetinin saytına istinadən xəbər verir ki, komandanın təcrübəli baş məşqçisi Şenol Günəşin Cenki 3-cü qapıçı elan etməsi futbolçunu sarsıdıb. Bildirilir ki, mövsümöncəsi təlim düşərgələrindən sonra Şenol Günəş hazırladığı sxemdə Tolqa Zəngini 2-ci qapıçı, Cenki isə 3-cü qapıçı mövqeyinə yazıb. Mütəxəsis əsas qapıçı xanasını isə boş qiyub və rəhbərlikdən qapıçı transfer etmələrini istəyib. Bundan sonra gənc qapıçı komandadan ayrılmaq qərarına gəlib və "Qalatasaray"la danışıqlara başlayıb.
mənbə :
lent.az