Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
07/05/2019

Duz 49 ildir Bakidan geden meshur bakili: “Bu seheri hec vaxt terk etmeyin”

Düz 49 ildir Bakıdan gedən məşhur bakılı: “Bu şəhəri heç vaxt tərk etməyin”



Rusiyalı məşhur teleaparıcı Bakı ilə bağlı uşaqlıq xatirələrini və çəkdiyi həsrəti bölüşüb Bakı Kitab Mərkəzində məşhur rusiyalı teleaparıcı, “Rossiya-Kultira” telekanalının şərhçisi Vladislav Flyarkovskinin yaradıcılıq gecəsi keçirilib. Məşhur teleaparıcının uşaqlığı Azərbaycanda keçib. Flyarkovski Sputnik Azərbaycan-a müsahibəsində Bakı ilə bağlı xatirələrini bölüşüb.

©
Sputnik / Kemale Aliyeva Известный российский телеведущий, обозреватель телеканала “Россия-Культура” Владислав Флярковский
– Vladislav Pyeroviç, uşaqlığınızın şəhəri olan Bakı ilə bağlı uşaqlıq xatirələriniz necədir?
– Mənim doğum haqqında şəhadətnaməmdə Bakıda doğulduğum yazılıb. Amma əslində belə deyil. Anam doğuşdan qabaq Başqırdıstan Respublikasının Oktyabr şəhərinə anasının yanına gedib ki, məni orada dünyaya gətirsin. Mən doğulandan sonra o, dərhal öz vətəni Bakıya qayıdıb. Hesab edirəm ki, bütün formallığına baxmayaraq, doğum haqqında şəhadətnaməmdə yazılan daha doğrudur. Mənim valideynlərim və bacım Bakıda doğulub, böyüyüblər. Bir sözlə, biz hamımız ailəlikcən köklü bakılıyıq.
Uşaqlıqda adam şəhərə az qaynayıb-qarışır. Mənim üçün Bakı daha çox Nərimanov rayonunda 16-cı Vağzal (hazırkı Faiq Yusifov küçəsi – red.) küçəsindəki doğma məhəlləmdir. Mən böyüyəndə 14 nömrəli tramvayla Sabunçu vağzalına getməyə başladım. Uşaqlıqda nağılları çox sevirdim. Anam mənə tez-tez nağıl oxuyurdu. Mənə elə gəlirdi ki, bu nağılların qəhrəmanları Hökumət Evinə oxşayan evdə qıfıl altında yaşayırlar. Biz 1970-ci ilə qədər Bakıda yaşadıq. Atam bizi Moskvaya köçürmək üçün getdi və iki il sonra bu gerçəkləşdi. Mən Bakıdan gedəndə 12 yaşım vardı.

©
Instagram / fidanhuseynova_officialGənc azərbaycanlı müğənni Moskvada moda bomondunu valeh edib
– Bakıdan Moskvaya köçmək sizin üçün nə dərəcədə çətin idi?
– Mənim üçün bu şok idi. Mənə elə gəlirdi ki, Moskva tam bir kainatdır, çünki miqyaslar tamamilə başqa idi. Mən çox uzun müddət sonra özümə gəldim. Uzun müddət ləhcə ilə danışırdım. Bu, hamıya gülməli gəlirdi. Mən “djem” və “djaz” sözlərini deyə bilmirdim, “cem” “caz” deyirdim. Bakıda Azərbaycan dilində çox az danışırdılar. Mən burada 212 nömrəli məktəbin rus bölməsində oxuyurdum. Yusif Eyvazov (Azərbaycanın xalq artisti, opera müğənnisi – red.) da orada oxuyub. O da Nərimanov rayonunda böyüyüb. Bu məktəbdə birinci sinifdən başlayaraq bizə Azərbaycan dilini də keçirdilər. Təəssüf ki, dil danışmayanda çox tez unudulur.
– Doğma diyara tez-tez gəlirsiz?
– Təəssüf ki, nadir hallarda gəlirəm. Elə vaxtlar olub ki, mən hər il Bakıya gəlmişəm. Burada demək olar ki, qohumlardan heç kəs qalmayıb, yalnız bir neçə dostum var. Axırıncı dəfə Roma dayımın ailəsi Azərbaycandan köçüb. Amma burada Yasamal qəbiristanlığında ata nənəm və babam dəfn edilib. Mən hər dəfə Bakıya gələndə bu qəbiristanlığa gedərək bir qədər onlarla qalıram.
– Bəs sizin üçün yeni Bakı necədir?

©
Sputnik / Anton DenisovTanınmış rus müğənni 38 yaşında öldü
– Bizim hər birimiz səhərlər yuxudan oynanandan sonra yuyunur, dünəndən seçdiyimiz gözəl paltarlarımızı geyinir və bəzənirik. Müasir Bakı da məndə eynilə səhərləri oyanıb özünü tədricən qaydaya salan şəhər təəssüratı yaradır. İllər keçir, dəb dəyişir və şəhər də öz “paltar”ını dəyişir. Bakı bütün bu illər ərzində yalnız pencəklərini dəyişib (gülür).
– Bakıya gəlişinizin səbəblərindən biri də Bakı Kitab Mərkəzində keçirilən yaradıcılıq görüşünüzdür. Gecəyə çox sayda pərəstişkarınız gəlmişdi. Sizcə görüş necə keçdi?
– Söhbətə başlayandan dərhal sonra başa düşdüm ki, bu görüşə mənim məşğul olduğum sahə – jurnalistika və mədəniyyətlə çox maraqlanan insanlar toplaşıb. Onlar düzgün və dəqiq suallar verirdilər. Adamlar müxtəlif yaşlarda idilər. Yaşlı nəsildən olan tamaşaçılar nisbətən üstünlük təşkil edirdi ki, bu da təbii idi. Mən ən enerjili və emosional nəslin gənc nəsil olduğu barədə müzakirələrlə razı deyiləm. Çünki mənim həyat təcrübəm göstərir ki, hər şey əksinədir. Yaşlı nəsil ömrünün böyük hissəsini yaşayıb. Onların daim ətrafda baş verənlərlə bağlı sualları yaranır, çünki daha çox başa düşürlər. Ona görə də onlar daha çox narahat olur və əsəbləşirlər. Bu görüşdə də hər şey belə oldu. Yaşlı nəsildən olan insanlar daha çox sual verdilər. Orada jurnalistika barədə suallar verən tamaşaçılar da var idi. Hamını bir sual çox narahat edirdi – feyklərlə, yalan informasiyalarla nə etməli?

©
Sputnik / Kemale Aliyeva Известный российский телеведущий, обозреватель телеканала “Россия-Культура” Владислав Флярковский
– Bizə məlumdur ki, siz memar olmağı çox istəmisiz, ancaq Moskva Dövlət Universitetinin (MDUİ) Jurnalistika Fakültəsinə daxil olmusuz. Niyə?
– Mən, çoxları kimi həyatın apardığı yerə getmişəm. Arxitektor, yaxud dizayner olmağı çox istəmişəm. 1975-ci ildə məktəbi bitirərkən mənə elə gəlirdi ki, bu sənət gələcəyin sənətidir. Mən yeni memarlıq üslubu yaratmaq istəyirdim. Kifayət qədər bal toplamadığıma görə məni o ali məktəbə götürmədilər. Orada rəsm çəkmək lazım idi, mən isə bunu bacarmırdı. Mən bir il öyrənib yalnız 3-ə layiq çəkə bildim. Çox çalışdım, amma alınmadı. Sonra orduya getməli oldum. Dəniz donanmasına düşdüm və ona görə də 2 il yox, 3 il qulluq elədim. Orduda çoxlu foto çəkdirmişdim. Atam Azərbaycanda çox məşhur fotoqraf olub. O, “Molodyoj Azerbaydjana” (Azərbaycan gəncləri) qəzetində işləmişdi.
Sonralar Bakıda mənə Rüstəm İbrahimbəyovun qonağı olmaq nəsib oldu. Onunla görüşərkən biz mənim Bakı həyatım barədə söhbət etdik. İki saatdan çox söhbət elədik, baxmayaraq ki, biz heç vaxt birlikdə bu qədər vaxt keçirməmişdik. Mən ona atam barədə danışdım. Rüstəm dərhal xatırladı ki, “Molodyoj Azerbaydjana” qəzetində iki çox yaxşı fotoqraf işləyib – Valentin Feldman və Pyotr Koqan. Sonuncu mənim atam idi. Rüstəmin qardaşı Maqsudun bu qəzetdə məqalələri çap olunmuşdu, ona görə də o, atamı yaxşı tanıyırdı. Atam rayonlara gedərək həddindən artıq çox şəkil çəkib. Onu hamı Petya kimi tanıyıb, baxmayaraq ki, əsl adı Pyer idi.

©
Sputnik / Murad Orujov Azərbaycanlı aparıcı qəfil vəfat edib
Atam mənə foto çəkməyi və foto çıxartmağı öyrətmişdi. Bütün bunlar mənə orduda çox kömək elədi. Bununla yanaşı, mənim bir sıra mətnləri yazmaq qabiliyyətim var idi. Ona görə də həmişə öz fotolarıma mətn yazırdım. Bu, mənim diqqətimi dəhşətli dərəcədə cəlb edirdi. Ordudan sonra operator olmaq qərarına gəldim. Ona görə də Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) getdim. Amma məni ora da götürmədilər, çünki yenə də lazımi qədər bal toplamamışdım. Mən həmişə bal toplaya bilmirdim. Mənə 5 almaq lazım idi, amma həmişə 4 alırdım. ÜDKİ-yə çox adam daxil olmaq istəyirdi, amma bu, çox çətin idi. Kimsə mənə dedi ki, (onun kim olduğunu indiyə qədər də xatırlaya bilmirəm) MDU-nun Jurnalistika fakültəsində Marina Yevseyevna Qoldoskaya dərs deyir. O, emalatxanaya rəhbərlik edir və ora istedadlı uşaqları toplayır. O, onları sənədli filmlər rejissoru və operatoru kimi hazırlayır, özü filmlər çəkir. Onda başa düşdüm ki, mənə lazım olan da elə budur. Beləcə, MDU-ya daxil oldum. Marina Yevseyevnadan öyrənəndən sonra kadrlarla işləmək üçün bir sıra test keçirdim. Bu, məni özünə cəlb elədi.
– Sizin jurnalistika karyeranızda 3 il işlədiyiniz İsrail böyük yer tutur. Sizi ora göndərəndə, artıq şöhrətin zirvəsində idiniz. Bu təyinat sizin üçün gözlənilməz idi, yoxsa, buna hazır idiniz?
– Mən buna hazır deyildim. Bizə bürolara getmək təklif olunanda, mən imtina etmirdim, çünki həmkarlarım artıq büroların olduğu yerlərdə işləmişdilər.
©
Sputnik / Murad Orujov Radio aparıcı: “Bizim aparıcılar dinləyicilərdən fərqlənməlidirlər” Məni isə İsrailə, büromuzun və heç nəyin olmadığı yerə göndərirdilər. Mən tamamilə heç nəyin olmadığı yerə gedirdim. Bu, məni cəlb elədi. İsrail həmçinin ata xətti ilə mənim babalarımın ölkəsi idi. Orada mənim qohumlarım və tanıdığım başqa adamlar yaşayırdı. İvrit və ərəb dillərini bilməməyim məni narahat eləmirdi. Başa düşdüm ki, işləmək üçün ingilis dilini bilmək kifayətdir. İsraillilərin hamısı hollandlar kimi ingilis dilində danışa bilir. Mən ora cəsarətlə getdim.
Bu, mənim jurnalistika karyeramda ən parlaq dövrdür. İsrailə fevralda getdim. 1993-cü ilin sentyabrında İsraillə Fələstin arasında ictimaiyyət qarşısında açıq şəkildə saziş imzalandı. Onlar bir-birilərini tanıdılar, oktyabrda isə terror aktları başladı. Hər həftə partlayışlar olurdu. Yerusəlimdə 2 dəfə 18 nömrəli avtobusu partlatdılar. O avtobusla mənim ailəm məktəbə gedib-gəlirdi. Bu partlayışları kamikadzelər (özlərini “şəhid” adlandıran terrorçular – red.) törədirdilər. Onlar partlayıcı qurğunu bədənlərinə bağlayaraq özlərini də adamlarla birlikdə partladırdılar. Bu “şəhidlər” Kor Şeyx adlandırılan Şeyx Əhməd Yasin tərəfindən düşünülmüşdü. Ən çox partlayışlar bazar günləri, avtobuslarda çoxlu hərbçilərin olduğu vaxt törədilirdi.
HƏMAS hərəkatının liderlərindən biri ilə görüşümü xatırlayıram. Məncə onu Mustafa adlandırırdılar. Bizim müsahibəmiz hansısa bağçalardan birində baş tutmuşdu. O, üzərində çox sayda portretin asıldığı divarın fonunda oturmuşdu. O, mənə dedi ki, bunlar onların qəhrəmanları – şəhidlərdir və ümumiyyətlə onların hər biri Amerikanın F-16 qırıcı təyyarəsindən daha güclüdür. Bu vaxt məni sanki soyuq tər basdı. Mən onun düz dediyini anlayanda dəhşətə gəldim. Orada baş verənlərin biri digərindən daha çox məni heyrətə gətirirdi. Üç il İsraildə yaşayıb işləyəndən sonra Moskvaya qayıtdım.
©
Facebook / Ceyran NerimanAzərbaycanlı aparıcı dünyasını dəyişdi
– Sizin adınız məncə tarixə bundan əlavə həm də Sovet İttifaqının parçalandığını elan edən ilk aparıcı kimi düşüb. Həmin vaxt siz nə hiss edirdiz?
– Bu, 21 dekabr 1991-ci ildə olmuşdu. Həmin vaxtlar adamlar demək olar, “Vremya” (Zaman-red.) proqramına baxmırdılar. Onu demək olar, nümayişkaranə şəkildə boykot edirdilər, çünki bu proqram hamıda köhnə rejimlə assosiasiya doğururdu. Amma praktiki olaraq, bütün ölkədə yeganə informasiya proqramı “Vremya” idi. Mən şənbə günü işləyirdim. Və həmin hadisə mənim iş günümə təsadüf etmişdi. Mən qorxmuş gözlərimi böyük açaraq “Salam, SSRİ artıq yoxdur” dedim. Mən eşidəndə ki, Sovetlər İttifaqı artıq yoxdur, həqiqətən də hamı kimi bir qədər qorxmuşdum. Heç kəs bilmirdi ki, onun əvəzində nə olacaq.
– Siz uzun müddət siyasi şərhçi olmusunuz, sonra birdən-birə “Kultura” (Mədəniyyət – red.) kanalına keçmisiniz. Belə sərt dönüş nə ilə bağlı idi?
– Həmişə teatrla, kino ilə maraqlanmışam. 2001-ci ildə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin sədri Oleq Dobrodeyevdən təklif aldım. Biz birlikdə “Vesti” proqramını hazırlayırdıq. Həmin vaxt mənim telekanallardan biri ilə müqaviləm başa çatmışdı və o, maraqlandı ki, bundan sonra nə etmək istəyirəm. Biz görüşdük və Oleq mənə bir neçə təklif verdi. Mən dərhal məmnuniyyətlə “Kultura” kanalını seçdim. 
©
Sputnik / Nigar MaharramUşaqkən bir gözünü itirən aktyor mətbəxdə işləməyə üstünlük verirOla bilsin, həmin vaxt hiss etmişdim ki, mənim əvvəlki stilistikama, kadr çərçivəsindəki davranışıma zərurət yoxdur. Tədricən dəqiq və tətbiqi jurnalistikaya keçdim. Əvvəlki təcrübəmə görə, haqqında danışdığım şeyləri öz şəxsi münasibətim və baxışlarım nöqteyi-nəzərindən ifadə etməyə çalışmaq doğru deyildi. Mən başa düşdüm ki, əvvəllər məşğul olduğum jurnalistika ilə fəxr etmək lazım deyil. Mədəniyyətdə isə mütləq məsələlərə öz münasibətini bildirməlisən ki, sən onu necə görürsən, necə eşidirsən və necə baxırsan.
– Sizin yetirmələriniz var?
– Mən beş il Rusiya Dövlət Humanitar Universitetində dərs demişəm. Mənim bunu necə edəcəyim özümə də maraqlı idi. Beş ilə mənə kifayət elədi. Sonra bir az bu işdən soyudum. Hesab edirəm ki, istənilən şəxs başqalarına nəsə verməlidir.
– Gənc həmkarlarınızı necə qiymətləndirirsiz və onlara məsləhətiniz nədir?
– Televiziya artıq çoxtərəflidir. Azərbaycan televiziyası ilə tanışlığım yoxdur, çünki bura qısa müddətlik gəlmişəm. Amma düşünürəm ki, o da çoxtərəflidir. Bütün kanallarda müxtəlif intonasiyalar və müxtəlif aparıcılar var. Həmişə hesab etmişəm ki, televiziya özü olanda uğurlu olur. İnsan nəsə yaratmağa başlayanda, orada dərhal səhvlər yaranır. Bu, çox gözə çarpır. Hətta ən sadə adam da aparıcının gözlərinə baxanda onun yalan danışıb-danışmadığını fərq edə bilir.CC0 / Noir / GrabschmuckTanınmış aktyor dünyasını dəyişdi
– Elə bir arzunuz olubmu ki, onu həyata keçirə bilməmisiz?
– Mənim arzularım var və vaxt-vaxt onları həyata keçirə bilirəm. Mən səyahət etməyi xoşlayıram. İş həmişə buna imkan vermir. Bir qədər azad olduğum vaxtlar olub ki, onda çox gəzmişəm, çoxlu fotolar çəkmişəm. Bu, mənə “Avtobioqrafika” kitabını yazmağa imkan verib. Mən o kitabı Bakı Kitab Mərkəzinə də hədiyyə etdim. Orada müxtəlif ölkələrdə çəkilmiş 150 fotoşəkil var.
– Bakılılara nə arzulayardız?
– Bütün bakılılara, eləcə də burada yaşayanlara arzu edirəm ki, bu şəhəri tərk etməsinlər. Budur, mən artıq 49 ildir Bakını tərk etmişəm, amma o, hələ də məni özünə çəkir. Artıq mənim böyüdüyüm ev sökülüb, atamın doğulub-böyüdüyü məhəllə yoxa çıxıb. Ev yox olub, amma şəhər yaşayır və məni özünə cəzb edir.
2019-05-07T22:00 xeber – /strong
mənbə :
Sputnik















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti