11:43 xeber – Bu gün səhər saatlarında İsmayıllı rayonunda yanğın başlayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in Fövqaladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır.
Yanğın baş verən əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri yanğının söndürülməsi üçün cəlb olunub.
Hal-hazırda əməliyyat davam edir.
mənbə :
anspress