Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
09/05/2019

Muharibeni ureyinde dasiyan veteran: “Satqini gozumun onunde gullelediler”

Müharibəni ürəyində daşıyan veteran: “Satqını gözümün önündə güllələdilər”



Uçuş heyəti tərkibində Berlin alınmasında iştirak etmək, müharibənin sonuna qədər zədə ilə vuruşmaq, dəfələrlə təyyarə qəzalarına düşmək… II Dünya Müharibəsi iştirakçısı, uçuş heyətində yer almış hərbi atıcı radist mayor Nəbiyev Damət hələ də müharibənin bütün təfərrüatlarını xatırlayır. Onların sayı hər ötən il daha da azalır… Onların sırası hər ötən il daha da seyrəlir… Ötən il müharibə xatirələrindən danışanların bəziləri bu il artıq həyatda yoxdur. Təəssüf ki, bu il müharibə xatirələrini danışanların bəzilərini də gələn il görməyəcəyik…
Onları itiririk! Bizə qələbə sevincini yaşadan, bizə qələbə bəxş edənləri itiririk. Və nə qədər acınacaqlı olsa da, onların ildə ancaq bir dəfə – 9 May bayramında xatırlayırıq.
Haqqında danışacağımız müharibə veteranı Damət dayı da o illərin xatirəsini ürəyində daşıyanlardan biridir.
Nəbiyev Damət Məcid oğlu 1925-ci ildə Yevlax rayonunun Varvara kəndində doğulub. Müharibədə iştirak etmək üçün ilk dəfə könüllü olaraq hərbi komissarlığa müraciət edəndə hələ 10-cu sinifdə oxuyurmuş. Ancaq 18 yaşı olmadığından, cəbhəyə getmək arzusuna yalnız yarım il sonra çatıb.
Tale elə gətirib ki, onu Gürcüstanın Kaxetiya vilayətindəki Qombori qəsəbəsində yerləşən aviasiya məktəbində oxumağa göndəriblər. Məktəbdə daha çox texniki qrupların olmasına baxmayaraq, Damət Nəbiyev məhz uçuq qrupunda yer alıb və hava atıcı radisti olmağa hazırlaşıb.

©
Sputnik / Taleh Mahmudov. Damət Nəbiyevin əsgər yoldaşları
İlk günlərin çətinlikləri
Damət dayı etiraf edir ki, aviasiya məktəbinə qəbul olanda ilk dövrlər çətinlik çəkib. Onun boya-başa çatdığı Varvara kəndində yuxarı siniflər olmadığından, təhsilini Yevlaxda rus dilində davam etdirib. Dayısının evində qalıb, qonşuluqda yaşayan rus uşaqlarla ünsiyyət qura-qura yavaş-yavaş rus dilini öyrənib. Amma buna baxmayaraq, onun rus dili bilikləri aviasiya məktəbində oxumaq üçün kifayət etmirmiş. Buna görə də, hərbi hissədə əsgərlərə “otboy” (yatmaq-red.) komandası veriləndə, o, konspektlərini götürüb, oxu zalına gedirmiş və gecənin yarısına qədər işləməyə davam edirmiş. Dərs ilinin sonunda isə çalışqanlığı öz bəhrəsini verib və qiymətləri rusdilli əsgərlərdən belə, yaxşı olub.
Hərbi hazırlığı bitirdikdən sonra Damət Nəbiyevin ilk hərbi uçuşu Birinci Belarus Cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polkunun tərkibində Varşava şəhərinə olub. O vaxtlar Polşanın paytaxtı hələ də almanların əlində imiş. Sovet təyyarələrinin Varşava üzərində uçuşunun qarşısını almaq üçün faşistlər şəhəri zenit artilleriyaları və qırıcı təyyarələrlə müdafiə edirmişlər. Amma uzun müddət davam edən döyüşlərdən və iki həftəlik hava hücumlarından sonra nəhayət ki, düşmən ordusu Varşavanı tərk etməyə məcbur olur.
Daha sonra isə Damət Nəbiyev Avropanın digər şəhərlərinin azad edilməsində iştirak edib. Ən son iştirak etdiyi döyüş isə 1945-ci ilin 2 may tarixində Berlin uğrunda gedən döyüş olub.
Zədə ilə döyüşlərə davam
Polşa üzərində uçuşlardan birində Nəbiyevin təyyarəsi vurulub. Amma təyyarə qəza enişi edə bilib. Damət dayı da həmin qəzada çiynindən və başından ağır zədələnib. Amma bütün ağrılarına baxmayaraq, bunu hamıdan gizlədib və uçuşlara davam edib.
“Heç hospitalda da yatmadım. Kim uçuş heyətindən çıxarılırdısa, onu birbaşa piyada qoşunlarının tərkibində cəbhəyə göndərirdilər. Heç kim də piyada qoşunlarına getmək istəmirdi. Mən heç kimə demirdim ki, ağrıyıram. Paraşütü geyəndə də, əsgər yoldaşlarım mənə kömək edirdilər. O vaxt cavan idim, ağrını elə bil hiss etmirdim” – deyə veteran xatırlayır.
Ruhları birləşdirən musiqi
Damət Nəbiyevin eskadrilyasında özündən başqa ikinci azərbaycanlı da xidmət edirmiş. Amma o, uzun müddət bunu bilməyib. Bir dəfə uçuşlardan öncə “Bir nömrəli hazırlıq” zamanı Damət dayı özü üçün Azərbaycan mahnılarını zümzümə edirmiş. Birdən təyyarənin yanında “Eloğlu, haralısan” sualını eşidib. Amma cavab verə bilməyib. Elə həmin dəqiqə mühərrik işə düşüb və az sonra təyyarə yerdən qalxıb. Bombardman bitib yenicə yerə enəndə isə Nəbiyevi qarşılayan ilk sual da “Eloğlu, nətərsən” olub. Bütün hərbi hissədə ikicə azərbaycanlı qulluq edirmiş – Damət Nəbiyev və Ağababa Rzayev. Tanış olduqdan az sonra isə Ağababa Rzayev mayor Nəbiyevə bir kağız parçası uzadıb. Bu kağız parçası anasının yazdığı məktub olub. Rzayev deyirmiş ki, müharibənin od-alovundan onu məhz anasının göndərdiyi o kağız parçası qoruyub.
Damət Nəbiyev danışır ki, müharibə vaxtı çox şeyin şahidi olub – uçduğu təyyarə də vurulub, gözünün önündə 3 ton bomba ilə dolu təyyarə də alışıb-yanıb, əsgər yoldaşlarının da satqınlığını görüb… Bir dəfə operatorlardan biri uçuş heyətini almanların toplaşdığı hədəfə yönləndirib. Amma sonradan məlum olub ki, təyyarə almanları bombardman etmək əvəzinə, sovet qoşunlarını vurub. Düşmənə satılan operator əvvəldən alman tərəfini məlumatlandırıb, faşistlər mövqeni tərk edib, onların yerini isə sovet əsgərləri tutub. Nəticədə təyyarələr öz əsgərlərini bombalayıblar. Veteran danışır ki, həmin operatoru onun gözü önündə güllələyiblər. Damət dayı etiraf edir ki, müharibə zamanı belə şeylər çox olub və kəşfiyyatçılar nə qədər ciddi işləsələr də, bəzən bu cür halların qarşısını ala bilmirlərmiş.
Qələbəni şirin dadı
Damət Nəbiyev qələbə sorağını da Berlində alıb və bu xəbəri əsgər yoldaşları ilə üç gün bayram edib. Müharibədən sonra onun xidmət göstərdiyi hərbi hissə hələ bir il Almaniyanın Falkenberq şəhərində qalıb. 1946-cı ilin payızında Stalinin əmri ilə hərbi hissə Ukraynanın Zaporojye şəhərinə köçürülüb. Üstündən 5 ay keçəndən sonra hərbi hissə ləğv edilib və D. Nəbiyev Leninqrada göndərilib. O, 1949-cu ilə kimi Leninqradda təlim uçuşlarını həyata keçirib. Uçuşlar onu müayinə edən cərrahın zədələrinə görə ona uçmağa qadağan etdiyi günə qədər davam edib. O, sona qədər cərrahı inandırmağa çalışıb ki, əgər müharibəni bu zədələrlə başa çatdıra bilibsə, bundan sonra da bacara biləcək. Amma cərrahın cavabı qəti olub – Nəbiyevə görə öz poqonlarından məhrum olmaq istəmir. Bununla da, D. Nəbiyev aviasiya karyerasına son verməli olub və 1950-ci ildə hərbi nazir marşal Jukovun əmri ilə səhhəti ilə əlaqədar olaraq uçuş tərkibindən çıxarılıb, Bakı hərbi dairəsinə göndərilib.

©
Sputnik / Taleh Mahmudov. Damət Nəbiyevin medalları
Damət dayı daha sonra hərbi qulluğunu Bakıda, Ağdamda və Gəncədə davam etdirib. 1973-cü ildə 30 illik hərbi xidmətdən sonra təqaüdə çıxmaq qərarına gəlib. 2002-ci ilə qədər isə məktəbdə hərbi hazırlıq müəllimi kimi işləyib. Gənclərin hərbi tərbiyəsinə böyük önəm verən mayor, buna görə dəfələrlə təşəkkür məktubu alıb.
Bir dəfə əsgər – sona qədər əsgər
Veteranın oğlu Rəhman Nəbiyev deyir ki, müharibə iştirakçısının, xüsusilə də uçuş hissəsində xidmət etmiş veteranın oğlu olması ilə həmişə fəxr edib. Çünki müharibə vaxtı azərbaycanlıları çox nadir hallarda aviasiya qoşunlarının tərkibinə göndərirlərmiş.
Uşaqlıqdan müharibə xatirələrini eşidə-eşidə böyüyən Rəhman Nəbiyev  deyir ki, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin alınmasından sonra bir gün evə gələndə atasını evdə tapmayıb. Axşama qədər atasının evə qayıtmadığını görən R. Nəbiyev sonda ona zəng edib və aydın olub ki, Damət Nəbiyev Lələtəpəyə gedərək, orada döyüşən əsgərlərlə birlikdə baraklardadır…
9 may bu günə qədər Nəbiyev ailəsinin ən əziz bayramlarından biridir. Ənənəvi olaraq hər il 9 mayda veteranın bütün ailəsi – uşaqları, nəvələri, nəticələri bir araya gəlir və onu təbrik edirlər. Bəzən isə onlar təbrik üçün babalarını saatlarla gözləməli olurlar. Çünki Damət Nəbiyev 94 yaşı olmasına baxmayaraq bu gün müxtəlif tədbirlərdə iştirak edir.
Damət Nəbiyev “Varşavanın azad olunmasına görə”, “Berlinin alınmasına görə”, “Qələbə” və bir çox digər orden və medallarla təltif olunub. Heç medallarının çoxunu nə zaman və nəyə görə aldığını özü belə, xatırlamır. Stalindən iki dəfə təşəkkür məktubu alıb və həyatının böyük hissəsini gələcək nəslin tərbiyəsinə və təliminə həsr edib.
Biz də ona ürəkdən təşəkkür etmək istədik. Çox sağ olun ki, bizə qələbəni yaşatdınız. Çox sağ olun ki, hər gün həyatınızı təhlükəyə ataraq vətənin keşiyində durdunuz.
SİZİN XATİRƏNİZ ƏBƏDİDİR.
2019-05-09T14:10 xeber – /strong
mənbə :
Sputnik















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti