15:34 xeber – “Qarabağ”ın Azərbaycan Premyer Liqasının 2015/16 mövsümündə qazandığı qələbə yubileylə əlamətdar olub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla verdiyi xəbərə görə, II turun “Rəvan”la səfər oyununda (2:1) qalib gələn Ağdam təmsilçisi Azərbaycan çempionatında 350-ci dəfə meydanı qələbə ilə tərk edib. Əyalət klubu “350”yə 659-cu matçında nail olub. “Qarabağ”ın hesabında 350 qələbə ilə yanaşı, 158 heç-heçə və 151 məğlubiyyət də var.
214 dəfə evdə, 133 dəfə səfərdə qalib gələn ağdamlılar neytral meydanda 3 qələbə qazanıb. Ağdamlılar Azərbaycan çempionatındakı qələbə sayında yalnız “Neftçi”dən geri qalır. Bakı klubunun hesabında 387 qələbə var.
Cari mövsümdə ilk qələbəsini qazanan əyalət klubu əvvəlki 23 çempionatda ən çox – 24, ən az 5 dəfə qalib gəlib:
1992 – 24
1993 – 11
1993/94 – 21
1994/95 – 13
1995/96 – 13
1996/97 – 23
1997/98 – 14
1998/99 – 20
1999/2000 – 5
2000/01 – 5
2001/02 – 13
2003/04 – 19
2004/05 – 22
2005/06 – 12
2006/07 – 6,
2007/08 – 11
2008/09 – 14
2009/10 – 14
2010/11 – 17
2011/12 – 15
2012/13 – 16
2013/14 – 21
2014/15 – 20.
“Qarabağ” çempionatda ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb – 6:0.
mənbə :
anspress