Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
12/02/2015

Elxan Süleymanov: “Dilqem ve Şahbazla bağlı Ermenistana qarşı iddia qaldırılmalıdır” – MÜSAHİBƏ

Elxan Süleymanov: “Dilqem ve Şahbazla bağlı Ermenistana qarşı iddia qaldırılmalıdır” – MÜSAHİBƏ


12.02.2015 / 12:11 xeber –

 AŞPA-nın yanvar sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini katibliyə təqdim edib. E. Süleymanov D. Əsgərov və Ş. Quliyevin işinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılması perspektivləri ilə bağlı APA-nın suallarını cavablandırıb:

 

–  AŞPA-nın yanvar sessiyasında işğal altında olan Kəlbəcər rayonunda girov göturulmüş azərbaycanlıların ədalətli məhkəmə huquqlarının təmin edilməsi ilə bağlı qətnamə layihəsi irəli sürdünüz. Maraqlıdır ki, bu, saycaDağlıq Qarabağ problemi ilə bağlı irəli sürdüyünüz üçüncü qətnamə layihəsidir.

 

– Doğrudan da, son il ərzində mən AŞPA-ya üç qətnamə layihəsi təqdim etmişəm. Bu sənədlərin hər üçü Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və ərazilərimizin işğal edilməsi və işğalın 22 ildən artıq müddət ərzində davam etməsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır.

 

Birinci sənəd 22 ildən artıq müddət ərzində işğal altında qalmış Sərsəng su anbarının Azərbaycanın 6 cəbhəyanı rayonlarında törədəcəyi humanitar və ekoloji fəlakət vəziyyətinin təhdidləri ilə bağlıdır. Bu təklif üzrə Sosial Məsələlər Komitəsində Bosniya və Herseqovina təmsilçisi olan AŞPA üzvü Meliça Markoviç məruzəçi təyin edilib. Məruzəçi artıq ölkəmizə ilkin səfər edib, Azərbaycanın Sərsəng su anbarında yaranmış təhlükəli vəziyyətlə bağlı əziyyət çəkən cəbhəyanı rayonlarında görüşlər keçirib.

 

AŞPA-ya təqdim etdiyim ikinci sənəd “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artmasına dair” qətnamə layihəsidir. Bu sənəd üzrə Siyasi Məsələlər Komitəsində britaniyalı deputat Robert Volter məruzəçi təyin edilib. Biz bu sənəd vasitəsilə işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edirik. Məruzəçi hazırda məruzə üzərində işlər aparır.

 

Onu da qeyd etməliyəm ki, hər iki qətnamə layihəsini irəli sürdükdən sonra bizAŞPA-da anti-Azərbaycan qüvvələrin böyük müqaviməti ilə üzləşdik, bu qətnamə layihələrinin qarşısının alınması və gündəlikdən çıxarılması istiqamətində AŞPArəhbərliyi və katibliyinin birbaşa iştirakı ilə bütün anti-Azərbaycan qüvvələr, erməni lobbiləri səfərbər olmuşdular. Biz onların müqavimətini dəf edə bildik və birinci mərhələni qələbə ilə başa vurduq. Çox inanmaq istərdik ki, məruzəçilər öz məruzələrini hazırlayarkən obyektivlik və prinsipiallıq nümayiş etdirəcəklər.

 

Nəhayət, 2015-ci il AŞPA-nın yanvar sessiyası zamanı üçüncü qətnamə layihəsini təqdim etdim. Bu, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsidir. Layihə Avropa Şurasına üzv olan 24 dövləti təmsil edən 46 deputat tərəfindən imzalandı. Onu da bildirim ki, prosedur qaydalarına əsasən qətnamə layihəsi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Göründüyü kimi, prosedur qaydalarına əməl edilib və biz məsələyə yaxın gələcəkdə Sədarət Komitəsi və Büroda baxılacağına ümid edirik.

     

– Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların hüquqlarının təmin edilməsi ilə bağlı işin Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılması perspektivlərini necə qiymətləndirirsiniz?

 

– Məlum olduğu kimi, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyun ayında Azərbaycanın işğal altında olan Kəlbəcərrayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan qüvvələri tərəfindən girov götürülmüşlər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb və onun meyiti sonradan Azərbaycan tərəfinə verilərək dəfn edilib.

 

Bu torpaqlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarındadır və Azərbaycan əraziləridir. Azərbaycan vətəndaşları öz ölkələri hüdudlarında sərbəst hərəkət etmək hüququna malikdirlər və yalnız Azərbaycan qanunları onların hərəkətlərinə məhdudiyyətlər tətbiq edə bilər. Odur ki, mülki insanlar öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən heç bir cinayət əməli törətməyiblər və heç bir hüquqazidd hərəkət etməyiblər. Bu baxımdan həmin ərazilərdə hər hansı hüquq pozuntusu və ya hüquqazidd əməllər baş verərsə, onda bu hərəkətlərin baxılması Azərbaycan məhkəmələrinin yurisdiksiyasına aid edilməlidir. Bu variantın reallaşdırılması isə yalnız sülh şəraitində, həmin ərazilərin işğal altında olmadığı halda mümkündür. Lakin həmin ərazilər hazırda Ermənistanın hərbi işğalı altındadır və beynəlxalq hüquq normalarına görə işğalçı dövlət olan Ermənistan işğala görə tək Azərbaycan qarşısında deyil, bütövlüklə beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıyır. Beləliklə, işğal altında olan ərazilərdə hər hansı fəaliyyət və ya fəaliyyətsizlik nəticəsində baş verənlərə görə məsuliyyət məhz Ermənistanın üzərinə düşür. Bunu diqqət mərkəzində saxlamaq çox vacibdir. Odur ki, mülki şəxslərin işğal altında olan ərazilərdə girov götürülməsinə görə məsuliyyəti məhz Ermənistan daşıyır. Digər tərəfdən, işğal altında olan ərazilərdə girov götürülmüş mülki şəxslərin mühakimə edilməsi beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Burada diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, Ermənistan ordusu tərəfindən girov götürülmüş mülki insanlar Ermənistan məhkəməsi tərəfindən mühakimə edilməyib. Bu təsadüfi deyil, məqsədyönlü şəkildə həyata keçirilmiş aksiyadır və Ermənistan tərəfi bu məsələdə özünü kənarda saxlamaq görüntüsü yaradaraq beynəlxalq məsuliyyətə cəlb edilməkdən sığortalanmaq istəyir.

 

Ermənistan özünü məhz beynəlxalq ictimaiyyət qarşısında hüquqi məsuliyyətdən sığortalamaq üçün işğal etdiyi ərazilərdə məskunlaşmış ermənilərin təmsilçiliyi ilə “Dağlıq Qarabağ Respublikası” adı altında işğalçı rejim formalaşdırıb. Bu rejim eyni zamanda mahiyyətcə separatçı rejimdir, heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Odur ki, “Dağlıq Qarabağ Respublikası” adı altında mövcud olan “qurum” beynəlxalq hüququn subyekti deyil, bu “qurum” hüquqi baxımdan qeyri-legitimdir və ən yaxşı halda onu tanınmamış separatçı siyasi təsisat kimi nəzərdən keçirmək olar.

 

Göründüyü kimi, “Dağlıq Qarabağ Respublikası” adlı tanınmamış separatçı siyasi təsisatın yaratdığı “birinci instansiya məhkəməsi”nin özü qeyri-legitimdir, bu “məhkəmə”nin D. Əsgərov və Ş. Quliyevlə bağlı çıxardığı hökmün heç bir hüquqi qüvvəsi yoxdur, bu insanların qeyri-legitim olan “məhkəmə” tərəfindən mühakimə edilməsi oyundur. Məsələ burasındadır ki, hökm çıxarmış “məhkəmə” nə hər hansı dövlətin məhkəmə orqanı tərəfindən hüquqi şəkildə tanınmır, nə də ümumi yurisdiksiya məhkəməsi proseslərinin əsaslandığı təməl prinsiplərə uyğun gəlmir. Belə ki, bu “məhkəmədə” həmin tanınmamış separatçı siyasi təsisatın insan hüquqları yaxud hüququn aliliyinə zəmanət verən beynəlxalq müqavilələrə qoşulmasından irəli gələn nəzarət və əsas qaydalar mövcud deyildir. Məhz bu səbəbdən D. Əsgərov və Ş. Quliyevin işi ilə bağlı “Dağlıq Qarabağ Respublikası” adlı tanınmamış separatçı siyasi təsisatın yaratdığı “birinci instansiya məhkəməsi”nin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək qeyri-mümkündür və siyasi aksiya və ya dividend kimi belə addımın atılması tam zərərli olardı. Odur ki, bu kontekstdə D. Əsgərov və Ş. Quliyevin işinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılması perspektivi yoxdur.

 

Lakin məsələyə başqa müstəvidə baxılması, zənnimcə, daha perspektivli ola bilər. Yuxarıda vurğuladığımız kimi, Azərbaycanın işğal edilmiş ərazilərində girov götürülmüş mülki şəxslərin hüquqlarının təmin edilməsinə görə işğalçı dövlət olan Ermənistan Respublikası məsuliyyət daşıyır. Bundan əlavə, Azərbaycan və Ermənistan Avropa Şurasına üzv olarkan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi üzrə öhdəlik götürüblər. Eyni zamanda, Ermənistan Respublikası özünün formalaşdırmış olduğu “Dağlıq Qarabağ Respublikası” adlı separatçı rejimə təsir etmək öhdəliyini də üzərinə götürüb. Digər tərəfdən, Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına daxil olduğu və insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasını ratifikasiya etdiyi zaman belə bir qeyd-şərt edib: “Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur)”.

 

Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasına gəldikdə, məşhur “Loizido Türkiyəyə qarşı” işində ərazilərə faktiki olaraq nəzarət edən razılığa gələn tərəf həmin ərazilərdə hakimiyyət orqanlarının hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Məlumdur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları presedent hüququna malikdir və bu baxımdan Azərbaycanın işğal edilmiş ərazilərində baş verənlərə görə məsuliyyəti Ermənistan daşıyır.

 

Qeyd edilməlidir ki, Avropa Şurasında bu və sonrakı dövrlərdə qəbul edilmiş digər sənədlər əsas verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində baş verən hər hansı hüquq pozuntularına görə Ermənistan Respublikasına qarşı iddialar qaldırılsın. Mülki şəxslər olan Dilqəm Əsgərov, Şahbaz Quliyev və mərhum Həsən Həsənovla bağlı İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işğəncələrin qadağan olunması), 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (ədalətli məhkəmə hüququ) maddələri kobud şəkildə pozulub. Odur ki, girov götürülmüş şəxslərlə bağlı Ermənistan Respublikasına qarşı Avropa Konvensiyasının yuxarıda qeyd edilən maddələrinin pozulması barədə iddia qaldırılmalıdır.

 

Xatırlatmaq istərdim ki, Azərbaycanlı məcburi köçkünlər tərəfindən Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırmaq praktikası mövcuddur. Bu, Laçından olan 6 nəfər məcburi köçkünün 2005-ci ildə Avropa Məhkəməsində  Ermənistana qarşı qaldırdığı “Çıraqov və başqaları Ermənistana qarşı” işidir. Avropa Məhkəməsi bu işdə Ermənistanın işğalçı əməllərini və Azərbaycan torpaqlarının təcavüzə məruz qalması faktını təsdiqləyib.

 

– Bəs onda girov götürülmüş  şəxslərin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair Sizin təqdim etdiyiniz qətnamə layihəsinin baxılması perspektivləri ilə bağlı nə deyə bilərsiniz?

 

– Girov götürülmüş  azərbaycanlıların ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini prosedur qaydalarına tam əməl edilməklə katibliyə təqdim etmişəm və layihə artıq assambleyanın rəsmi internet resursunda yerləşdirilib. Həmin qaydalara əsasən qətnamə layihəsi ilkin mərhələdə Sədarət Komitəsinin iclasında baxılmalıdır və bu iclasın qəbul etdiyi qərara əsasən Büroya tövsiyə edilməlidir və Büro müvafiq qərar qəbul etməli, məruzəçi təyin olunması üçün sənədi komitələrin birinə göndərməlidir.

 

Məsələnin dünya ictimaiyyətinə əsaslı təqdim edilməsi üçün bu qətnamə layihəsi ilə bağlı müstəqil məruzə hazırlanmalı və bu məruzədə konkret maddə ilə girovların azadlığa buraxılması assambleya tərəfindən tələb olunmalıdır.  Belə bir qətnamənin qəbul edilməsinə nail olunarsa, Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri könüllü yerinə yetirməli, ya da Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsilə girovların hüquqlarının təmin edilməsinə məcbur edilməlidir. Ancaq hər kəsə məlum olduğu kimi, beynəlxalq təşkilatlar Ermənistana havadarlıq edir. Yuxarıda qeyd olunan 2 qətnamə layihəsinə dəfələrlə veto qoyulmasına və geri qaytarılmasına baxmayaraq, çox gərgin mübarizədən sonra onların qəbul edilməsinə nail olduq. Bu qətnamə layihəsinin qəbul edilməsi üçün də gərgin mübarizə tələb olunacaq. Odur ki, gəlin tələsərək hadisələri qabaqlamayaq və real nəticəni gözləyək.

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti