18.08.2015 / 00:37 xeber –
Cənubi Afrika Respublikasında qatar körpüdən aşan sərnişin mikroavtobusu ilə toqquşub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 14 nəfər ölüb.
İnsident Kvazu-Natal əyalətində, Durban şəhəri yaxınlığında baş verib. Yerli BNO News telekanalı 6 nəfərin xəsarət aldığını bildirib, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisə yerinə xilasedici xidmət və tibb briqadaları cəlb edilib. Qəzanın başvermə səbəbləri bəlli deyil.
mənbə :
lent.az