01:20 xeber – Lisenziyası olmayan taksilərin fəaliyyətinə son qoyulacaq.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, şəxsi avtomobillərindən taksi kimi istifadə edən sürücülərə Nəqliyyat Nazirliyi xəbərdarlıq edib. Lisenziyasız fəaliyyət göstərən taksilərin şəhərdə fəaliyyətinə imkan verilməyəcək.
Bakıda əhalinin sıx məskunlaşdığı ərazilərdə şəxsi vətəndaşların taksi fəaliyyətilə məşğul olması qadağan edilir. Paytaxtın 14 yerində vətəndaşlar şəxsi avtomobilləriylə taksi xidməti göstərə bilməyəcəklər.
Lisenziyası olmayan sürücülərin fəaliyyətinə birdəfəlik qadağa qoyulacaq. Onlara insanların sıx olduğu ərazilərdə dayanmalarına belə icazə verilməyəcək.
Nəqliyyat nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, əsasən “Həzi Aslanov”, “Əhmədli”, “Neftçilər”, “Xalqlar dostluğu”, “Qara Qarayev”, “Koroğlu”, “Gənclik”, “28 May”, “Xətai”, “İçərişəhər”, “Sahil”, “Azadlıq prospekti”, “20 Yanvar” metro stansiyaları yaxınlığı və “Beşmərtəbə” kimi tanıdığımız ərazidə şəxsi avtomobillə taksi xidməti göstərənlərin dayanması qadağan edilib.
Tədricən paytaxtda şəxsi avtomobillə taksi xidməti göstərənlər digər ərazilərdən də yığışdırılacaq. Yalnız “London taksiləri” fəaliyyət göstərəcəklər.
Metro stansiyalarının yaxınlığında taksilər üçün duracaqların qurulmasına başlanılıb. Bütün bu tədbirlərin görülməsində məqsəd yarana biləcək tıxacların qarşısının alınmasıdır.
Namiq Həsənovun sözlərinə görə, “London taksiləri” ilə yanaşı lisenziya alaraq fərqlənmə nişanına görə ödəməni həyata keçirən və standarta cavab verən, hüquqi və fiziki şəxs olmasından asılı olmayaraq taksi xidmətindən fəaliyyət göstərəcək. Məqsədimiz isə mövcud olan qaydasızlığın, avtobus dayanacaqlarının zəbt olunmasının qarşısını alsın. Yəni taksi yalnız onun üçün müəyyən olunmuş yerdə dayanmalıdır”.
Odur ki, ehtiyatı əldən verməyin. Əks halda paytaxt ərazisində taksi kimi fəaliyyət göstərə bilməyəcəksiniz.
mənbə :
anspress