18.08.2015 / 01:45 xeber –
Pakistanın Şimali Vəziristan əyalətində hava zərbələri nəticəsində azı 50 “Taliban” qruplaşmasının üzvü məhv edilib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Pakistan ordusunun rəsmiləri bildirib.
Məlumata görə, həmçinin qruplaşmaya məxsus silah-sursat anbarı məhv edilib.
Pakistanın hökumət qüvvələri 2014-cü ilin iyunundan Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində taliblərə qarşı əməliyyat aparır. Bu müddət ərzində, rəsmi məlumatlara əsasən, 3 minə yaxın “Taliban” üzvü öldürülüb.
mənbə :
lent.az