01:43 xeber – 4 aydır davam edən quraq hava şəraiti Lənkəranda çay plantasiyalarının vegetasiyasına mənfi təsir göstərməklə yanaşı, bir çox çay kollarının yanmasına da səbəb olub. Belə şəraitdə Suvarma suyunun çatışmaması da fermerlərə əlavə çətinliklər yaradıb.
77 yaşlı fermer İlyas Əliyev 10 il öncə Vilvan kəndində saldığı 10 hektar çay sahəsinin su çatışmzlığından yanmaqda olduğunu deyir:
“Torpaq bunun canıdırsa, su bunun qanıdır. Bu bitki su ilə təmin olunmalıdır. Heç olmasa, 5 gündən bir bu bitkiyə su verilməlidir. Verilən su cəmi 10% təşkil edir. 35 gündür bu sahə suvarılmır”.
Bu ilki yığım zamanı plantasiyalardan 17 ton yaşıl çay yarpağı tədarük etdiyini deyən fermer suvarma düzgün təşkil olunsaydı. Məhsuldarlığın iki dəfə artıq ola biləcəyini, yaranan problemin məhsuldarlığı aşağı saldığını bildirir. Məhsul azlığı dolanışığı çay yığımından çıxan fəhlələrin qazancının da aşağı düşməsilə nəticələnib.
Çayçı Dilbər Rəhimova bildirdi ki, belə bir vəziyyətdə nə edək, gərək su versinlər suvaraq, məhsul yığaq.
Hazırda Lənkəranda 566 hektar çay sahəsi mövcuddur. Plantasiyaların suvarılmasına məsul qurum Yuxarı Xanbulançay Hidroqovşağıdır. Hidroqovşağın illk su tutumu 52 milyon kubmetr olsa da, hazırda burda suyun həcmi 10 milyon kubmetrdir.
Hidroqovşaqdan bildirirlər ki, bu qədər su ehtiyatı yay mövsümünün sonuna qədər kifayət edəcək. Amma hər ehtimala su plantasiyalara növbəli şəkildə verilir.
“Suvarma dövrünün axırıdır. Temperatur isə normadan artıqdır. Hər zaman su vermişik. İndi rejimlə su verilir. Ola bilsin ki, bir- iki gün su az olur”, – deyə Yuxarı Xanbulançay Hidroqovşağı istismar idarəsinin rəsmisi Ayıq Əliyev qeyd edib.
Rayon rəsmiləri bildiri ki, iri təsərrüfatlarda suyun qəbulu böyük həcmli aqreqatlarla həyata keçirildiyi üçün suvarmada tətbiq olunan növbəlilik rejimi onlara çətinlik yaratmır.
Sudan əziyyət çəkənlər daha çox İlyas Əliyev kimi kicik çay plantasiyalarının sahibləridir. Lənkəran Rayon İcra Hakimiyyəti kicik fermerlərin su problemini müvəqqəti şəkildə daxili imkanlar hesabına həll edəcəyinə söz veriri.
Məsələnin köklü şəkildə aradan qaldırılması üçünsə, dövlət səviyyəsində işlərin görülməsinə ehtiyac var.
mənbə :
anspress