02:16 xeber – Bakının Xəzər raqyonu ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Azadlıq.az xəbər verir ki, anspress-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas edilib. Hadisə “Türkan” sularda xilasetmə məntəqəsindən təxminən 450 metr məsafədə, nəzarət olunmayan ərazidə baş verib. Sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən həyata keçirilən əməliyyat ötən axşam saat 19:20-də başa çatıb.
FHN xilasediciləri
mənbə :
anspress