03:15 xeber – İŞİD terrorçularının daha bir qeyri-adi hərəkətləri ortaya çıxıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İŞİD terrorçularının qadınlara təcavüz etməmişdən əvvəl dua etdikləri iddia olunur.
Terrorçuların əlindən qaçan yezidi qadınlar İŞİD döyüşçülərinin təcavüzü dinin fələsəfənin bir hissəsi saydıqlarını söyləyir.
“Cihadçıların” fikrinə görə, “kafir” olaraq göstərilən yezidi qadınlara təcavüz etmək və onları əsir bazarlarında alıb-satmaq adəti dində “ibadət” kimi göstərilir.
İŞİD -in əsir götürdüyü yezidi qadınlar
İddiaya görə, İŞİD döyüşçüsü 11 aylıq əsarətdən sonra ailəsinə qovuşan 12 yaşlı bir qıza təcavüz etməmişdən əvvəl və sonra dua edib. Döyüşçünün fikirincə “İslam”ın əmri ilə bir kafirə təcavüz etmək, Allaha yaxınlaşdırır.
İŞİD tərəfindən verilən fətvaya görə, ələ keçirilən bütün torpaqlarda əvvəlcə qadınlar sayılmalıdır. Qadınlar müəyyən bir yerdə toplanır və İŞİD liderlərinə paylanır. Satış dəqiq və planlı şəkildə aparılır.
Yezidi liderlərinin məlumatına görə, kəçən il 5 min 270 dən çox yezidi qaçırılıb. Onların əksəriyyəti qadındır və 3 min 144 nəfəri İŞİD-in əlindədir.
İŞİD zülmündən qaçan yezidi kürdlər
İŞİD müəyyən vaxtlarda Sincar dağında yaşayan yezidi kürdlərə qarşı qətliamlar həyata keçirir. Yezidilər etnik kürdlər olsalar da, onlar qapalı icma şəklində yaşadıqlarından ərəblərlə qarışmayıblar və öz xarakterik irqlərini saxlayıblar. Yezidi kürdlər açıq rəngli saçları və mavi gözləri ilə tanınır.
İŞİD-ə qarşı döyüşən yezidi qadın
mənbə :
anspress