11:06 xeber – Suriyaya sülhün və sabitliyin qayıtması üçün siyasi baxımdan əlimizdə olan hər şeyi edəcəyik.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu İranın xarici işlər naziri Cavad Zərif Moskvaya səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə deyib.
Görüşdə Rusiyanın İrana S-300 raket kompleksləri satmasının mümkünlüyü və İranda Atom Elektrik atansiyalarının tikintisi ilə bağlı yeni müqavilələr müzakirə olunub.
Sergey Lavrov deyib ki, rəsmi Moskva İrana qarşı beynəlxalıq sanksiyaların götürülməsindən sonra Tehranla hərbi-texniki əməkdaşlığı genişləndirmək fikrindədir.
Sergey Lavrov – Rusiya XİN rəhbəri və Cavad Zərif – İranın XİN başçısı
Həmçinin XİN başçıları Suriyadakı vətəndaş müharibəsinin dinc yolla həllində birgə vasitəçilik təşəbbüsünü də müzakirə ediblər. Hər iki ölkə Suriya Prezidenti Bəşər Əsədin istefası ilə bağlı çağırışları qəbul etmir. ABŞ, Avropa İttifaqı, Fars Körfəzi ölkələri və Suriya müxalifəti B.Əsəddən hakimiyyətdə qalacağı halda istənilən sülh planına qarşıdır.
Bir neçə gün əvvəl Suriyanın xarici işlər naziri Valid əl-Müallem Tehrana səfəri zamanı ABŞ hərbi qüvvələrinin Suriya ərazisini bombalaması ilə bağlı müzakirə aparılıb.
İran Prezidenti Həsən Ruhani deyib ki, Suriyaya sülhün və sabitliyin qayıtması üçün siyasi baxımdan əlimizdə olan hər şeyi edəcəyik.
Ümumiyyətlə, sülh planı İran və Suriya hökumətləri ilə razılaşdırılandan sonra BMT-yə təqdim olunacaq. Avqustun 4-dən başlayaraq Suriya, İran və Rusiya təmsilçiləri münaqişənin diplomatik həllini tapılması üçün görüşlər keçirirlər. İran və Rusiya Suriya Prezidenti Bəşər Əsəd rejiminin müttəfiqləri hesab olunur.
İran dəfələrlə xəbərdarlıq edib ki, Dəməşq hökumətinin iflası İŞİD və digər terrorçu qrupların yoluna yaşıl işıq yandıracaq.
İranın dövlət və hökumət nümayəndələri avqustun 5-də Suriya münaqişəsinin dinc yolla həlli üçün vasitəçilik təklif ediblər. Onlar hazırladıqları Suriya sülh planını tezliklə BMT-yə təqdim etmək fikrindədirlər.
ABŞ hərbi qüvvələri avqustun 5-də Türkiyədəki İncirlik hərbi hava bazasından Suriyada İŞİD qruplaşmasına qarşı ilk hücumu həyata keçirib. Rəsmi Vaşinqtonun bu addımını Türkiyə dəstəkləyir, İran və Rusiya isə bu hücumu “qorxulu addım” kimi qiymətləndirir.
Barak Obama – ABŞ prezidenti və Bəşər Əsəd – Suriya prezidenti
mənbə :
anspress