15:12 xeber – “Jurnalist Rasim Əliyevin ölümündə günahkar olmadığı halda, sadəcə həmin vaxt insident baş verən ərazidə olduğu üçün haqsız yerə həbs edilənlər var. Buna səbəb isə Azərbaycana Avropadan edilən təzyiqlərdir.”
Bu fikirləri ANS PRESS-ə açıqlamasında Cavid Hüseynovun hüquqlarını müafiə edən vəkil Adəm Məmmədov bildirib.
Hüquqşünas Adəm Məmmədov
Hüquqşünasın sözlərinə görə, jurnalist R.Əliyevin peşəsi ilə əlaqədar deyil, məişət zəminində öldürülməsini Avropanın bəzi yüksək vəzifəli şəxsləri qəsdən siyasiləşdirərək, Azərbaycanda söz azadlığının olmadığına dair fikir yaratmaq istəyirlər. Bu da öz növbəsində aparılan istintaqa maneçilik törədir ki, nətəcədə müvəkkilim zərər görür.
İstintaq motivlərinin hələ müəyyən edilmədiyi ilk günlərdə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın trubunalardan etdiyi çıxış Azərbaycan hüquq mühafizə orqanları əməkdaşlarının psixoloji təzyiq altında iş görmələrinə səbəb olur. “Bu, Azərbaycanda jurnalistlərin təhlükəsizliyi ilə bağlı durumun daha da pisləşməsini göstərən, narahatlıq doğuran əlamətdir. Bu faciəvi hadisə hakimiyyətə və bütövlükdə cəmiyyətə sonuncu dəfə xatırlatmalıdır ki, ölkə bu cür davam edə bilməz, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında daxili dialoqun və inamın bərpası üçün yenidən işə başlanmalıdır,”- deyə Yaqland bildirmişdi.
Torbyorn Yaqland- Avropa Şurasının baş katibi
Adəm Məmmədov düşünür ki, Yaqlandın öz çıxışında ölən şəxsin jurnalist olmasını xususilə vurğulaması qərəzdən başqa bir şey deyil. Onun sözlərinə görə, “Ümumdünya İnsan Haqları Bəyannaməsi”nin 7 və 11-ci maddələrinin, BMT-nin “Mülki və Siyasi Hüquqlar Haqqında” Paktının 14.1 və 14.2 maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1 və 6.2 maddələrinin; nəhayət, Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinin tələbinə uyğun olaraq, qanun qarşısında vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq bütün insanlar bərabərdir.
“Mətbuat katibinin qərəzli çıxışının futbolçu Cavid Hüseynovun gələcək karyerasına zəzər törətdiyini, onun nüfuzunu aşağı saldığını nəzərə alaraq baş katibi məhkəməyə vermək üçün lazımı sənədləri hazırlayıram. Lakin Avropa məhkəməsinə, yaxud Yaqlandın vətəndaşı olduğu dövlətin məhkəməsinə müraciət edəcəyimi hələ dəqiqləşdirməmişəm. Ümid edirəm ki, hadisəni bilərəkdən qızışdıranlar öz layiqli cəzasını alacaqlar”, – deyə A.Məmmədov əlavə edib.
Əlavə edək ki, futbolçu Cavid Hüseynovun atası 1988-1993-cü Qarabağ uğrunda gedən döyüşlərdə döyüşlərdə iştirak edib və 1993-cü ildə Ağdam rayonunun Güllücə kəndində şəhid olub.
Ölümündən sonra, ölkə başçısı İlham Əliyev onu “igidliyə görə” medalı ilə təltif edib.
“İgidliyə görə” medalı
mənbə :
anspress