19.08.2015 / 00:27 xeber –
Türkiyənin Baş naziri və Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu hökumət qurmaq səlahiyyətini Rəcəb Tayyib Ərdoğana təhvil verib.
APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, prezident sarayında 1 saat 25 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.
Görüşün yekununda rəsmi məlumat verilib:“Əhməd Davudoğlu prezidentə bütün səylərinə rəğmən etibarlı hökumət qurma imkanını tapmadığını bildirib və vəzifəsini Rəcəb Tayyip Ərdoğana təhvil verib. Prezident Davudoğluna gördüyü işlərə görə təşəkkür edib".
mənbə :
lent.az