00:44 xeber – Dövrümüzün ən gözəl və cazibədar sayılan xanımları uşaqlıqda necə görünublər?
ANS PRESS sizə bu xanımların siyahısını təqdim edir.
1. Bu afro–yamay əsilli super model aktrisa və müğənni Naomi Kembldır Naomi 15 yaşından podiumlarda çalışır. O Fransanın “Vogue” və İngiltərənin “Time” jurnallarının üz qabığında ilk qaradərili xanım model olub. Çılğın və dəlisov xarakterə sahib olan Kemblə “Qara Pantera” ləqəbi verilib. Hazırda Naomi 45 yaşındadır.
Balaca və böyük Naomi Kembl
2. Hollivudun ən cazibədar aktrisalarından sayılan Ancelina Colidir. Ancelina Oskar mükafatı laureatı, üç dəfə “Qızıl qlobus” mükafatının sahibi, 2 dəfə “Hildiya ” mükafatının qalibi və BMT–nin xoşməramlı səfiridir. Aktrisa hazırda aktyor Bred Pittlə nigahdadır. Onların 6 uşağı var. Bu övladlardan 3-ü doğma 3-ü isə götürülmədi. Ancelina ilə Bred Pittin Saylo Nuvel adlı qızı mayın 7-si 2006-cı ildə andan olub. Üstündən iki il sonra cütlüyün əkiz uşaqları dünyaya göz açıb. Oğullarının adı Noks Leon, qız isə Vivyen Marşelindir. Ancelina qayğıkeş ana olmaqla yanaşı, professional aktrisa fəaliyyətindən də geri qalmir. Hazırda aktrisa 40 yaşındadır.
Ancelina Coli
3. Avstraliyalı super model 32 yaşlı Miranda Kerr Sidney şəhərində doğulsa da Cənubi Uelsdə yerləşən Qanneda şəhərində böyüyüb. Məşhur aktyor Orlando Blumla ailə qurub. Bu nigahdan onların 4 yaşlı Flen adında oğlu var. Boşanmalarına baxmayaraq onlar Fleni birlikdə böyüdür. Model karyerasına o 2004-cü ildə “Ober jeans” markasının reklamına çəkilməklə başlayıb. Hazırda uğurlu modellərdən sayılır. Məşhur modelin 32 yaşı var.
Miranda Kerr
4. Tayra Benks amerikalı super model müğənni prodüsser və teleaparıcıdır. Maraqlısı odur ki, Tayra Benks də 15 yaşından “Sventeen Magazine” jurnalının üz qabığına çəkilərək model karyerasına başlayıb.Tayra 41 yaşında olmasına baxmayaraq gözəl qamətə sahibdir. O, foto və dəb üzrə menecerlə komputer konsultatının ailəsində anadan olub. Model biznesini davam etdirmək üçün o, daxil olduğu Kaliforniya universitetindəki təhsilindən imtina edib. Tayra Benks isə 41 yaşındadır.
Tayra Benks
5. Amerikalı super model və teleaparıcı Sindi Krouford hazırda 49 yaşındadır. O, sadə bir ailədə dünyaya göz açıb. Atası elektrik, anası isə tibb bacısı olub. Model karyerası ərzində o, müxtəlif öndə gedən jurnalların üz qabığına çəkilib. Sindi məşhur “Revlon” şirkətinin 1989-2000 illəri ərzində siması olub. Şəxsi həyatına gəldikdə isə Krouford məşhur aktyor Riçard Girlə 1991-1995-ci illərdə nigahda olub. Sindinin keçmiş maneken ustası olan Rendi Gerberdən isə 2 uşaqları var. Maraqlısı odur ki, bu qədər məşhur olan super model Sendinin qızı Kayya Cordan və oğlu Presli Uolker ev şaraitində dünyaya gəlib. Modelin indi 49 yaşı var.
Sindi Krouford
6. Məşhur aktrisa və 1990-2000-ci illərin ən yüksək qanorar alan britaniyalı super modeli Keyt Mossdur. Keytin model sahəsinə gəlişinin maraqlı tarıxçəsi var. Keyt Moss 14 yaşında olarkən onu aeroportda məşhur “Storm” markasının londondakı agentliyinin müdiri Sara Dukas bəyənərək, model kimi fəaliyət göstərməyə dəvət edib. İki ildən sonra isə K. Mossun şəkilləri, “Face” jurnalının üz qabığında çap olunmağa başlanıb. Keyt 1999-cu ildə isə (Blackadder: Back & Forth) filmində epizodik rolda çəkilib. Keytin bir neçə məşhurla münasibətdə olduğuna baxmayaraq, onun nəşriyyatçı Ceferson Hekdən 13 yaşlı Lila Qreys adlı qızı var. Keyt Mossun indi 41 yaşı var.O isə uşaqlıqda zahirən belə olub.
Keyt Moss
mənbə :
anspress