Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
13/02/2015

“Serb celladı”: “Cılız canı ile az qaldı meni…” – PRESSİNQ

“Serb celladı”: “Cılız canı ile az qaldı meni…” – PRESSİNQ


13.02.2015 / 13:00 xeber –

“Bəlkə geyinməyə bir “kurtkam” var idi?”

Lent.az-ın "Pressinq" rubrikasının növbəti qonağı Azərbaycan futbolunda tanınmış simalardan sayılan Əsgər Abdullayevdir. Millinin keçmiş baş məşqçisi oxucuların sosial şəbəkə vasitəsilə ünvanladığı sualları cavablandırdı.

 

Seymur Əli:

– Azərbaycan futbolu niyə qabağa getmir?

– Son zamanlar futbolumuzda inkişaf hiss olunur. Əvvəllər əksər klublarımız avrokuboklarda mübarizəni birinci mərhələdəcə dayandırırdılar. Amma bu gün qrup mərhələsinə vəsiqə qazanırlar. Bu o deməkdi ki, inkişaf var və belə də davam edəcək. 10-15 il əvvəllə müqayisədə indi şərait də yaxşılaşıb. Klublarımızın əksəriyyətinin öz meydançası, uşaq məktəbi var. Niyə hələ də iri addımlar ata bilmirik? Çünki hər şey birdən olmur. Qalan şeyləri də həyata keçirməyə vaxt lazımdı. Əsas odu ki, inkişaf hiss olunur.

 

Rza Hüseynov:

– Əsgər Abdullayev Azərbaycanın ən yaxşı müdafiəçilərindən olub və ən yaxşı məşqçilərindəndir. Milli komandamız məhz onun kimi vətənpərvər mütəxəssislərimizə tapşırılmalıdır. Abdullayev çox qısa zamanda Azərbaycan futbolunu irəli apara bilər.

– Mən həmin insana minnətdaram. Sağ olsun ki, haqqımda belə sözlər deyir. Milli komanda hər bir məşqçi üçün məsuliyyət yeri deməkdir.

 

Teymur Quliyev:

– Millini çalışdıranda AFFA tərəfindən sizə təzyiqlər olubmu?

– Yox, təzyiqlər olmayıb. Hərə öz işi ilə məşğul idi. Mən hara işləməyə gedirəmsə, əsas şərtlərdən biri sərbəstliyimdir. Maksimum dərəcədə çalışıram ki, hər şeyi öz bildiyim kimi həyata keçirim. Elə bir klub olmayıb ki, mənə təzyiq göstərsinlər. Sərbəstliyi sevən adamam. Ola bilsin, hardasa səhv edə bilərəm. Amma bunu özüm etməliyəm ki, ikinci dəfə həmin səhvi etməyim. Belə şeylə rastlaşmamışam.

 

Yalçın Bayramov:

– Güclü məşqçi olmaq üçün vacib prinsiplər hansılardır?

– Birincisi, yüksək biliyə malik olmaq lazımdır. Müntəzəm mütaliə etməlisən. Futbol nə oyundur, nə də oyuncaq. Futbol dəqiqliyi sevən elmdir, dəryadır. O dəryanın dibinə getmək isə hər adama nəsib olmur. İkincisi, məşqçinin öz prinsipi olmalıdır. Səhlənkar insan həyatda heç vaxt heç nə əldə etmir. Həyatda bir çox şeyləri bağışlamaq olur. Amma səhlənkar işçini, futbolçunu, hətta istedadlı olsa belə, heç vaxt bağışlamamışam. Çünki onun səhlənkarlığı bütün komandaya öz təsirini göstərir. Elə futbolçu var ki, oyunda səhlənkar olmur. Amma məşq zamanı da səhlənkar olmamalıdır. Futbol ciddiliyi, sadəliyi və zəhməti sevir. Tənbəllik çox böyük xəstəlikdir. Onu insan bədənindən çıxarmaq asan deyil. Əziyyət çəkməyən adam heç vaxt böyük futbolçu ola bilməz. Bu gün dünya ulduzlarından Ronaldo, Messi və ya Neymarı götürək. Keçənilki Neymarla, bu ilki Neymara baxın. O fikirləşdi ki, Messi, Ronaldo olmaq istəyirsə, əziyyət çəkməlidi. Ronaldo zədəli olanda da gündə 5 saat məşq edir, zədəsinə mənfi təsir etməyəcək hərəkətlər edir. Əgər Ronaldo 5 saat öz üzərində çalışırsa, bizimkilər də elə olmalıdır. Futbolçuların özündən də çox şey asılıdır. Məşqlər keçilir, amma futbolçunun özü də öz üzərində çalışmalıdır. Futbolçu üçün ən yaxşı bərpa, istirahəti düzgün etməkdir. Orqanizmi əvvəlki halına gətirmək üçün uzanmaq, dincəlmək lazımdır. Futbol əslində çox ağır işdir. Mən o vaxt "Neftçi"yə düşəndə, komandada çox böyük istedadlar var idi. Topla rəftarda və digər məsələlərdə məndən də istedadlı idilər. Amma mənim istəyim onlarınkından çox idi. Buna görə də, mən "Neftçi"də oynaya bildim, onlar isə yox. Futbolçunun özündən asılıdı, çünki icraçı odu. Mən millinin müxtəlif yaş qruplarında çalışmışam. Hər dəfə himn səslənəndə insanın tükləri gərək biz-biz olsun, gözləri yansın. Amma bugünkü futbolçuların əksəriyyətində göz yanmır, gözlərində qığılcım yoxdur. Hamısına aid olmasa da, bəzilərində laqeydlik görülür. Futbol isə kollektiv oyunudur və burda hamı bir nəfər kimi olmalıdır. Onda nəyəsə nail olmaq olar. Meydançaları futbolçunun əlindən kim alır? İşləsinlər də öz üzərlərində. Heç kimi qınamıram, sadəcə tövsiyə edirəm.

 

Namiq Sadıqov:

– Sizin baş məşqçi olduğunuz dövrdə millimiz Serbiyadan 4 xal almışdı. Səfərdəki heç-heçə və Bakıdakı qələbəyə görə sizə nə qədər "premiya" verilmişdi?

– "Premiya" verildi. Amma indiki ilə müqayisə etmək gülünc olardı. Əsas məsələ "premiya" deyil. Əsas məsələ azarkeşlərin alqışı, gözlərindəki sevinc idi. Bəlkə də səhv edirəm, təxminən 2000 dollar olardı. Mən həmişə səfər oyunlarından öncə futbolçulara deyirdim ki, Allah bizim başımızı aşağı eləməsin. Camaat qarşılayır bizi, Azərbaycan torpağına düşdüyümüzü fikirləşin. Aeroportda, yolda, evə gedəndə, çalışın həmişə başınız dik olsun, bu, milyonlara bərabərdir. Serbiyada bu oyunlardan sonra mənə "Serb cəlladı" ləqəbi qoydular. Bunu sonradan bildim. Həmin vaxt İtaliyadan sonra Serbiya çempionatın final mərhələsinə getməli idi. Amma onların yolunu biz kəsdik. Bakıda Serbiya ilə keçirdiyimiz oyunun kasetinə indi də baxanda tüklərim biz-biz olur. Allah mənə böyük səbir vermişdi. Bütün azarkeşlər, hətta ehtiyat oyunçular skamyasında əyləşənlər də “Zaur, Zaur” deyə, qışqırırdı. Tağızadəni həmin oyunda niyə ehtiyatda saxlamışdım, onu danışım. Zaur zədə almışdı, səhv etmirəmsə, əlində çat, ya da əzik var idi. Oyunu quranda fikirləşdim ki, Zauru və Fərrux İsmayılovu ehtiyatda saxlayım. Onları tək-tək otağa çağırdım. Üzbəüz əyləşdik, kofe içə-içə söhbət etdik. Dedim ki, Zaur, məşq etmirsən, nə qədər oynaya bilərsən? Dedi ki, 1 hissə. Dedim yox, düz demirsən, səni hardasa 20 dəqiqə oynadacam, amma ehtiyatda qalmağın o demək deyil ki, lazımsızsan. Eləcə də Fərrux İsmayılov. Sizə deyim ki, Fərrux həmin ərəfələrdə komandanın ən yaxşılarından biri idi. Çox gözəl formada idi, sadəcə həmin vaxtlarda avtomobil qəzasına düşdü. Zaurla danışa-danışa düz gözlərinin giləsinə baxırdım. Əgər futbolçu ilə danışanda onun gözlərinin giləsi böyümürsə, o səni başa düşmür. Danışanda hiss etdim ki, Zaur artıq nə demək istədiyimi tutub. Dedim ki, sən turun oyunçusu olacaqsan. Fərruxla danışanda dedi ki, necə yəni mən oyuna əsas heyətdə çıxmayacam? Dedim ki, Fərrux, sən nə ilə seçilirsən, sürətinlə. Amma bu gün o komandaya bizi udub getmək lazımdır. İstər-istəməz birinci hissədə onlar çox qaçacaqlar. Rəqib yorulanda isə bizə sürətli oyunçular lazım olacaq. Dedim ki, sən və Zaur komandanın "zapası" yox, silahısız. İkinizi də sonraya saxladım ki, yorğunluq olanda, sizin sürətinizdən istifadə edək. Və dedim ki, Fərrux, sən bu oyunda qol vuracaqsan. Gördüm ki, onun da gözünün giləsi böyüdü. Fərruxu ikinci hissədə oyuna buraxdım. Zauru isə oyunun sonuna çox az vaxt qalanda buraxdım. Bütün stadion “Zaur, Zaur” deyə, qışqırırdı. Hətta mən özüm oyundan 1-2 il sonra kasetə baxanda camaatın çığırtısının qarşısında çaşıb qaldım. Oyuna elə bağlanmışdım ki, dedim niyə Zauru buraxmırlar? (Gülürük). Zauru oyuna buraxanda cılız canı ilə az qalırdı məni meydanda sürüsün. Meydana girmək həvəsi var idi. Girdi və turun oyunçusu oldu, Fərrux isə qol vurdu. Matçdan sonra soruşdular ki, bunları qabaqcadan necə bildiniz? O, rəqibə qarşı seçilmiş plan idi və özünü doğrultdu.

 

Samir Həmidov:

– İllər öncə "Olimpik"də çempionluğa çox yaxın idiniz. Ancaq son turda "Qarabağ"a məğlubiyyət sizi qızıl medallardan etdi. Yəqin ki, “Olimpik”ə vurduğu qola görə hələ də Zaur Həşimovdan inciksiz?

– Baltanın kökü ağacdandı, özününküdü. Zaur Həşimov sabiq yetirməm olub. Ondan öncə isə digər tələbəm Sənan Qurbanov Bərdə komandasının heyətində "Olimpik"ə qol vurmuşdu və oyun 1:1 hesabı ilə bitmişdi. Zaurun da, Sənanın da xətrini çox istəyirəm. Heç vaxt mən futbolçuya "niyə" demərəm. Çünki onlara onu öyrətməmişəm və heç vaxt da elə şeyi tələb etməmişəm. Heç birinə yaxınlaşıb demərəm ki, bu oyunu oynama. Pis oynayarsa, deyərəm ki, niyə pis oynayırsan? Əgər o, başqa komandadadırsa, deməli, həmin komandanı təmsil edir.

 

Ceyhun Qəribov:

– Hansı ulduz futbolçunun məşqçisi olmaq istərdiz?

– O vaxt bizdə "Şəfa" komandası yaranmışdı. Vaqif Sadıqov, Şakir Qəribov və mən bu komandaya başçılıq edirdik. Həmin vaxt komandadakı oyunçuların 14-15 yaşları var idi. "Şəfa"dan Zaur Tağızadə, Cahangir Həsənzadə, Samir Əliyev, Aftandil Hacıyev, Ayxan Abbasov, Emin İmaməliyev, Ruslan Musayev, Elçin Rəhmanov, Samir Musayev və digər futbolçular çıxdı. Onlar düz 10 il Azərbaycan futbolunda "diktovka" etdilər. Mən Zaurun karyerasını tez bitirməsinə hələ də təəssüflənirəm. Ona boş yerə "Qızıl oğlan" demirdilər. Samir Əliyevin İtaliya ilə Bakıdakı oyununu yadınıza salın, əla keçirmişdi oyunu. Bizim özümüzdə də futbolçular yetişdirmək mümkündü. Onlar sonra 21 yaşlılarda məndə oynayırdılar, həmin vaxt Vaqif Sadıqovun köməkçisi idim. O dönəmdə 9 nəfər milliyə düşdü. Sonradan "Şəfa"nın məşqçilər korpusuna U-21-in hazırkı baş məşqçisi Yaşar Vahabzadə gəldi. O da bizim futbolçumuz olub, böyük məktəb görüb. Aleks Feryusona o vaxt sual vermişdilər ki, necə olur, siz öz seçiminizdə səhv etmirsiz? O demişdi ki, mən heç vaxt ulduz futbolçular götürmürəm, ulduz olmaq istəyənləri götürürəm. Əsas odur ki, o futbolçunun özü ulduz olmaq istəsin. Bunun üçün isə istək lazımdır. Əgər o istəmirsə, talant olsa belə, onu ulduz etmək mümkün deyil.

 

Vasif Salmanov:

– Əsgər müəllim, niyə həmişə praqmatik, nəticəyə hesablanan futbola üstünlük vermisiz?

– Tarixdə nəticə qalır. Futbolda 3 cür hücum var. Birincisi, tədricən hücum, yəni "Barselona"nın və ya o vaxtkı Braziliya yığmasının oyun tərzi. Topu gəzdirə-gəzdirə irəliləyirlər. Komanda həmişə topla olmağa çalışır. İkincisi, sürətli hücum, yəni əks-hücum. Bu zaman uzun ötürmələrdən istifadə edirsən. Üçüncü variantda isə standart vəziyyətlərin hesabına hücum edilir. Bir də ki, məşqçi 2 şərtə görə oyunu qurur. Biri var oyunçulara görə, biri də var öz biliyinə görə. Əgər əlimdəki material tədricən hücum üçün münasib deyilsə, o oyunu qurmağım çətindir. Mən "Bakı" komandasında işləyəndə “praqmatik oyun” ifadəsi hələ ortaya çıxmamışdı. O söz "Olimpik"də çalışdığım vaxt mənə aid edildi. "Olimpik" 12-ci yerdə gedən komanda idi. Amma biz o komandanı çempionluğa oynatdıq.

 

İlkin Həmidov:

– Tez-tez erkən əvəzləmələr etməyinizin səbəbi nədir?

– Futbolçular bunu düzgün qəbul etsinlər. İnsan ölüb, onu istəyirsən, indi apar torpağa basdır, istəyirsən 1 saatdan sonra. Fərq varmı? Mən nəyə görə futbolçunu erkən dəyişirəm? Əgər o meydana çıxırsa, ötürməni səhv verə, qol epizodunu korlaya bilər, amma qaçmaya bilməz. Hansısa bir futbolçunu meydana buraxırsansa, əvəzetmə edirsənsə, deməli, buna ehtiyac var. Əgər futbolçu əvəzetmədən oyuna hazır şəkildə girib, boşluğu doldura bilmirsə, o mənə lazım deyil. Elə o birisi də eləmirdi də. O birisini başa düşmək olar, yorulub eləmirdi. Bəs bunun dərdi nədir? Futbolçuya mən nə qədər vaxt verməliyəm ki, tapşırığımı yerinə yetirsin? Axı hesabda daha da geri düşə bilərik. Mən həmişə futbolçuya deyirəm ki, sənə şansı hazırlıq dönəmində verəcəm, sonra şansı özün qazanacaqsan. Şansı hazırlıq vaxtı verirəm ki, özünü göstərəsən və əlini qaldırasan ki, bu yer mənimdi. Mən heyəti çox az dəyişirəm. Əgər sən vaxtında heyətdə özünə yer tuta bilmirsənsə, sonra səni kiminsə yerinə zorla soxa bilmərəm.

 

Nizami Hüseynov:

– Eşitdiyimə ə, Əsgər Abdullayevin yaxşı yumor hissi var…

– Səhv etmirəmsə, "Standard"la oyun idi. Bir jurnalist yaxınlaşıb soruşdu ki, hansı meydançada oynasanız, daha yaxşıdı – təbiidə, yoxsa süni örtükdə? Ona bir məsəl çəkdim. Dedim ki, molladan soruşurlar ki, tabutu aparanda arxada getmək yaxşıdı, ya qabaqda? Molla deyir ki, harda gedirsən, get, tabutun içində getmə. Yəni harda oynayırıqsa, oynayaq, mənə 3 xal lazımdı (Gülür).

 

Rəşad Piriyev:

– “Olimpik”i çalışdıranda düşərli olduğu üçün oyunlara sarı “kurtka” ilə çıxırdız. Başqa nə kimi qəribə inanclarınız var?

– Bu söhbətlərin hamısı media tərəfindən yaradılıb. Sarı “kurtka”nı geyinirdim deyəndə ki, bəlkə mənim geyinməyə cəmi bir “kurtkam” var idi (Gülürük). İnanc hər bir insanda olduğu kimi, məndə də var. "Rubin"in sabiq baş məşqçisi Kurban Berdiyevi yadınıza salın. Qışın soyuğunda həmişə kostyumda otururdu. Mən xoşlamamışam ki, oyun qabağı tək səbir olsun. Səbir Allahındır, amma hardasa mənə təsir edir. Joze Mourinyo çox klublarda meydana palto ilə çıxırdı. Görürsüzmü, əcnəbi məşqçilərdə də belə inanclar var. Mən tək səbir söhbətini danmıram, bunu etiraf etdim. Amma digər söhbətlər reallıqdan uzaqdı.

 

 

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti