06:02 xeber – Sumqayıt sakininin quyuya yıxılması ilə nəticələnən bədbəxt hadisə baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, Sumqayıt şəhərində 1 nəfər quyuya düşüb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dərinliyi 6 metr olan quyuya düşüb. Hadisə yerinə cəlb olunan xilasedicilər vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:52-də başa çatıb.
mənbə :
anspress