Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
13/02/2015

Çarli Çaplin hansı azerbaycanlı bestekara salam göndermişdi? – ARAŞDIRMA”.

Çarli Çaplin hansı azerbaycanlı bestekara salam göndermişdi? – ARAŞDIRMA”.


13.02.2015 / 14:40 xeber –

Gəlin, ən məşhur uşaq mahnılarından bir neçəsini xatırlayaq: məsələn, mənim ağlıma ilk gələn məşhur “Cücələrim” oldu. Daha sonra “Kukla”, “Oynaq, topum”, “Kim sevirsə idmanı”, “Mən baharın qızıyam” və s.

 

Son illərdə uşaq musiqisi yazılırmı, yazılırsa, biz niyə eşitmirik? Bu suallara cavab tapmaq üçün kiçik araşdırma aparmaq yetər ki, əslində mövcud olan problemlərin yaradıcı durğunluqdan yaranmadığı məlum olsun. Uşaq mahnıları yazan bəstəkarların ən böyük qayğısı ərsəyə gətirdikləri bəstələrinin geniş ictimaiyyətə çatmamasıdır.

 

Ölkədə 4500 orta məktəb və mindən çox bağça var. Azərbaycan Dövlət Televiziyası QSC-nin Əfsər Cavanşirov adına “Bənövşə” Uşaq Teatrının xoru, Bakı şəhəri Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” kollektivinin mahnı qrupu, “Gülən notlar”, “Kəpənəklər” və “Nağıllar” mahnı kollektivləri, “Aysel” mahnı teatrı və digər kollektivlər fəaliyyət göstərir. Hazırda internetdə uşaq musiqisinin ən böyük təbliğatçısı və mühafizə edəni  “meneviservetimiz.az” adlı uşaq internet portalıdır ki, sadaladıqlarımızın heç biri uşaq musiqilərinin böyük təbliğatçısına çevrilə bilmir. Vaxtilə dillər əzbəri olan mahnılar indi telekanallarda ya az-az eşidilir, ya da müəlliflərin sözü ilə desək, “onların üzünə baxan yoxdur”.

 

Azərbaycan bəstəkarlıq məktəbi tarixində Üzeyir Hacıbəyovdan tutmuş, bütün böyük bəstəkarlar uşaq musiqiləri yazıblar. Üzeyir bəy “Ananın oğluna nəsihəti”, “Pilotlar”, “Yaxşı yol”, Fikrət Əmirov “Qatar gəlir uzaqdan”, Tofiq Quliyev “Bahar bayramı”, Səid Rüstəmov “Bənövşə”, “Saat” və s. mahnılarını yazıblar. Belə demək mümkündürsə, bu sahəyə möhürünü vurmuş, az qala hər kəsin əzbər bildiyi mahnılara isə Ağabacı Rzayeva (“Kukla”) və Qəmbər Hüseynli (“Cücələrim”) imza atıb.

 

“Cücələrim”in qəribə taleyi…

 

Yeri gəlmişkən, məşhur “Cücələrim” mahnısının maraqlı, qəribə tarixçəsi var ki, uşaq musiqilərindən danışanda, bu tarixçəyə toxunmamaq mümkün deyil. Sən demə, uşaqların sevimlisi olan bu mahnı düz on il sonra məşhurlaşıb. 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və xahiş edir ki, bu musiqiyə söz yazsın. Bir neçə gün sonra Tofiq Mütəllibov sözləri bəstəkara təqdim edir:

 

“Arzum budur boy atasız,

Ananıza tez çatasız.

Ay qəşəng cücələrim,

Tükü ipək cücələrim…”

 

Mahnının ilk ifaçısı Muğam Teatrının sabiq direktoru Arif Qazıyev olur. Təəssüf ki, Arif müəllimin mahnını necə oxuduğu bizə gəlib çatmayıb. 10 il mahnı Azərbaycanda oxunmasında olsun, sizə xəbər verim Moskva dekadasından…

 

1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında “Cücələrim”i “Ulduz” filmindən Yetər kimi hər kəsin yaxşı tanıdığı aktrisa və rəssam-florist Suğra Bağırzadə oxuyur. Elə bu ifa bəs edir ki, “Cücələrim” 100-dən çox dilə çevrilsin, “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilsin, məşhur sovet cizgi filmi “Nu, poqodi!”nin bir bölümünə salınsın.

 

“Wikipedia”da “Cücələrim”lə bağlı qəribə məqama rast gəldim: vaxtilə Azərbaycan kino xadimləri Fransada səfərdə olarkən dünya şöhrətli Çarli Çaplin qonaqların Azərbaycandan olduğunu biləndə, piano arxasına keçib “Cücələrim”i ifa edir və hamının yanında uca səslə deyir: “Demək, siz bu mahnının vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam deyin”.

 

O bəxtəvər sənətkarı isə vətənində nəyin üstündə sıxışdırsalar, yaxşıdır: “Bu nə mahnıdır yazıbsan? İndi zəhmətkeş sovet fəhlələrindən yazmaq lazımdır. Yoxsa cücələrim, cücələrim”. Xalq şairi, Q. Hüseynlinin gənclik dostu Nəriman Həsənzadə deyir ki, bəstəkar dostum söz altında qalmayıb, özünəməxsus yumorla cavab verib: “Cücələr böyüyəcək, toyuq olacaq, yumurtlayacaq, həmin yumurtaları da zəhmətkeş sovet fəhlələri səhər yeyib, işə gedəcəklər”.

 

“Cücələrim”in qəribə taleyi demişkən, uşaq psixikasına ciddi zərər vuran bir qanqaraldıcı hadisəni də yazım, sözü verək uşaq musiqisi ilə bağlı olan insanlara. “Youtube”də qarşıma bir klip çıxdı (https://www.youtube.com/watch?v=AR6F8csH4JQ). Bir neçə il əvvəl “Can bala” qrupunun ifa etdiyi klipi Hüseyn Cavadzadə adlı rejissor çəkib. Çarxda məşhur broyler firmalarından birini reklam etmək üçün “müqtədir” rejissor “fantaziyasını” işə salıb və ortalığa belə bir “dahiyanə” süjet xətti çıxıb: “Uşaqlar broyler firmasında cücələri böyüdür, kəsir, qablaşdırır, sobaya qoyub yaxşıca bişirir və nəhayət, “şaqqalayıb” dişlərinə çəkirlər”.

 

İstifadəçi valideynlər haqlı olaraq şərhlərdə narazılıqlarını bildiriblər: “Qəssabxanada “Cücələrim” mahnısı… Mənim oğlum klipə baxıb axırda ağladı ki, cücəni niyə kəsib yedilər”.

 

Şair qıtlığı, yoxsa qonorar azlığı?

 

Azərbaycanın xalq artisti, 400-dən artıq uşaq mahnısının müəllifi Oqtay Zülfüqarov APA-ya açıqlamasında bildirib ki, bu sahədə mövcud olan problemlərin ən böyüyü sərhədlərin itməsi, müasir uşaq şeirlərinin tələblərə cavab verməməsidir: “Bir var yaxşı musiqi, bir də var pis musiqi. Müasir musiqi deyilən anlayış yoxdur. Bu gün sırtıq musiqilər təqdim olunur. Uşaq mahnısı gərək aydın olsun. Sözləri qəliz olmasın, sadə sözlərlə böyük fikirlər demək lazımdır. Mən Abdulla Şaiqlə, Mirmehdi Seyidzadə ilə, Teymur Elçinlə, İlyas Tapdıqla işləmişəm və ortalığa uşaq mahnılarım çıxıb. Mövzularımı özüm şairlərə deyirdim. Məsələn, gəlin, bulaq, bulud, pişik haqqında yazaq. İndi şair qıtlığıdır, mənimlə işləyən şairlər dünyasını dəyişəndən sonra başlamışam özüm yazmağa”.

 

O.Zülfüqarovun sözlərinə görə, bu sahədə meyarların itməsinin səbəbi Bədii Şuraların fəaliyyət göstərməməsidir: “Əvvəllər Bədii Şura var idi, bəstəkarlar öz əsərlərini təqdim edirdilər. Həmin şurada Fikrət Əmirov, Nəbi Xəzri və başqaları rəy verirdilər, musiqi səslənirdi və onun qonorarını alırdıq. İndi bu cür şuralar yoxdur. Mədəniyyət və Turizm Nazirliyi də uşaq mahnılarını almır. Vaxtilə də nazirlik kiçik musiqiləri yox, böyük əsərləri alırdı. Mədəniyyət və Turizm Nazirliyinə bir dənə mahnı satmamışam. Böyük əsərlərimdə isə vəziyyət başqa cür olub və onlar alınıb, qəbul olunub. Bu sahədə bəzi istisnalar var. Məsələn, Şəfiqə Axundova bir neçə mahnı yazmışdı, nazirlik kömək məqsədilə o mahnıları aldı. Belə şeylər olub. Mən indi mahnıları yazıram, xərcini çəkib səsləndirirəm. İndi uşaq musiqiləri yazan istedadlı bəstəkarlar var, amma onlar ipin ucunu tapa bilmirlər. Mahnıda əsas sözdür. Musiqini yazmağa nə var, gərək əsas məzmun olsun. Məsələn, indi Rəşid Şəfəq, Azər Dadaşov, Elnarə Dadaşova və başqalarının adını çəkə bilərəm. Bu sahədə pul məsələsini qabardanlar bir şeyi bilməlidirlər ki, pul olmasa da, çalışmaq, uşaqlar üçün yaxşı mahnılar yazmaq lazımdır. Mənim yeganə gəlirim ancaq pensiyadandır, amma yenə işləyirəm, mahnı yazıram. Bəziləri uşaq musiqisinə qeyri-ciddi yanaşırlar. Sıravi məmur nə bilir uşaq mahnısı nədir? Uşaq musiqisi yazmaq üçün gərək böyük ürəyin olsun. Toy mahnısını yazmağa nə var? Yazıb 2000 manat alıb, qoyaram cibimə. Amma mən uşaqlar üçün yaradıram”.

 

Xalq artisti, professor Elnarə Dadaşova isə keyfiyyətsiz səs yazılarının olmasından narahatdır. Bəstəkar xanım deyir ki, meneviservetimiz.az portalına mahnılarını təqdim etsə də, qəbul olunmayıb: “Dedilər, səsyazmanın keyfiyyəti zəifdir. Bizdən qat-qat kasıb olan Gürcüstanda çox keyfiyyətli işlər ortalığa çıxarılır. Özüm səsyazma studiyasına üz tutsam, mütləq pul ödəməliyəm. Ümumiyyətlə, bu sahədə hər şey bəstəkarın öz üzərinə düşür. Uşaqların tapılması, notun köçürülməsi və s. Açığı, vəsaiti çatdırmaq mümkün deyil. Gərək hamısını biz özümüz edək. Amma buna baxmayaraq, yenə adamın ürəyi yanır, uşaqlar üçün nə isə etmək istəyirsən. İndiki uşaqlara gərək keyfiyyətli iş təqdim edəsən. Bizim ailədə işləyən tək mənəm. Adam yüz dəfə ölçüb-biçir ki, aldığını studiyaya versin, yoxsa evinə çörək alsın”.

 

E.Dadaşova əlavə edir ki, bu gün uşaq mahnılarının əksəriyyəti təmənnasız yazılır: “Bizə qonorar ödənilmir. Sevmədiyimiz SSRİ-də yazdığımız əsərlər alınırdı, indi isə belə şeydən danışmaq olmaz. İndi tanış-bilişin sənə üz tutur. Hazırda mənə üz tutublar, iş stolumun üstündədir. Vaxtilə çalışdığım musiqi məktəbində mahnılarımı oxuyurlar. Amma belə olmamalıdır. Nəşr və təbliğ işi keyfiyyətli olmalıdır. Çox vaxt keyfiyyətsiz işlər olur, başdansovdu işlər ortalığa qoyulur. Uşaq yazarlarının yəqin xəbəri yoxdur ki, uşaq mahnılarını yazan bəstəkarlar filankəslərdir. Mənim də xəbərim yoxdur ki, kimlər uşaq şeiri yazır. Problem yenə nəşr sahəsindədir. Müəlliflər kitabları nəşr edib evə yığırlar. Bəzən mənə deyirlər ki, sən başqa musiqilər də yazırsan və yaxşı alınır, bəs nəyə görə uşaq musiqiləri yazırsan? Deyirəm, bəs gələcək dinləyicilərimizi necə yetişdirək? Bizim ən böyük bəstəkarlarımız uşaq musiqiləri yazıblar. İndi yazılan musiqilərə meydan vermirlər. Efirlərdə çox az yer ayrılır, təbliğat zəifdir. Sonuncu dəfə Mirmehdi Seyidzadənin bir təmsilinə musiqi yazdım. Studiyanın bütün xərclərini özüm ödədim və təxminən 200 manat pulum çıxdı. Bu belə olmamalıdır”.

 

Sərdar Fərəcov: “Bizdə bəstəkarın qonorarı məsələsini eşidəndə çox adam dodaq büzür”

 

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti Sərdar Fərəcovun sözlərinə görə, uşaq musiqisi sahəsində təbliğatın zəif olması yaradılan əsərləri gündəmə gətirmir: “Uşaq musiqisi Üzeyir Hacıbəyovun vaxtından məqsədli şəkildə inkişaf etdirilib. Üzeyir bəy məktəbli uşaqlar üçün kiçik, gözəl musiqilər yazıb. Bu ənənəni sonradan Üzeyir Hacıbəylinin tələbələri də davam etdirdi. Bu gün Azərbaycanda elə bəstəkar yoxdur ki, uşaq musiqisi yazmasın. Soltan Hacıbəyov, Zakir Bağırov, Nazim Əliverdibəyov, Oqtay Zülfüqarov həm böyük, həm kiçik janrlarda gözəl musiqilər yaradıb. Sadəcə, bu gün o mahnıları az eşidirik. Bunun səbəbi də odur ki, əvvəllər “Bənövşə” uşaq xoruna televiziyada geniş yer verilirdi, ona görə tamaşaçılar onları tanıyırdı. Bu gün isə vəziyyət başqadır. Televiziyalar uşaq kollektivlərinə yer ayırmır. Uşaq tamaşaları nümayiş olunur, kollektivlər fəaliyyət göstərir, amma onlar kanallara çıxa bilmirlər. Mən özüm ona yaxın uşaq tamaşasına musiqi yazmışam. Bizim təbliğatımızın əsas tərəfi televiziya vasitəsilə olduğu üçün elə təəssürat yaranır ki, uşaq musiqisi yoxdur. Bu sahədə insanları həvəsləndirmək lazımdır. Bəlkə müsabiqələr keçirmək lazımdır, mükafatlar təqdim olunmalıdır ki, insanlar həvəsli olsunlar. 30 il əvvəlki məktəbli musiqi ilə bağlı olan suallara daha yaxşı cavab verirdi, nəinki bugünkü məktəbli. Əlbəttə, bu problemlərdən çıxış yolu tapmaq lazımdır. Musiqi boldur, amma onu nəşr edən, disk halında çıxaran fədakar insanlar lazımdır”.

 

Qonorar məsələsinə gəldikdə, S.Fərəcov bildirib ki, Bəstəkarlar İttifaqı yaradıcı təşkilatdır və Mədəniyyət və Turizm Nazirliyi ilə bağlı olan məsələlərə nazirlik rəsmiləri cavab verə bilər: “Mən sizə deyim ki, hərdən müəlliflərin pul istəməyinə bir qədər xor baxırlar. Amma bu normal haldır. Bəstəkar əziyyət çəkirsə, haqqını almalıdır. Vaxtilə televiziyanın tərkibində kollektivlər var idi ki, onlar əsəri alıb, yaradıcı heyətə pul ödəyirdi. İndi isə nə Bədii Şura, nə də keyfiyyətli işlər var. Bəstəkara pul veriləndə, əlbəttə, pul verən adam ondan yüksək keyfiyyətli iş istəyəcək. İndi başdansovdu, yalvar-yaxarla bəstəkardan mahnı istəmək nə dərəcədə düzgündür? Hər şey sivil qaydada olmalıdır. Hər insanın öz zəhməti qiymətləndirilməlidir. Bu, bütün dünyada belədir. Bizdə bəstəkarın qonorarı məsələsini eşidəndə çox adam dodaq büzür”.

 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya açıqlamasında bildirib ki, təmsil etdiyi nazirlik musiqilərin bəstələnməsi üçün müəyyən stimullaşdırıcı işlər görür: “Konkret olaraq mahnıların alınmasından söhbət gedirsə, bu, birbaşa olaraq bəstəkarların arzu və istəklərinə bağlıdır. Musiqilərin bəstələnməsi sərbəst fəaliyyət sahəsidir. Azərbaycanda kifayət qədər nüfuzlu uşaq bəstəkarları var. Yeni uşaq musiqilərinin bəstələnməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif müsabiqələr, uşaqlar üçün mədəni tədbirlər həyata keçirilir. Bundan əlavə, nazirliyin tabeçiliyində ölkə üzrə 237 uşaq musiqi məktəbi var və həmin məktəblərdə uşaqlar musiqinin sirlərini öyrənirlər”.

 

V.Şixəmmədov əlavə edib ki, mədəni tədbirlərin mediada geniş işıqlandırılması nazirliyin diqqətindədir: “Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq televiziya kanallarına uşaq musiqilərinin, uşaq verilişlərinin və ümumiyyətlə, mədəniyyətlə bağlı verilişlərin artırılmasını tövsiyə edib. Nazirlik hazırda nəinki kanallarda, hətta informasiya agentlikləri və radiolarda mədəniyyət tədbirlərinin dəstəklənməsi məsələsini nəzərdən keçirir və bu mövzu davam etdiriləcək”.

 

Fəaliyyəti kağız üzərində olan Bədii şuralar…

 

Diqqət etdinizsə, fikrini öyrəndiyimiz bəstəkarlar vaxtilə fəaliyyət göstərən Bədii şuraların, obrazlı desək, xiffətini çəkirlər. Bu, əlbəttə, təkcə Oqtay Zülfüqarova, Elnarə Dadaşovaya, Sərdar Fərəcova aid deyil, internetdə mövzu ilə bağlı kiçik araşdırma aparsanız, bu sahəyə aidiyyəti olan digər insanların da Bədii şuralarla bağlı tükənməz arzularının olduğunun şahidi olacaqsınız. Təəssüf ki, o “xoşbəxt günlər”də bizim balalara musiqi yazan bəstəkarlara xiffətini çəkdikləri şuralar haqqında yaxşı xəbəri verə bilməyəcəyəm. Daha doğrusu, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu məsələ ilə bağlı nikbin danışmayıb. Qurum sədrinin bu günlərdə APA-ya verdiyi müsahibə bunu deməyə əsas verir: “İndiki dövrdə özəl kanallarda Bədii şuraların yaradılması o qədər də asan məsələ deyil. Hazırda Bədii şuralar yaradılsa da, çox təəssüf ki, onların fəaliyyəti ancaq kağız üzərindədir. Bəzi televiziya kanalları öz rəhbərliyini Bədii Şuranın tərkibi kimi göstərib. Mən hesab edirəm ki, hər bir televiziya kanalının Bədii Şurası “Azərbaycan xalqına nəyi göstərmək olar, nəyi göstərmək olmaz” məsələsində prinsipiallıq göstərməlidir”.

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti