13:10 xeber – Nazirlər Kabineti “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq olunması barədə qərar qəbul edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sənəd keçən ilin avqust ayında cəbhədə baş verən hadisələrdən sonra ölkə başçısı İlham Əliyev 2014-ci il sentyabrın 24-də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamın icrası ilə bağlı verilib. Belə ki, həmin sənəddə Müdafiə Nazirliyinə tapşırılmışdı ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etsin.
İlham Əliyev- Azərbaycan prezidenti
Həmin Sərəncama görə, Nazirlər Kabineti dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflər hazırlamalı idi. Həmçinin jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin razılaşdırılması qaydasını müəyyən etməli idi. Göründüyü kimi, Nazirlər Kabinetinin bu qərarı ilə dövlət başçısının imzaladığı sərəncamın icrası tam yerinə yetirilib.
Təbii ki, bu, çox mühüm və vaxtında verilən qərarlardan biridir. Ümumiyyətlə, dezinformasiya yayan KİV-lərə qarşı sərt mövqe sərgilənməli, yeri gəldikdə cəzalandırılmalıdır. Çünki bəzən cəzasızlıq mühidi neqativ halların artmasına gətirib çıxarır. Son günlər bəzi media orqanlarında Müdafiə Nazirliyinin xəbərdarlıqlarına məhəl qoyulmadan yenə də “düşmən dəyirmanına su tökən”, yaxud üstüörtülü şəkildə dövlət sirrinin yayılmasına gətirib çıxaran xəbərlər yer almağa başlayıb.
Müdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyi yerli KİV-lərdə müxtəlif vaxtlarda cəbhə ilə bağlı yayılmış xəbərlərlə bağlı dəfələrlə xəbərdarlıq edib və bildirib ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir.
İstər sadə vətəndaşlar, istər icrimaiyyət nümayəndələri, istərsə də sosial şəbəkələrdə insanlar bəzi elektron KİV-lərdə cəbhə xəttində baş verən atışmaları müharibənin başlaması, intensiv döyüşlərin getməsi kimi qələmə verməsini doğru saymırlar: “Bütün bunlar milli əhval-ruhiyyəyə pozucu təsir göstərən amillərdir.”
Hərbi ekspert Üzeyir Cəfərov da bir müddət əvvəl ANS PRRESS-ə bildirmişdi ki, ötən ilin avqustunda olduğu kimi, bu ilin ötən dövründə də mətbuat orqanları ermənilərin xeyrinə dezinformasiyalar yaydılar. Erməni KİV-ləri onların yazdıqlarına istinad edərək Azərbaycan əleyhinə bol-bol materiallar verir. Belə saytlar istər-istəməz düşmənin dəyirmanına su tökdülər. Halbuki, bu KİV-lərin əksəriyyətinin rəhbərləri ötən ilin avqust hadisələrindən sonra söz vermişdilər ki, Müdafiə Nazirliyinin təsdiqləmədiyi heç bir xəbəri verməyəcəklər. Dezinformasiya yayan saytlar cəzalandırılmalıdır.”
Ümumiyyətlə, çox hallarda belə xəbərləri yerli saytlarımız erməni mətbuatına istinad edərək yayır. Amma bir məsələni unutmaq lazım deyil ki, ermənilər istənilən məlumatı öz xeyirlərinə uyğun yazırlar. Çünki bütün məlumatların doğru şəkildə ictimaiyyətə çatdırılması Ermənistanda ciddi narazılıq, etiraz doğura bilər. Ona görə də “erməni başbilənləri” özlərini ölkə daxilində işğala məruz qoyduqları Azərbaycan ərazilərində hər şeyə nəzarət edirlər kimi qələmə verirlər. Ona görə də, ermənilərin bu ənənəvi hiyləsinə, tələsinə düşməmək üçün məsələyə ciddi yanaşılmalı və hər bir məlumat Müdafiə Nazirliyi ilə dəqiqləşdirməlidir.
Müdafiə Nazirliyi hərbi xəbərlərlə bağlı müəyyən qadağalar tətbiq edən zaman bəziləri düşünürdü ki, cəbhə xətti ilə bağlı məlumatsızlıq baş verəcək. Lakin indi haqq üçün deyək və bunu əksər jurnalistlər də təsdiqləyərlər ki, əksinə, indi cəbhə xəttində baş verən hadisələrlə bağlı xəbərlər daha operativ, daha dəqiq çatdırılır. Şübhəli məqamlar olduqda isə, Müdafiə Nazirliyinə sorğu göndərməklə istənilər fakt barədə məlumat əldə etmək mümkündür. Nazirliyin mətbuat xidmətinin əməkdaşları gün ərzində yayılan xəbərlərə şərh verir, eləcə də göndərilən sorğuları cavablandırmaqla dezinformasiyaların qarşısını ciddi şəkildə alırlar. Təbii ki, bu təqdirəlayiq haldır.
Zakir Həsənov- müdafiə naziri
ANS Şirkətlər Qrupu həmişəö olduğu kimi, bu gündə müdafiə, hərb, müharibə mövzusuna həssalıqla yanaşır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası Prezidenti 2014-cü il 24 sentyabrında 742 №-li “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzaladı. Həmin sənədə əsasən, Müdafiə Nazirliyi dövlət sirri haqqında məlumat hazırladı və həmin prinsiplərə əməl olunmasına ilk təşəbbüs göstərən media məhz ANS televiziyası və onun rəhbəri Vahid Mustafa Yev oldu.
Bir sözlə, hərbi mövzuda xəbərlərə həssaslıqla yanaşılmalıdır. Çünki dezinformasiyalara meyl göstərməklə süni reytinq əldə etmək indiki zamanda heç nəyə faydalı deyil. Belə hallara yol verən KİV-lərə, həmçinin dövlət sirrini yayan mətbuat işçilərinin məsuliyyətsizliklərinə qarşı Mətbuat Şurası, Milli Tele-Radio Şurası nəzarəti gücləndirməli, yeri gəldikdə cəza tətbiq edilməli, belə hallara yol verənlər ictimai qınağa çevrilməli və tənqid olunmalıdır. Müdafiə Nazirliyinin bildirdiyi kimi, indi cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır, hərbi qulluqçuların döyüş ruhu və mənəvi-psixoloji durumu yüksəkdir. Düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırmaq isə Vətənə xəyanət anlamı daşıyır.
Həmçinin oxuyun:
Jurnalistlərlə bağlı yeni qayda təsdiqləndi
Heç kəs cəzasız qalmayacaq
Cəbhə xəbərləri ilə bağlı Müdafiə Nazirliyindən növbəti xəbərdarlıq
Ermənistanda yeni müharibə qorxusu
mənbə :
anspress