23:29 xeber – “Baku HOG Azerbaijan” klubunun baykerlərinin bu dəfəki səfər maşrutu Bakı-Tiflis-Qars dəmir yolu marşrutu oldu.
Klubun rəhbəri və ANS Şirkətlər Qrupunu prezidenti Vahid Mustafayev “Böyük Yolun Yolçuları” devizi altında həyata keçirilən motoyürüş barədə sualları cavablandırıb.
– Bu dəfəki yürüşdə Bakı-Tiflis-Qars dəmir yolu marşrutu seçilməsi nə ilə bağlı idi?
– Qeyd etmək istəyirəm ki, cənab prezident İlham Əliyevin şah əsəri hesab olunan Bakı-Tiflis-Qars Axalkalaki dəmir yolu Azərbaycanı, eyni zamanda bütün Asiyanı Avropa ilə birləşdirən əsrin layihəsidir. Təəssüflər olsun ki, son zamanlar Türkiyə tərəfindən bu layihənin icrasında bir sıra problemlər yaranıb. Yəni Türkiyə ərazisində Bakı-Tiflis-Qars Axalkalaki dəmir yolu xəttinin inşası ləng gedir. Eləcə də son zamanlar Gürcüstandakı millətçilər tərəfindən Azərbaycana qarşı səslənən ifadələr, həmçinin kütləvi informasiya vastələrində yazılan məqalələr. Ümumiyyətlə Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinə qarşı az da olsa, xoşagəlməz hərəkətlər bir Azərbaycan vətəndaşı kimi sövq etdi ki, biz bu yolu qət edək. Və hər üç ölkənin ictimaiyyətini bu yola diqqəti cəlb edək. Bu layihə cənab prezident İlham Əliyev tərəfindən çox ağır bir şəraitdə qəbul edilən bir qərardır. Bu layihə Asiya ilə Avropa arasında bir körpü yaradacaq. Ucuz və keyfiyyətli nəqliyyat marşrutuna çevriləcək.
Bu gün Çin öz məhsullarını Avropaya, eləcə də bütün dünyaya dəniz yolu ilə ixrac edir. Bu isə vaxt itkisidir. Amma Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə məhsullar iki həftəyə birbaşa Avropanın mərkəzi ölkələrinə çata bilər. Eləcə də əksinə, iki həftə bütün məhsullar Avropadan Asiya çatdırıla bilər. Bu layihənin təşəbbüskarı, sahibi isə Azərbaycandır. Bu layihənin müəllifi isə Azərbaycan Respublikasının prezidentidir. Bizim əsas məqsədimiz bu layihəyə diqqəti yenidən artırmaq idi.
– Ümumiyyətlə, bu motoyürüşünüz necə keçdi? “Böyük Yolun Yolçuları” olmaq çətin olmadı ki?
– Sözün düzü bu çox cətin bir yürüş oldu. Bu gün hörmətli baş nazirin müavini Abid Şərifov bizimlə görüşdü. Görüş zamanı Abid Şərifov təəccübünü gizlətmədi. Doğrudan da kölgədə 45, gün altında isə 50-56 dərəcə temperaturda motosikletlə 1500 km yolu qət etmək asan deyil. Vətən sağ olsun! Azərbaycanlıların qarşısında komandanın qoyduğu hansısa bir əmr varsa, o əmrlər hər zaman yüksək keyfiyyətlə yerinə yetirilir. Hansısa ictimai maraq varsa, biz sözsüz ki, insanlara bu marağın hansı yerdə və keyfiyyətdə olduğunu çatdırmalıyıq.
Biz Bakı-Tiflis-Qars dəmir yolu xətti istiqamətində hərəkətimizi davam etdirdik. Və motosikletlərimizi vaqona qaldırdıq və bir neçə km vaqonla getdik. Fəxr edə bilərik ki, hələ sona qədər tikilməmiş yolun birinci sərnişinləri məcazi mənada olsa da, biz olmuşuq. Azərbaycanın, Gürcüstanın və Türkiyənin kütləvi informasiya vasitələrində bunanla əlaqəli söhbətlərə, marağa səbəb olduq. Daha sonra bu yürüşə Türkiyə və Gürcüstan motosikletçiləri də qoşuldu. Bu hadisəyə biganə qalmadılar. Eyni zamada dünən Ankarada cənab Abid Şərifov yüksək səviyyədə görüşlər keçirib. Artıq Türkiyə bu layihənin icrasına yenidən start verdi. İnşallah ilin sonunadək layihənin icrası yekunlaşar.
Yeri gəlmişkən, Nazirlər Kabineti “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Və bu qərarı jurnalistlərin demokratik azadlıqlarının sizcə pozulması kimi qiymətləndirilə bilməz ki?
– Dünyada hər bir şey nisbi olduğu kimi, sizin dediyiniz də nisbidir. Hərbi zonalarda, münaqişə zonalarında, sərhədyanı zonalarda Müdafiə Nazirliyinin apardığı hər hansı bir hərbi əməliyyatlar dövlət sirridir. Və sirrin açıqlanması dövlətə xəyanətdir. 1989-1990- 91 və 92-ci illərdə, Qarabağ müharibəsində tamamilə qanunun mövcud olmadığı bir şəraitdə işləmişik. Bir dəfə də olsun biz Azərbaycanın mənafelərini düşmənə satmamışıq. Biz əlimizdə olan video materialları elə tərtib etmişik ki, düşmən hansısa mövqeləri görüb araşdıra bilmirdi. Biz onda azlıq təşkil edirdik. Yeganə olaraq bizim təşkilat Azərbaycanın müharibə səlnaməsini həyata keçiridi. Bu gün isə Azərbaycanda həm jurnalistlər, həm də jurnalist təşkilatların sayı çoxdur. Jurnalist təşkilatları arasında “Miki-Maus” media qurumları da var. Onlar tamamilə savadsız, biliksiz, sadəcə olaraq qeyri-peşakarlarla dolu olan təşkilatlardır. Sözsüz ki, onlar bu məsələlərdən yararlanırlar. Bilirlər ki, ictimaiyyətin marağını kəsb edən məsələ, Qarabağ məsələsidir. Ona görə də çalışırlar ki, bu mövzudan yazılar yazsınlar və bir növ özlərinə auditoriya toplasınlar. Amma mən bunu təqdirəlayiq hesab edirəm. Başda prezident olmaqla, Müdafiə Nazirliyi rəhbərliyinə, eləcə də bu qanunun hazırlanmasında iştirak edən bütün şəxslərə təşəkkür edirəm. Bu qanun çoxdan qəbul edilməli idi. Demokratiyanın beşiyi sayılan ABŞ-da bu qanun 22 ildir ki, qüvvədədir. Biz 22 il gecikmişik. Hesab edirəm ki, vaxtında verilən qərardır və mən bunu dəstəkləyirəm.
Həmçinin oxuyun:
Baykerlərimiz növbəti motoyürüşə start verdilər (VİDEO)
“Böyük yolun yolçular”ı Heydər Əliyevin Tiflisdəki büstü önündə (FOTO)
“Böyük Yolun Yolçuları” artıq Azərbaycanda (VİDEO)
mənbə :
anspress