20.08.2015 / 05:43 xeber –
Son günlər Türkiyənin milli valyutası – lirənin məzənnəsi sürətlə aşağı düşməkdədir.
Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Türkiyə Mərkəzi Bankının (TMB) məlumatına görə, avqustun 19-da ölkə ərazisində bir ABŞ dolları 2.9 Türkiyə lirəsinə dəyişdirilib. Qara bazarda isə bir dollar 2.95 lirə olub. Son bir həftədə dolların məzənnəsi təxminən 0.2 lirə (20 kruş) yüksəlib. TMB-dən bildirilir ki, Türkiyə lirəsinin məzənnəsindəki dəyişiklik beynəlxalq valyuta birjalarındakı qeyri-sabit vəziyyətlə bağlıdır.
Xatırladaq ki, cari ilin yanvarında bir ABŞ dollarının məzənnəsi təxminən 2.35 lirə olub.
mənbə :
lent.az